Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏCƏRÜLƏSVƏD

[ Həcc / 7940 dəfə baxılıb ]   
|
 
Kəbə deyərkən, həcc deyərkən ilk ağla gələn insanın Allahla müqaviləsidir. Həccin sirri də məhz bundadır. Həcc ibadətinin məqsədi budur. Həcərüləsvəd, məhz bu müqaviləni təmsil edir.
Həcərüləsvəd bir daşdır. Həzrəti İbrahim bu daşı təvafın başlanğıcına işarə olsun deyə Kəbənin bir küncünə yerləşdirmişdi.

Deyilənlərə görə, bu daş dümağ bir daş idi. Bölgədəki bütün daşlar vulkanik qara daş olduğu üçün bu ağ daş qədim zamanlardan bəri insanların təxəyyülündə fövqəltəbii bir daş mahiyyətini qazandı. Hətta, bəziləri onun cənnətdən gəldiyini belə düşündü. Bu düşüncə, bir az da onun bu dünyaya aid olmadığı qənaətinə istinad edirdi. Xalqın təsəvvüründə formalaşan bu tezis, bu daşın bölgəyə düşmüş bir "meteorit/meteor" olma ehtimalını gücləndirməkdədir. Həcərüləsvədin bu dünyaya aid olmamağının səbəbi yalnız bu ola bilərdi.

Onun bölgənin qaya quruluşuna zidd olaraq dümağ bir meteor olduğu fikri doğrudursa, necə olmuşdur ki, belə qaralmışdı? Bunun cavabı qaneedicidir: Müşriklər bütlər üçün kəsdikləri qurbanların bərəkətli olmağı məqsədi ilə qanını bu daşa sürtə - sürtə daşı qarartmışdılar.

Rəsulullah bu daşı vida həccində öpmüşdü. İbn Huzeymenin İbn Ömərdən nəql etdiyi bir rəvayətdə belə deyilir: "Rəsulullah vida həccində Həcəri əvvəl salamladı, ardından dodaqlarını ona yapışdırdı və uzun – uzadı gözyaşı tökdü." (Səhihi İbn Huzeymə, 4/212, № 2712) Onun bu davranışı, Həcərüləsvədin Həzrəti İbrahimdən bu günlərə qalan bir neçə orijinal xatirədən birincisi olmasında idi. Həzrəti Ömər də Rəsulullahın bu davranışını nəzərdə tutaraq bir həcc əsnasında Həcərüləsvədi öpür və belə deyir: "Yaxşı bilirəm ki, sən yalnız bir daşsan, nə zərər verə bilərsən, nə fayda, əgər Rəsulullahın səni öpdüyünü görməsəydim vallah əsla səni öpməzdim." (Buxari 2/579 № 1520)

Həzrəti İbrahim kimi Allaha dostluğunu isbat etmiş bir Peyğəmbərdən günümüzə qalan orijinal Kəbə xatirəsi olan Həcərüləsvədi öpmək bir tərəfdən də Kəbəni inşa edən əli öpmək idi. Bu Rəsulullah üçün belə idi. Bizim üçün isə bunun mənası bir az da fərqlidir. Həcərüləsvədə toxunan hər dodaq, bir mənada da Rəsulullahın dodağının izini axtarmaqda, öz dodaqlarını sevimli Nəbinin buraxdığı müqəddəs izlə görüşdürə bilməyin tərifi mümkün olmayan həzzi yaşamaqdadır.

Həcərüləsvəd, Kəbənin küncünə yerləşdirilmiş çox ölçülü üstün bir kameradır. Bu kamera yalnız bədənlərin hərəkətlərini deyil ürəkləri və zehinləri də izləyir və qeyd edir. Qeyd edir, çünki dillərin susub əllərin və ayaqların şahidlik edəcəkləri ədalət günündə, məhşəri məşq etmək üçün Allahın İbrahim vasitəsilə etdiyi dəvətə, yanıq ürəklər şahidlik edəcək. (Sahihi İbn Humeyzə 4/220, № 2734)

Rəsulullahın Hacərüləsvədə etdiyi rəftarla bir cahiliyyə insanının saxta tanrısına qarşı etdiyi rəftar arasında həm hal, həm də xüsusiyyət baxımından yerlə göy qədər fərq var.

Həzrəti Peyğəmbərin Həcərüləsvədə qarşı davranışı, əşyanı yaddaşı olan canlı bir varlıq kimi qəbul etməyin bir parçasıdır. Həzrəti Peyğəmbərin Uhud üçün "Uhud bizi sevər, biz də Uhudu sevərik" [Buxari] sözü Onun əşyaya baxış bucağının sadə olmadığının olduqca təsirli bir nümunəsidir. Yenə rəvayətlərdən öyrənirik ki, o bir dağa çıxdığında dağ şahid olsun deyə iki rükət şahidlik namazı qılardı. Bir gün yağış yağarkən paltarını yağışın damlalarının altına tutduğunda nə etdiyini soruşan yoldaşlarına verdiyi cavab bu baxımdan çox mənalıdır: "Onun Allahla müqaviləsi bizdən daha yeni." [Əbu Davud].

"Allahla müqavilə"...
Həcərüləsvəd məhz bu müqaviləni təmsil edir. İnsan, Allahla bağladığı fitrət müqaviləsini [misaq] pozmuş və Allahın müqavilə təzələmə çağırışını bir fürsət bilərək kəfənini əyninə geyinib başı açıq, ayağı yalın hüzura gəlmişdi. Əvvəl irfanını sonra şüurunu yeniləmişdi. Daha doğrusu, düşməninə savaş elan edib təslimiyyətini qurbanıyla rəsmiləşdirmişdi. İndi isə Allahın evinə, azadlıq və təhlükəsizlik yurduna gəlib, Allahla yenidən müqavilə bağlayacaq.

Təvaf kimi bir eşq mədar (ekvatora müvazi olan xəyali dairə) əsnasında reallaşan bu müqaviləyə imzanı ürək atmışdır.
Bəlkə də təvaf, bu imzanın lap özüdür.

Belə ülvi bir müqavilənin ardından, "İbrahimin durduğu yeri dua və ibadətgah edin" deyən ayənin [2.125] bir tərəfinə istinad edərək Həzrəti İbrahimin iskele (Bir tikilini hündür yerlərini tikmək üçün ayağın altına qoyulan daş) daşı olaraq bilinən xatirəsinin qarşısında iki rükət namaz qılmaq uğruna bir çox insana əziyyət vermək, Allahla yeni müqavilə bağlamış bir möminə yaraşmaz. Bu, öz nafiləsi uğruna başqalarının fərzini fəda edən doğru olmayan bir yanaşmadır.

Azerislam.com




|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka