Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ALLAH RƏSULUNUN HƏCCİ

[ Həcc / 6777 dəfə baxılıb ]   
|
 
Huzu ‘anı mənasikəkum ["Həccinizi məndən öyrənin"]

Tarixdən də məlumdur ki, Həzrəti Peyğəmbər hicrətdən sonra 9 il həcc etməmiş və yalnız 10-cu il həcc edəcəyini elan etmişdir. Rəsulullahın bu yeganə həcci tarixə "Vida Həcci" kimi düşmüşdür. Bu həcc əsnasında da o, möminlərə "həccinizi məndən öyrənin" deyə əmr etmişdir. Çünki, həcc ibadəti İbrahimi bir ənənə olaraq cahiliyyə dövründə də icra edilirdi. Lakin o dövrlərdə həm məqsədindən uzaqlaşdırılmış, həm də üsulu təhrif edilmişdir. Həzrəti Peyğəmbər cahiliyyə insanının əlində əsli tanınmayacaq şəkildə təhrib və təhrif edilən həcc ibadətini yenidən inşa və ihya etdi.
Vida Həcci, Rəsulullahın vəfatına yaxın baş vermişdi. Zatən, "Vida" adını almasının səbəbi də budur. Bu həcc, "dinin təkmilləşdiyini və nemətin tamamlandığını" müjdələyən ayənin [5.3] əməli bir təzahürü olmuşdur. Rəsulullah, on minlərdən ibarət olan möminlər selinin hüzurunda elçilik vəzifəsini icra etdiyinə dair insanların şahidliyinə müraciət etmiş, özü də bu şahidliyə Allahı şahid qılmışdır.
23 illik peyğəmbərlik müddətinin sonuna təsadüf etməsi baxımından həcc ibadəti, bütün digər ibadətlərin də tacı sayılır. Buna görə də, həcc ibadəti Məhəmmədi şəriətin istinad etdiyi təməl qanunlara bağlı bir çox tətbiq və dəlili də ehtiva edir. "Dinin tamamlandığı" bir dövrə bərabər gələn bu ibadət, İslam fiqhində qurucu bir rol oynayacaq detallı və zəngin bir istinad meydana gətirir. Təvatür * dərəcəsinə çatmış əsas və ən incə detallarına çatana qədər qeydə alınmış xüsusiyyəti ilə həcc ibadəti, ibadətlərin hikmətini qavramaq istəyənlər üçün də zəngin bir məlumat qaynağıdır.
Hədislə məşğul olanlar bilirlər ki, həqiqi "mütəvatir xəbər" hədis tənqidinin [cərh və tadilin (gözəl və əslinə zərər vermədən dəyişmək)] mövzusu ola bilməz. Çünki, buna kimsənin gücü çatmaz. Həqiqi təvatür, qeydiyyatını aparmaq mümkün olmayan çoxlu və eləcə də, fərqli insanların nəql etdiyi xəbərdir.
Biz burada, hədislərə mövzu olan Vida Həccini nəql edəcəyik. Bunu etməkdə məqsədimiz, "həcc elmihalını" öyrənmək istəyən hər kəsə həccin həqiqi elmihalının Rəsulullahın həcci olduğu həqiqətini söyləməkdir.
Müsəlmanların zehnindəki peyğəmbər təsəvvürləri fərqli - fərqli olsa da, həqiqətdə Peyğəmbər bir dənədir. O da yalnız bir dəfə həcc etmiş və bu həcci bütün Müsəlmanlara "model" olaraq təqdim etmişdir. Bunu da təlimat verərək gücləndirmiş və "Həccinizi məndən öyrənin" buyurmuşdur.
Rəsulullahın Vida Həccini bir çox səhabə nəql etmişdir. Bu nəqllərə fərqli versiyalarda bir çox hədis kitablarında rast gəlmək mümkündür. Biz bu rəvayətlərin ən səhih və ən məşhurlarını bir yerdə cəm edərək nəql edəcəyik. Rəvayətlərin çoxu Cabir b. Abdullah, Aişə bt. Əbubəkr, Abdullah b. Abbas, Abdullah İbn Ömər və s. kimi öndə gələn səhabələrə istinad edir. Bu rəvayətləri başda Buxari və Müslim olmaq üzrə, bir çox hədis qaynağı müştərək, ya da fərdi olaraq nəql etmişdilər. Rəsulullahın sünnəsi olan Vida Həccini nəql edərkən, yeri gəldikcə hədislərə də müraciət edəcəyik. Bunu söyləyərkən də "sünnət" və "hədis"in eyni olmadığını oxucularımızın nəzərinə çatdırmaq istəyirik.
İndi isə Vida Həccini izah etməyə keçə bilərik.

Rəsulullahın həcc elanını duyan insanlar, onunla birlikdə həcc ibadətini icra edə bilmək üçün axın etmişdilər. Rəsulullah Mədinədən çıxmış və Zulhuleyfə deyilən yerə gəlmişdi. Burada əvvəlcə yuyunmuş, ətir vurmuş, iki rükət namaz qılmışdı. Belinə beldən aşağısını örtən bir örtü [izar] dolamış. Çiyinlərindən aşağıya da yenə bir başqa örtü [rida] örtərək ihrama girmışdi.
"İbn Abbasla Mihvər b. Məhrəmə, Əbva deyilən yerdə ixtilaf etmişlər. İbn Abbas "İhramlı bir şəxs başını yuya bilər" deyərkən Misvər "yuya bilməz" deyir. Ravi Abdullah b. Huneyn deyib ki: "Bunun üzərinə İbn Abbas məni Əbu Eyyub əl-Ənsariyə göndərdi. Əbu Eyyuba vəziyyəti söylədim. O paltarını başı görünənə qədər aşağı çəkdi. Başına su tökülməsini istədi və başını əlləriylə ovarak yudu və dedi ki: "Mən Rəsulullahın belə etdiyini gördüm." [Buxari, Müslim, “Nəsə” əsəri, Əbu Davud, İbn Macə]
"Aişəyə ihramlının bədənini qaşıyıb qaşıya bilməyəcəyi soruşuldu. Aişə, "Bəli, bədənini qaşısın, hətta var gücüylə qaşısın" dedi." [Buxari, Müslim] Malik isə: "Əllərim bağlansa və ayaqlarımdan başqa qaşıyacaq əzam olmasaydı, ayaqlarımla qaşıyardım." (Eyni rəvayət İbn Abbas, Cabir, Səid b. Cübeyr, ‘Ata, İbrahim Nehaidən də gəlmişdir.)
"Rəsulullah ilə Əbubəkrin bütün yol əşyaları bir dəvə yükü qədər idi. Bu dəvəyə göz – qulaq olması üçün bir kölə ayrılmışdı. Arc deyilən yerə gəlindiyində, arxada qalan bu dəvəni gözləyən Əbubəkr, kölənin dəvəsiz gəldiyini gördü. Soruşduğunda, kölənin dəvəni itirdiyini öyrəndi. "Bir tək dəvəyə sahib çıxa bilmədinmi?" deyərək köləni döydü. Rəsulullah, bir tərəfdən təbəssüm edir, bir tərəfdən də "Bu ihramlıya baxın, nə edir!" deyirdi. Bundan başqa bir şey söyləmədi." [Əsmədən; Əhməd, Əbu Davud və İbn Macə]
"Nəbi əleyhissalam Ərafatda bir xütbə oxuyaraq belə buyurdu: Alta sarınacak ihram tapa bilməyən Müsəlman dizlik geyinsin; takunya tapa bilməzsə, məstlərini geyinsin." [İbn Abbasdan, Buxari, Müslim və Əhməd]
"İhramlı ikən biri öldü. Rəsulullah belə buyurdu: "Bunun başını örtməyin və ətir sürtməyin; çünki, o qiyamət günü təlbiyə gətirərək diriləcək."
Rəsulullah ihrama girdikdən sonra təlbiyə gətirməyə başladı:
Ləbbeyk Allahummə ləbbeyk, ləbbeykə la şərikə ləkə ləbbeyk, innə'l-hamdə vən-nemətə ləkə vəl-mülk, la şərikə lək.
"İnsanlardan bəziləri fərqli şəkillərdə təlbiyə gətirdilər. Rəsulullah onlara müdaxilə etmədi" [Cabirdən; Müslim]
"Abdullah b. Ömər "Ləbbeykə ləbbeyk, ləbbeykə və sa'deyk, vəl-xeyiri bi-yədeyk, ləbbeykə vər-rağba', ileykə vəl-aməl" deyə təlbiyə gətirirdi. [Nafidən; Malik]
"İbn Ömər səhabənin təlbiyəyə etdikləri əlavələri duymuş, lakin onlara bir şey deməmişdir." [Əbu Davud və Beyhaki]

Həzrəti Peyğəmbər təlbiyə gətirməyi, kainatdakı varlıqların ilahi xoruna qoşulmaq kimi qəbul etmiş və bu fikrini də belə dilə gətirmişdir: "Heç bir Müsəlman yoxdur ki, təlbiyə gətirsin, yer üzünün bir ucundan o biri ucuna qədər sağında və solunda olan daş, ağac, torpaq onunla birlikdə təlbiyədə iştirak etməsin."
Həzrəti Peyğəmbər, bu ülvi şüarın yüksək səslə deyilməsini əmr etmişdir.
Rəsulullahın ihrama girdiyi Zulhuləyfədə Əsma bt. Umeys dünyaya uşaq gətirmiş və bu halda özünü necə aparmalı olduğunu soruşmuşdur. Bunun üzərinə Rəsulullah ona "yuyun və [bez funksiyası yerinə yetirəcək] bir paltar geyin, bir qurşaq bağla, sonra da ihrama gir!" buyurmuşdur.
Rəsulullahın bu həcc səfəri əsnasında, həyata aid fərqli vəziyyətlər baş vermişdir. O da bu vəziyyətlərə uyğun çıxış yolları tapmışdır. Bu formada karvan Serif adlı yerə gəldiyində Rəsulullahla birlikdə həcc səfərinə çıxan həyat yoldaşı Həzrəti Aişə aybaşı olmuş və buna görə ağlamaya başlamışdır. Rəsulullah onu belə təsəlli etmişdir:
"Fesübhanallah. Nə üçün ağlayırsan ey Aişə? Bu Allahın Adəm qızlarına təqdir etdiyi bir şeydir. Bir hacı nə edəcəksə, sən də onu et. Yalnız təvafı təmizləndikdən sonraya burax."
Rəsulullah Kəbəyə çatdığında Hacərülesvədin olduğu küncü salamlamış və yeddi dəfə təvaf etmişdir. Bu dövrlərin ilk üçündə sürətli qaçmış [rəməl] son dördündə isə normal addımlamışdır.
"İbn Ömərdən: "Rəsulullah Hacərüləsvədə döndü. Onu salamladıqdan sonra dodaqlarını daşın üzərinə qoyaraq için-için gözyaşı tökməyə başladı. Ömər də onun ağladığını görüncə içdən ağlamaya başladı. Onun gözündəki yaşları görən Rəsulullah dönüb dedi ki: "Ey Ömər! Burada yaşlar tökülər." [Hakim, Müstedrek]
"Ömərin oğulu Hacerüləsvəddə tərəf sıxışar, hətta burnu qanayar. Rəsulullah Ömərə dedi ki: "Ey Hafsın atası, sən güclü bir adamsan. Həcərüləsvəddə insanları sıxışdırma. Yoxsa zəiflərə əziyyət verərsən. Əgər bir boşluq tapsan salamla, tapa bilməzsənsə, təkbir al keç." [İmam Şafi, Sünən]
Dövrələr əsnasında yalnız Yəmən tərəfindəki iki rüknü salamlamış və digər ikisini salamlamamışdır. Bəqərə surəsinin 201-ci ayəsni dua olaraq oxumuşdur: "Rəbbimiz, bizə dünyada da yaxşılıq ver, axirətdə də yaxşılıq ver və bizi atəş əzabından qoru!"
Sonra Kəbənin məqam deyilən daşının olduğu yerdən Kəbəyə yönələrək iki rükət namaz qılmış, birinci rükətdə Kafirun, ikinci rükətdə İxlas surələrini oxumuşdur.
Sonra qapıdan Səfaya çıxmış və oraya yaxınlaşınca İnnə's-Safa vəl-Mərvətə min şə'airillah ["Heç şübhəsiz Səfa və Mərvə Allahın simvollarındandır" 2.158] ayəsini oxumuşdur. Ayədə ilk keçən Səfanı nəzərdə tutaraq "Allahın başladığı yerdən başlayın" buyurmuş və sayına Səfadan başlamışdır (Baxın. 22. bl).
Kəbəni görəcək şəkildə Səfa təpəsinə çıxmış, orada qibləyə yönəlmiş, belə tövhid və təkbir gətirmişdir:
La ilahə illallahu vahdəhu la şərikə ləh.
Ləhu'l-mulku və ləhu'l-hamdu və huvə ‘alə kulli şeyin qadır.
La ilahə illalahu vahdəh.
Əncəzə va'dəh.
Və nasara abdəh.
Və həzəmə'l-ahzab vahdəh.
("Allahdan başqa heç bir tanrı yoxdur, Onun şəriki yoxdur.
Mülk Onundur və həmd yalnız Ona məxsusdur və O hər şeyə güc yetirəndir.
Bir tək Allahdan başqa əsla tanrı yoxdur.
O vədini yerinə yetirdi.
Qulunu zəfərə çatdırdı.
Tək başına [küfrün] bütün müttəfiqlərini təxribata uğratdı."]

Sonra dua etdi. Yuxarıdakı sözlərini təkrarladı. Merve təpəsində də belə etdi. Beləcə bu iki təpə arasında yeddi dəfə gedib gələrək sayını tamamladı.
"Rəsulullah say edərkən kürəkəni Əli, yanında dəvələrlə birlikdə Rəsulullaha yetişdi. Həyat yoldaşı Fatiməni ihramdan çıxdığını gördü. Əynində ihramlının geyməsi caiz olmayan ətir vurulmuş paltar vardı. Gözlərinə də sürmə çəkmişdi. Onun bu vəziyyəti Əlinin xoşuna gəlmədi. Fatimə, "Atam belə əmr etdi" dedi. Əli, düz Rəsulullahın yanına gedib vəziyyəti ərz etdi. Rəsulullah da "Fatimə doğru söyləmiş. Sən həccə hansı niyyətlə çıxdın?" deyə soruşdu. Əli dedi ki: "Ya Rəbbi! Rəsulunun niyyətiylə çıxıram, dedim". Rəsulullah "Amma mən yanımda qurban gətirdim" dedi və əlavə etdi: "Bu halda sən də ihramdan çıxma". [Müslim və Əbu Davud]
Zilhiccənin səkkizi – Tərviyə Günü Rəsulullah Minaya çıxdı. Günorta, ilkindi, axşam, şam və səhər namazlarını Minada qıldı. Günəş doğulana qədər gözlədi və sonra yola qoyularaq bir tərəfi Ərafat, digəri Müzdəlifəyə açılan Nəmirə vadisində yerləşdi.
Rəsulullahın Minada fasilə verməsi, karvandakı insanların ehtiyaclarını aradan qaldırma məqsədini daşıyırdı. Bir başqa səbəbi də vaxtından əvvəl Ərafata çıxmamaq istəməsi idi. Əgər Ərafata erkən çıxsaydı insanlar bunu sünnət hesab edərlər vaxtından əvvəl oraya çatmaları lazım olduğunu mütəfəkkirlər idi.
Nəmirədə günorta olunca Rəsulullah dəvəsi Kasvanın hazırlanmasını əmr etdi. Vadinin ortasına gəldi və məşhur Vida Həcci xütbəsini söylədi. Bu xütbədə, sanki bütün bir insanlıq onu dinləyirmiş kimi, bütün insanlığa xitab etdi. Yer üzünün ən əhatəli və ilk insan haqqları məlumatı olma xüsusiyyətini daşıyan bu xütbə tarixə belə düşdü:
"Ey İnsanlar!
Qanlarınız, mallarınız və namuslarınız, eynilə bu içində olduğunuz gün kimi, bu ay kimi, bu diyar kimi toxunulmaz və müqəddəsdir.
Bilin ki, cahiliyyənin hər şeyi ayaqlarımın altındadır.
Cahiliyyə dövründən qalan qan iddialarının hökmü qaldırılır. Ləğv etdiyim ilk qan iddiası bizim qanlarımızdan İbn Rebia b. Hərisin qanıdır.
Cahiliyyədən qalma faizlərin də hökmü qaldırılır. Ləğv etdiyim ilk faiz, bizimkilərdən Abbas b. Abdulmuttalibin faizidir. Bundan belə faizlərin hamısı hökmsüzdür.
Qadınlarınız haqqında Allahdan qorxun, Allahdan. Onları Allahın əmanəti olaraq görün. Yenə Allah adına onları özünüzə halal etdiniz. İstəmədiyiniz şəxsləri evinizdə qəbul etməmələri sizin onların üzərindəki haqqınızdır. Onların da sizin üzərinizdə [qarşılıqlı haqq və məsuliyyət əsasına] uyğun haqqları var. Ehtiyaclarını və geyimlərini təmin etmək vəzifənizdir.
Sizə sım-sıxı sarıldığınız təqdirdə ondan sonra dəlalətə sapmayacağınız bir şeyi, yəni Allahın kitabını buraxıram. Axirətdə məni sizdən soruşacaqlar. Buna nə cavab verəcəksiniz?
Hamı bir ağızdan "Şahidlik edərik ki, sən Risalətini təbliğ etdin, vəzifəni icra etdin və bizə öyüd verdin!"
Bunun üzərinə Rəsulullah işarə barmağını qaldırıb belə dedi:
Şahid ol ya Rəbb!
Şahid ol ya Rəbb!
Şahid ol ya Rəbb!

Sonra azan oxunmasını və qamət gətirilməsini əmr etdi. Əvvəl günorta namazını qıldırdı. Sonra yeni bir qamətlə ilkindi namazını qıldırdı. Bunların arasında başqa bir namaz qılmadı. Sonra heyvanına mindi. Bir qayanın yanına gəldi və orada vəqfə etdi.
Sonra Müzdelifəyə doğru hərəkət etdi. Burada Axşamla, Şam namazını birlikdə qıldırdı. Sonra şəfəq açıncaya qədər istirahət etdi. Yenə eyni yerdə azan və qamətlə səhər namazını qıldırdı. Kasvaya minərək Məşarilharama gəldi. Orada qibləyə döndü, təkbir, təhlil və tövhid gətirdi. Ortalıq ağarınca, günəş doğulmazdan əvvəl oradan Minaya doğru hərəkət etdi.
Sonra Akabe cəmrəsinə gəldi. Burada, vadinin içində dayanaraq 7 kiçik daş atdı.
Gazzali Şeytan daşlama mövzusunda, "Şeytan İbrahimə müsəllət oldu. İbrahim də Şeytanı gördüyü üçün daşladı. Amma mənə Şeytan müsəllət olmadı və görünmədi" deyərək məntiqi bir yanaşma ilə Şeytan daşlamaqdan imtina edəcən birinə belə söyləyir: "Bil ki, ağlına gələn bu fikir Şeytandandır. Sənin daşlamadakı əzmini qırmaq, sənə faydalı olmayacaq şeyləri xəyal etdirmək və "Bu hərəkətin oyuna bənzəyir, nə üçün buna zaman ayırırsansa?" demək üçün sənin qəlbinə bu fikri salmışdı. Ciddi bir səylə və Şeytanı daşlayaraq bu fikri içindən qov. Bu şəkildə Şeytanın burnunu yerdə süründürmüş olarsan. Bil ki, sən görünüşcə Akabədə kiçik daşları atırsan. Həqiqətdə isə o daşları Şeytanın özünə ataraq belini qırırsan. Çünki, Şeytanın burnunu sürtmək ancaq Allahın əmrinə tam bir təslimiyyətlə uymaqla olar."
Səid b. Malikdən: "Həccdə Nəbi ilə birlikdə döndüyümüzdə, içimizdən bəziləri "Mən altı daş atdım", bəziləri isə "Mən yeddi daş atdım" deyirdi də biz bir-birimizdə qüsur axtarmırdıq.

Sonra Rəsulullah qurban kəsəcəyi yerə gəldi və öz əliylə 63 qurban kəsdi. Bunu Allahın özünə bəxş etdiyi hər ilə bir şükr nişanəsi olaraq etmişdi. Kəsdiyi qurbanın ətindən yedi və onun suyuyla bişirilən şorbadan içdi.
Daha sonra Rəsulullah Kəbəyə doğru yola çıxmış, günorta namazını Kəbədə qılmış, təvaf etmiş və Zəmzəmdən içmişdir.
Mina günləri bitincə Əbtaha enmiş, vidalaşmazdan əvvəlki son təvafını etmiş və oradan ayrılmışdır.
Bir rəvayətə görə Rəsulullah bu həccdən 55 gün sonra əbədi yurduna getmişdir.

*Təvatür fiqhdə - İçində yalan ehtimalı olmayan və bir camaata istinad edən qüvvətli xəbər; fərdi olmayıb camaata aid olan möhkəm xəbər.
**Takunya -ağacdan düzəldilmiş tək barmağa keçirilən ayaqqabı

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka