Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ALLAHIN NAZİL ETDİYİ MÜSTƏCƏB DUALAR

[ Zikrin fəziləti / 32447 dəfə baxılıb ]   
|
 
بسم الله الرحمن الرحيم

MÜQƏDDİMƏ

Allaha layiq alqış həmddir. Biz Allaha həmd edir, Allahdan kömək umur, öz günahlarımızın bağışlanmasını Allahdan diləyir, Allahın qarşısında tövbə edir və öz nəfslərimizin şərindən və ən pis əməllərimizdən Allaha pənah aparırıq.
Allahın doğru yol göstərdiyi adamı heç kəs öz yolundan azdıra bilməz, Allahın yolundan azdırdığı adama heç kəs doğru yol göstərə bilməz. Mən şəhadət verirəm ki, Məhəmməd onun qulu və elçisidir. Ona, ailəsinə əshabələrinə və yaxşı işlərinə görə onlardan sonra gələnlərə Allahın salavatı və salamı olsun!
Sonra isə məlumunuz olsun ki, Allahın adlarının və sifətlərinin doğruluğuna inanmaq Allah-təalaya iman gətirməyin ərkanlarından biridir. Allahın adını vasitə edib dua etmək ibadətdir:
"Ən gözəl adlar ( əsmai- hüsna ) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl - Əraf,180)

  1. Allah ( əl-Bəqərə,255);
  2. əl-Əhəd (əl-İxlas, 1);
  3. əl-Ə'la (əl-Ə'la, 1);
  4. əl-Əkram (əl-Ə'ləq, 3);
  5. əl-İləh (əl-Bəqərə, 163);
  6. əl-Əvvəl (əl-Hədid, 3);
  7. əl-Axir (əl-Hədid, 3);
  8. əz-Zahir (əl-Hədid, 3);
  9. əl-Batin (əl-Hədid, 3);
  10. əl-Bəri' (əl-Həşr, 24);
  11. əl-Bərr (ət-Tur, 28);
  12. əl-Bəsir (əş-Şura, 11);
  13. ət-Təvvab (əl-Bəqərə, 163);
  14. əl-Cəbbar (əl-Həşr, 24);
  15. əl-Hafiz (Yusif, 64);
  16. əl-Həfiz (Hud, 57);
  17. əl-Həsib (ən-Nisa, 6);
  18. əl-Həfi (Məryəm, 47);
  19. əl-Həqq (ən-Nur, 25);
  20. əl-Mubin (ən-Nur, 25);
  21. əl-Həkim (əl-Bəqərə, 163);
  22. əl-Həlim (əl-Maidə, 101);
  23. əl-Həmid (əl-Bəqərə, 267);
  24. əl-Heyy (əl-Bəqərə, 255);
  25. əl-Qayyum (əl-Bəqərə, 255);
  26. əl-Xabir (ət-Təhrim, 3);
  27. əl-Xaliq (əl-Həşr, 24);
  28. əl-Xalləq (əl-Hicr, 86);
  29. ər-Rauf (ət-Tövbə, 117);
  30. ər- Rahmən (əl-Bəqərə, 163);
  31. ər- Rahim (əl-Bəqərə, 163);
  32. ər- Rəzzaq (əz-Zariyat, 58)
  33. ər- Raqib (ən-Nisa, 1);
  34. əs-Sələm (əl-Həşr, 23);
  35. əs-Səmi' (əş-Şura, 23);
  36. əş-Şəkir (əl-Bəqərə, 158);
  37. əş-Şəkur (əş-Şura, 23);
  38. əş-Şəhid (Ali İmran, 98);
  39. əs-Saməd (əl-İxlas, 2);
  40. əl-Alim (əl-Bəqərə, 32);
  41. əl-Aziz (əl-Həşr, 23);
  42. əl-Azim (əl-Bəqərə, 255);
  43. əl-Əfuvv (əl-Həcc, 60);
  44. əl-Alim (əl-Bəqərə, 32);
  45. əl-Ali (əl-Bəqərə, 255);
  46. əl-Ğaffər (Ta ha, 82);
  47. əl-Ğafur (əl-Maidə, 101);
  48. əl-Ğani (əl-Bəqərə, 267);
  49. əl-Fəttəh (Səba, 26);
  50. əl-Qadir (əl-Ən'am, 65);
  51. əl-Qahir (əl-Ən'am, 18);
  52. əl- Quddus (əl-Həşr, 23);
  53. əl-Qadir (əl-Bəqərə, 20);
  54. əl-Qarib (əl-Bəqərə, 186);
  55. əl-Qavi (əl-Ənfal, 52);
  56. əl-Qahhar (Yusif, 39);
  57. əl-Kəbir (əl-Həcc, 60);
  58. əl-Kərim (əl-İnfitar);
  59. əl- Lətif (əl-Ənam, 103);
  60. əl- Mumin (əl-Həşr, 23);
  61. əl- Mutəali (R'ad, 9);
  62. əl- Mutəkəbbir (əl-Həşr, 23);
  63. əl- Mətin (əz-Zariyat, 58);
  64. əl- Mucib (Hud, 61);
  65. əl- Məcid (Hud, 73);
  66. əl- Muhit (Fussilət, 54);
  67. əl- Musavvir (əl-Həşr, 24);
  68. əl- Muqtədir (əl-Qəmər, 55);
  69. əl- Muqit (ən-Nisa, 85);
  70. əl- Məlik (əl-Fatihə, 4);
  71. əl- Məliik (əl-Qamər, 55);
  72. əl- Mövlə (əl-Ənfal, 40);
  73. əl- Muheymin (əl-Həşr, 23);
  74. ən-Nasir (əl-Ənfal, 40);
  75. əl-Vahid (əl-Bəqərə, 163);
  76. əl-Varis (əl-Hicr, 23);
  77. əl-Vasi (əl-Bəqərə, 115);
  78. əl-Vədud (əl-Büruc, 14);
  79. əl-Vəkil (Ali İmran, 173);
  80. əl-Vəli (əl-Bəqərə, 257);
  81. əl-Vəhhab (Ali İmran, 8);

    Allahın, Məhəmməd Peyğəmbərin (s.a.s) hədislərindəki adları.
  82. əl-Cəmil (Muslim, 147-ci hədis);
  83. əl-Cəvvad (Sahihul-cami, 1796-cı hədis);
  84. əl-Həkəm (Əbu Davud, 4955-ci hədis);
  85. əl-Həyiyyu(Əbu Davud, 1488-ci hədis);
  86. ər-Rəbb (ət- tirmizi, 3579-cu hədis);
  87. ər-Rafiq (Muslim, 2593-cü hədis);
  88. əs-Subbuh (Muslim, 487-ci hədis);
  89. əs-Seyyid (Əbu Davud, 4806-cı hədis);
  90. əş-Şə'fi (Muslim, 2191-ci hədis);
  91. ət-Tayyib (Muslim, 1015-ci hədis);
  92. əl-Qabid (Əbu Davud, 3451-ci hədis);
  93. əl- Bəsit (Əbu Davud, 3451-ci hədis);
  94. əl-Muqəddim (Muslim, 771-ci hədis);
  95. əl-Muəxxir (Muslim, 771-ci hədis);
  96. əl-Muhsin (səhih hədislər silsiləsi, 469-cu hədis);
  97. əl-Mu'ti (əl-Buxari, 3116-cı hədis);
  98. əl-Mənnən (Əbu Davud, 1495-ci hədis);
  99. əl-Vitr (əl-Buxari, 6410-cu hədis);

Allah-təalanın adları müəyyən bir ədədlə məhdudlaşmır
Bu haqda məşhur bir hədisdə Peyğəmbər (s.ə.v) bu sözləri misal gətirir: "Sənə Sənin Özünün Özünə verdiyin, və ya xəlq etdiklərindən birinə öyrətdiyin, və ya Öz yanında saxladığın qeyb elmində malik olduğun hər bir adla dua edirəm".
Bu hədisi Əhməd, İbn Hibban və başqaları rəvayət etmişlər.
Allah-təalanın qeyb elmində malik olduqlarını isə heç kəsin nə məhdudlaşdırılması, nə də əhatə etməsi mümkündür. Peyğəmbərin (s.ə.v) "Allahın doxsan doqquz -yüzdən bir əskik adı var, kim onları sadalasa Cənnətə daxil olar"- kəlamına gəldikdə isə p heç də Allahın adlarının bu ədədlə məhdudlaşdığına dəlalət etmir. Əgər burada məqsəd onların sayını məhdudlaşdırmaq olsaydı, bu ifadə "Allahın adlarının sayı doxsan doqquzdur, kim onları sadalasa Cənnətə daxil olar" yaxud buna oxşar bir şəkildə olardı.
Deməli, hədisdən belə məna çıxır ki, bu elə bir ədəddir ki, kim Allahın adlarını bu sayda çəksə, Cənnətə daxil olar. Buna əsaslanaraq demək olar ki, Peyğəmbərin (s.ə.v) işlətdityi "...kim Allahın adlarından bu sayda sadalasa, Cənnətə daxil olar " cümləsi müstəqil cümlə olmayıb, özündən əvvəlki cümləni tamamlayan bir cümlədir. Əslində,bu sözü yalnız "...kim Allahın adlarından bu sayda sadalasa..." mübtəda budaq cümləsinə aid etmək lazımdır. Bu ona bənzəyir ki, deyəsən: " Məndə sədəqə üçün ayırdığım yüzdirhəm pul var". Bu o demək deyil ki, səndə sədəqə üçün ayırmadığın başqa pullar ola bilməz.
Bu adların dəqiq sayı haqqında Peyğəmbərdən (s.ə.v) bizə heç bir hədis gəlib çıxmayıbş Bu haqda rəvayət olunmuş hədis gəlib çıxmayıb. Bu haqda rəvayət olunmuş hədis gəlib çıxmayıb. Bu haqda rəvayət olunmuş hədis də zəif hədisdir. Həmin hədisi Tirmizi rəvayət etmişdir.

Duanın fəziləti

Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil lolaraq girəcəklər "" (əl-Mumin, 60).
"Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər.Bununla da, ola bilsin ki,doğru yola yetişsinlər "(əl-Bəqərə,186).
Ən-Nümandan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.v) demişdir: "Dua ibadətdir" (Səhih hədislər silsiləsi, 6/326).
Salman əl-Farisinin rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.v) demişdir: "Sizin Rəbbiniz həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmasından utanır" (Əbu Davud,1485-ci hədis).

Duanın ədəbləri və qəbul ounmasının səbəbləri

  1. İxlas ilə Allah üçün dua etmək;
  2. Allaha həmd və səna etməklə, Peyğəmbərə (s.ə.v) salavat gətirməklə başlamaq və bitirmək;
  3. Qəbul olunmasına ümid etmək:
  4. Dua etdikdə tələsməmək;
  5. Dua zamanı fikri yayındırmamaq:
  6. Çətinlikdə də, firavanlıqda da dua etmək;
  7. Yalnız tək Allahdan istəmək;
  8. Alçaq səslə dua etmək;
  9. Günahı etiraf etmək və onun bağışlanmasını diləmək, neməti etiraf etmək və ona görə Allaha şükr etmək;
  10. Rəğbət və qorxu ilə dua etmək;
  11. Üç dəfə təkrar etmək;
  12. Qibləyə tərəf yönəlmək;
  13. Əlləri qaldırmaq;
  14. Dəstəmazlı olmaq (mümkündürsə);
  15. Dua edənin yediyi, içdiyi və geydiyi halal olmalıdır;
  16. Qohumluq əlaqələrini kəsmək və ya hər hansı bir gnah etmək üçün dua etməmək ;
  17. Günahlardan uzaq olmaq.

Duanın qəbul olan vaxtları və yerləri

  1. Qədr gecəsi;
  2. Gecənin axır üçdə biri;
  3. Fərz namazlarından sonra;
  4. Azan ilə iqamə arasında;
  5. Yağış yağdıqda;
  6. Cümə günü;
  7. Zəm-zəm suyunu içdikdə;
  8. Səcdədə;
  9. Təşəhhüddən sonra və salamdan əvvəl;
  10. Ərəfat günü;
  11. Elm məclisində;
  12. Müsibət gəldikdə;
  13. Məzlumun duası (ona zülm olunduqda) ;
  14. Səfərdə olduqda;
  15. Valideynin övladı və övladın valideyni üçün etdiyi dua;
  16. İftara qədər;
  17. İftar zamanı;
  18. Ehtiyac ucundan;
  19. Ədalətli imamın duası;
  20. Kəbənin içərisində;
  21. Səfa və Mərvə təpələrinin üstündə;
  22. Kiçik cəmərəyə daş atdıqdan sonra;
  23. Orta cəmərəyə daş atdıqdan sonra.

Ey möminlər, Rəbbinizi unutmayın! Həqiqi möminlər hər zaman özlərinin Rəbbini yad edərlər:
"O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər(və deyərlər): "Ey Rəbimiz!Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından Özün qoru (Ali İmran, 191).

Qurani-Kərimdən seçilmiş dualar

"Rabbənə zaləmnə ənfusənə və ən ləm təğfir lənə və tərhmnə lənəkunənnə minəl - xasirin"
"Ey rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki ziyana düşənlərdən olarıq" (əl-Əraf,23) ;
"Rabbi inni əuzu bikə ən əsələkə mə leysə li bihi elmun və illə təğfir li və tərhəmni əkun minəl-xasirin"
"Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram" ( Hud, 47) ;
"Rabbi-ğfirli va livalideyyə va limən dəxalə beytiyə muminən va li-l-mumininə val-muminət va lə təzidiz-zaliminə illə təbəra"
"Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kəmə daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır" (Nuh,28).
"Rabbənə təqabbəl minnə,innəkə əntə-səmiyul-alim "
"Ey Rəbbimiz!(Bu xeyirli işi) məndən qəbul et, sən doğrudan da, (hər şeyi) Eşidən və Bilənsən" (əl-Bəqərə , 127).
"Va tub aleynə, innəkə əntə-t-tavvəbu-r-rahim"
"Tövbəmizi qəbul et!Həqiqətən Sən tövbələri qəbul Edən və Mərhəmətlisən" (əl-Bəqərə,128).
"Rabbi-c-alni muqayimə-s-saləti va min zurriyəti.Rabbənə va təqabbəl duai"
"Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul buyur!" (İbrahim,40).
"Rabbənə-ğ-firli va livalideyyə va lil-mumininə yəumə yəqumul-hisəb"
"Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-
anamı və möminləri bağışla" (İbrahim, 41).
"Rabbi həb li hukmən va əlhiqni bi-s-salihin vacəl li lisənə sidqin fil-axirin va-c-alni min varəsəti cənnətin-nəim"
"Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur. Sonra gələnlərarasında mənə yaxşı ad qismət et! Məni Nəim cənnətlərinin varislərindən et!" (əş-Şuəra,83-85).
"Rabbi həb li minə- s- salihin"
"Ey rəbim! Mənə salehlərdən olan bir övlad bəxş et!" (əs-Saffat, 100).
"Rabbənə aleykə təvəkkəlnə va ileykə ənəbnə vaileykə-l-masir".
"Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır" (əl-Mumtəhinə, 4).
"Rabbənə lə təcalnə fitnətən li-l-ləzinə kəfəru va-ğ-firlənə. Eabbənəinnəkə əntə-l-azizul-həkim"
"Ey Rəbbimiz! Bizi kafirlərin əlinə salma! Bizi bağışla, həqiqətən, Sən yenilməz qüvvət və hikmət Sahibisən" (əl-Mumtəhinə, 5).
"Rabbi əvzini ən əşkura nimətəkə-l-ləti ənamtə aleyyə və alə valideyyə va ən əmələ salihən tərdah va ədxilni birahmətikə fi ibədikə-s-salihin "
"Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinlə saleh bəndələrinin sırasına daxil et!" (ən-Nəml, 19).
"Rabbi həb li min lədunkə zurriyyətən tayyibə, innəkə səmiu-d-dua"
"Ey Rəbbim! Mənə də öz tərəfindən bir övlad bəxş et! Sən həqiqətən, dualarıeşidənsən!" (Ali-İmran, 38).
"Rabbi lə təzərni fərdən va əntə xayru-l -varisin"
"Ey Rəbbim! Məni tək (kimsəsiz,varissiz) buraxma. Sən varisləri ən yaxşısısan" (əl-Ənbiya, 89).
"lə iləhə illə ənt subhənəkə inni kuntu minə-z-zalimin"
"Səndən başqa heç bir (ibadətə layiq olan) ilahi yoxdur. Mən isə həqiqətən zalimlərdən olmuşam " (əl-Ənbiya, 87).
"Rabbi-ş-rahli sadri va yəssir li əmri va-h-lul uqdətən min lisəni yəfqahu qauli"
"Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar" (Ta ha, 25-28).
"Rabbi inni zaləmtu nəfsi fə-ğ-firli"
"Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!" (əl-Qasəs, 16).
"Rabbənə əmənə bimə ənzəltə va-t-təbənə-r-rasulə fəktubnə məəş-ş-şəhidin"
"Ey Rəbbimiz! Bizə nazil etdiyinə iman gətirdik və peyğəmbərinə tabe olduq. Artıq bizləri şahid olanlarla bir yerdə yaz" (Ali İmran, 53).
"Rabbənə lə təcəlnə fitnətən li-l-qaumi-z-zalimin va nəccinə birahmətikə minə-l-qaumi-l-kafirin"
"Ey Rəbbimiz! Bizi zalim tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə, və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!" (Yunus, 85-86).
"Rabbənə-ğfirlənə zunubənə va israfənə fi əmrinə va səbbit əqdəmənə va-n-surnə alə-l-qaumi-l-kəfirin".
"Ey Rəbbimiz! Günahlarımıza və işlərimizdə həddimizi aşdığımıza görə bizi bağışla, qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!" (Ali İmran, 147).
"Rabbənə ətinə min lədunkə rahmətən və həyyi lənə min əmrinə raşədə"
"Ey Rəbbimiz! Bizə öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver!" (əl-Kəhf, 10).
"Rabbi zidni ilmən"
"Ey Rəbbim! Mənim elmimi artır!" ( Ta ha, 114 ).
"Rabbi əuzu bikə min həmzəti-ş-şəyatin va əuzu bikə rabbi ən yəhdurun"
"Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından Sənə pənah aparıram, ey Rəbbim!" (əl-Muminun, 97-98).
"Rabbi-ğ-firli va-rhəm va əntə xeyru-r-rahimin"
"Ey Rəbbim! Bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan" (əl-Muminun, 118).
"Rabbənə ətinə fi-d-dunyə həsənətən va fi-l axirəti həsənətən və qınə azəbə-n-nər"
"Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!" (əl-Bəqərə, 201).
"Səminə va ətanə ğufranəkə rabbənə va ileykə-l-masir "
"Eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla. Sənin dərgahına (hüzuruna ) qayıdacağıq " (əl-Bəqərə, 285).
"Rabbənə lə tuəxiznə in nəsiynə au əxtanə rabbənə va lə təhmil aleynə au əxtanə rabbənə va lə təhmil aleynə isran kəmə haməltəhu alə-l0ləzinə min qablinə rabbənə va lə tuhəmmilnə mə lə taqətə lənə bihi vafu annə vağfir lənə varhəmnə əntə məulənə fənsurnə alə-l-qaumi-l-kəfirin"
"Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi bizi ağır yükləmə1 Ey Rəbbimiz, güvümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əvf edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar Sahibimizsən.Kafirlərə qələbə çalmaqda bizə kömək et!" (əl-Bəqərə, 286).
"Rabbənə lə tuziğ qulubənə bədə iz hədəytənə va həb lənə lədunkə rahmətən innəkə əntə-l-vahhəb"
"Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə salma! Bizə öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən doğrudan da bəxşiş verənsən!" (Ali İmran, 8).
"Rabbənə mə xaləqtə həzə batilən subhənəkə fəqinə azəbə-n-nər rabbənə innəkə mən tudxili-n-nəra fəqəd əxzəytəhu va mə li-z-zaliminə min ənsar rabbənə innənə səminə munədiyən yunədi li-liiməni ən əminu birabbikum fə əmənnə rabbənə fəğfir lənə zunubənə va kəffir annə seyyiətinə va təvaffənə məə-l-əbrar rabbənə va ətinə mə vaadtənə alə rusulikə va lə tuxzinə yəumə-l-qiyəməti innəkə lə tuxlifu-l-miyad"
"Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından Özün qoru! Ey rəbbimiz , sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə , rüsvay edərsən və zalimlərə kömək edən olmaz! Ey Rəbbimiz , həqiqətən, biz: "Rəbbinizə inanın " -deyə iman tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik.Indi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al! Ey Rəbbimiz, Öz peyğəmbərlərin vasitəsilə izə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, sən öz vədinə xilaf çıxmazsan " (Ali İmran, 191-194).
"Rabbənə-srif annə azəbə cəhənnəmə innə azəbəhə kənə ğaramən innəhə səət mustəqqaran va muqamə"
"Ey rəbbimiz, Cəhənnəm əzabını bizdən sovuşdur! Şübhəsiz ki, onun əzabı həmişəlikdir.Doğrudan da, o ən pis məskən, ən pis yerdir" (əl-Furqan, 65-66).
"Rabbənə həb lənə min əzvacinə va zurriyətinə qurratə əyinun va-c-alnə li-l-muttəqinə iməmə"
"Ey Rəbbimiz! Bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! " (əl-Furqan,74).
"Rabbənə-ğ-fir lənə va li ixvaninə-l-ləzinə səbəqunə bi-l-imən va lə təcəl fi qulubinə ğıllən li-l-ləzinə əmənu rabbənə innəkə raufun rahim"
"Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz, Sən, həqiqətən, şəfqətli və mərhəmətlisən" (əl-Həşr, 10).
"Rabbənə ətmim lənə nuranə vəğfir lənə innəkə alə kulli şeyin qadir"
"Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən" (ət-Təhrim, 8).
"Rabbical həzə-l-bələdə əminən vacnubi va bəniyyə ən nəbudə-l-əsnam"
"Ey Rəbbim, bu diyarı (Məkkəni) əmin -amanlıq yurdu et! Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!" (İbrahim, 35).
"Rabbi inni limə ənzəltə ileyyə min xeyrin fəqir"
"Ey rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam" (əl-Qəsəs, 24).
"Rabbi-nsurni alə-l-qaumi-l-mufsidin"
" Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et! " (əl-Ənkəbut, 30).
"Həsbiyəllahu lə iləhə illə huva alryhi təvəkkəltu va hua rabbu-l-arşi-l-azım "
" Mənə təkcə Allah yetər, Ondan başqa heç bir tanrı yoxdur, O, əzəmətli Ərşin Sahibidir " (ət-Tövbə, 129).
"Asə rabbi ən yəhdiyəni səvaə-s-səbil"
"Ola bilsin ki, Rəbbim mənə doğru yol göstərsin " (əl-Qəsəs, 22).
Səhih hədislərdəki bəzi dualar
"Allahummə inni əuzu bikə min fitnəti-n-nəri va azəbi-n-nər va fitnəti-l-qabri va azəbil qabri va şərri fitnəti-l-ğinə va şərri fitnəti-l-fəqr. Allahummə ini əuzu bikə min şərri fitnəti-l-məsihi-d-dəccəl. Allahummə-ğsil qalbi bi-l-məi-s-səlci va-l-bəradi va nəqqi qalbi minə-l-xatayə kəmə nəqqaytə-s-səubə-l-əbadə minə-d-dənəsi va bəid bəyni va bəynə xatayəyə kəmə bəadtə beynə-l-məşriqi va-l-məğrib. Allahummə inni əuzu bikə minə-l-kəsəli va-l-məsəmi va-l-məğrami"
"Allahım! Cəhənnəm və qəbr əzabından, onların fitnəsindən, həmçinin var-dövlət və kasıbçılıq fitnəsinin şərindən Sənə sığınıram! Allahım, yalançı Məsihin fitnəsinin şərindən sənə sığınıram. Allahım, qəlbimi su, qar və buz ilə ağ paltarın çirkdən təmizləndiyi kimi xətalardan təmizlə və onları məndən məşriqi məğribdən uzaq etdiyin kimi uzaq et! Allahım, tənbəllikdən, günahlardan və borclu olmaqdan sənə sığınıram! " (əl-Buxari, 6377).
"Allahunmmə inni əuzu bikə minə-l-aczi va-l-kəsəli va-l-cubni va-l-hərami va-l-buxli va əuzu bikə min azəbi-l-qabri va min fitnəti-l-məhyə va-l-məmət"
"Allahım! Acizlik, tənbllik, qorxaqlıq, qocalıq və paxıllıqdan sənə sığınıram. Həmçinin qəbr əzabından, ölümün və həyatın fitnəsindən Sənə sığınıram! " (əl-Buxari, 6367).
"Allahummə inni əuzu bikə min cəhdi-l-bələi va dəraki-ş-şəqai va sui-l-qadai va şəmətəti-l-ədəi"
"Allahım! Bəla məşəqqətindən, bədbəxtçilikdən, pis taledən və düşmənlərin bədxahlığından sənə sığınıram!" (əl-Buxari, 6347).
"Allahummə inni əuzu bikə minə-l-buxli va əuzu bikə minə-l-cubni va əuzu bikə min ən uraddə ilə ərzəli-l-umuri va əuzu bikə min fitnəti-d-dunyə va əuzu bikə min azəbi-l-qabri"
"Allahım, paxıllıqdan, qorxaqlıqdan, ən rəzil ömürə qayıtmağımdan, dünyanın (yəni yalançı Məsihin) və qəbr əzabının fitnəsindən Sənə sığınıram" (əl-Buxari, 6365).
"Allahummə-ğfirli va cəhli va israfi fi əmri va mə əntə ələmu bi minni. Allahummə -ğfirli həzli va cəddi va xatai va amdi va kullu zalikə indi"
"Allahım! Günahımı, cahilliyimi, etdiyim israfı və bilməyib etdiklərimi - yalnız Sən hər şeyi bilənsən-bağışla. Allahım, zarafatla, ciddi, bilməyərək və bilərəkdən etdiyim səhflərə görə məni bağışla! Bunların hamısının məndə olması mümkündür!" (əl-Buxari, 6399).
"Allahummə inni zaləmtu nəfsi zulmən kəsiran va lə yəğfiru-z-zunubə illə əntə fə-ğfirli məğfiratən min indikə varhəmni innəkə əntə-l-ğafuru-r-rahim!"
"Allahım, mən nəfsimə çox zülm etmişəm, günahları da bağışlayan yalnız Sənsən. Günahlarımı bağışla və mənə rəhm et.Həqiqətən, Sən Bağışlayan və rəhm Edənsən! " (əl-Buxari, 834).
"Allahummə ləkə əsləmtu va bikə əməntu va əleykə təvəkkəltu va ileykə ənəbtu va bikə xasamtu. Allahummə inni əuzu bi izzətikə lə iləhə illə əntə ən tudilləni əntə-l-heyyu-l-ləzi lə yəmutu va-l-cinnu va-l-insu yəmutun"
"Allahım, Sənə təslim oldum, Sənə iman gətirdim, Sənə təvəkkül etdim, Sənə qayıtdım, Səninlə hüccət (təsdiq üçün Allahın kəlamını gətirmək) etdim. Allahım, zəlalətə düşməkdən sənin izzətinə sığınıram. Səndən başqa (ibadətə layiq olan) ilah yoxdur, Sən ölməyən, Əbədisən. Cinlər və insanlar isə öləndir" (Müslim, 6837).
"Alahummə rabbə-s-səməvəti va rabbə-l-ardi va rabbə-l-arşi-l-azım. Rabbənə va rabbə kulli şeyin fəliqa-l-həbbi va-n-nəva va munzilə-t-təurati va-l-incili va-l-furqan. Əuzu bikə min şərri kulli şeyin əntə əxizu binəsıyətihi. Allahummə əntə-l-əvvəlu fəleysə qabləkə şeyun va əntə-l-əxiru fəleysə bədəkə şeyun va əntə-z-zahiru fəleysə fəuqakə şeyun va əntə-l-bətinu fəleysə dunəkə şeyun, iqdi annə-d-deynə va əğninə minə-l-fəqr "
"Göylərin, yerin və əzəmətli Ərşin Rəbbi olan Allahım! Rəbbimiz və hər bir şeyin Rəbbi, toxumu da, çəyirdəyi də cücərdib çatladan, Tövratı, İncili və Furqanı (Quranı ) nazil edən! Kəkilindən tutduğun hər bir şryin (məxluqatın) şərindən Sənə sığınıram. Sən Əvvəlsən (Əzəlisən), Səndən əvəl heç nə olmayıb, Sən Axırsan (Əbədisən), Səndən sonra heç nə olmayacaq, Sən Zahirsən, Səndən üstdə heç nə yoxdur, Sən Batinsən, Səndən içdə heç nə yoxdur! Mənim borcumu ödə və məni zəginləşdir! " (Müslim, 6827).
"Allahunmmə-cəl fi qalbi nuran va fi lisəni nuran va-cəl fi səmi nuran va cəl fi bəsari nuran va cəl fi xalfi nuran va min əməmi nuran va cəl min fəuqi nuran va min təhti nuran.Allahummə ətini nuran!"
"Allahım! Qəlbimi, dilimi, eşitməyimi, bəsirətimi, arxamı və önümü, üstümü, altımı nurlu et! Allahım mənə nur bəxş et " (Müslim, 1796)
"Allahummə əslih li diniyəlləzi huva ismətu əmri va əslih li dunyəyəlləti fiyhə məəşi va əslih li axirəti-l-ləti fiyhə məədi vacəli-l-həyətə ziyədətən li fi kulli xeyr vacəli-l-məutə rahətən li min kulli şərr"
"Allahım! Ismətli olan dinimi, yaşadığım dünyamı və qayıdacaq axirətimi islah et! Xeyirli işlər üçün ömrümü artır, ölümümü isə şər əməllərdən qurtarmaq üçün rahatlıq vasitəsi et!" (Muslim, 6841).
"Allahummə inni əs əlukə-l-hudə va-t-tuqa va-l-afəfə va-l-ğinə"
"Allahım, hidayəti, Allah qorxusunu, iffətli (pis əməllərdən təmizlənmək) va qənaətkar olmağı Səndən istəyirəm" (Müslim, 6842).
"Allahummə inni əuzu bikə minə-l-aczi va-l-kəsəli va-l-cubni va-l-buxli va-l-hərami va azəbi-l-qabri. Allahummə əti nəfsi təqvəhə va zəkkihə əntə xayru mən zəkkəhə əntə vəliyyuhə va məuləhə.Allahummə inni əuzu bikə min ilmin lə yənfə va min qalbi lə yəxşə va min nəfsin lə təşbə va in dəvətin lə yəstəcəbu ləhə"
"Allahım! Acizlikdən, tənbəllikən, qorxaqlıqdan, paxıllıqdan, qocalıqdan və qəbr əzabından Sənə sığınıram! Allahım, nəfsimi təqvalı et və onu təmizə çıxart, Sən təmizə çıxaranların ən xeyirlisisən. Sən nəfsimin qəyyumu və hamisisən! Allahım, fayda verməyən elmdən, Səndən qorxmayan qəlbdən, doymayan nəfsdən və qəbul olmayan duadan Sənə sığınıram! " (Muslim, 6844) .
"Allahummə inni əuzu bikə min zəvali nimətikə va təhəvvuli əfiyətikə va fucəəti niqmətikə va cəmi səxatkə"
"Allahım, nemətinin tükənməsindən, verdiyun uğurun dəyişməsindən, qəfil qisasından və cəmi qəzəbindən Sənə sığınıram!" (Müslim, 6879).
"Allahummə ini əuzu bikə min şərri mə amiltu va min şərri mə ləm əməl"
"Allahım, etdiyim və etmədiyim əməllərin şərindən Sənə sığınıram!" (Müslim, 6833).
"Allahummə musarrifə-l-qulubi sarrif qulubənə alə taətikə"
"Qəlbləri yönəldən Allahım! Qəlblərimizi Sənə itaət üçün yönəlt" (Müslim, 6692).
"ya muqallibə-l-qulub səbbit qalbi alə diynik"
"Ey qəlbləri döndərən! Qəlbimi dinin üzərinə sabit et!" (Səhih ət-Tirmizi, 3/180).
"Allahummə əhsin aqibatənəfi-l-umuri kullihə va əcirnə min xizyi-d-dunyə va azəbi-l-axirəti"
"Allahım! Bütün işlərdə aqibətimizi yaxşılaşdır, rüsvayçılıqdan və axirət əzabından bizi qoru!" (Əhməd, 4/181).
"Allahummə inni əuzu bikə minə-l -bərasi va-l-cununi va-l-cuzəmi va min seyyii-l-əsqam"
"Allahım, albinosluqdan, divanəlikdən, cüzamdan və pis xəstəliklərdən Sənə sığınıram" (Səhih ən-Nəsəi, 3/1116).
"Allahummə inni əuzu bikə min munkərati-l-əxlaqi va-l-əməli va-l-əhvəi"
"Allahım.pis əxlaq, əməl və fikirlərdən Sənə sığınıram!" (Səhih ət-Tirmizi, 3/184).
"Allahummə innəkə əfuvvun kərimun tuhibu-l-əfv fəfu ənni"
"Allahım, Sən Bağışlayan, kərəm Sahibisən, bağışlamağı sevirsən, məni bağışla" (Səhih ət-Tirmizi. 3/184).
"Allahummə inni əs-əlukə filə-ləxayrati va tərkə-l-munkərati va hubbə-l-məsəkini va ən təğfira li va tərhəmni va izə əradtə fitnətə qaumin fətəvaffəni ğeyra məftun va əs-əlukə hubbəkə va hubbə mən yuhibbukə va hubbə aməlin yuqarribuni ilə hubbikə"
"Allahım, xeyirxahlıq etməyi, pisliklərdən çəkinməyi, miskinləri sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və hər hansı qövmə bəla göndərmək istədikdə bəla mənə toxunmazdan əvvəl canımı almağını Səndən istəyirəm. Sənin məhəbbətini və Səni sevənin məhəbbətini qazanmağımı, Sənin məhəbbətinə yaxınlaşdıracaq hər bir əməli sevməyimi Səndən istəyirəm" (Əhməd, 5/243).
"Allahummə inni əs-əlukə minə-l-xeyri kullihi acilihi va əcilihi məalimtu minhu va mələm ələm va əuzu bikə minə-ş-şərri kullihi acilihi mə alimtu minhu va mə ləm ələm.Allahummə inni əs-əlukə min xeyri mə sə-ələkə əbdukə va nəbiyyukə va əuzu bikə min şərri mə-s-təəzə bikə minhu əbdukə va nəbiyyukə. Allahummə inni əs-əlukə-l-cənnətə va mə qarrabə ileyhə min qaulin au əməl va əs-əlukə ən təcələ kullə qadain qadaytəhu li xeyran "
"Allahım, bildiyim və bilmədiyim, tez və gec olan bütün xeyrləri Səndən istəyir və şərlərdən Sənə sığınıram. Allahım,qulun və peyğəmbərinin (Məhəmməd-s.ə.v.) Səndən istədiklərini Səndən istəyir və sığındığı şərlərdən Sənə sığınıram. Allahım, Cənnəti və ona yaxınlaşdıran hər bir söz və əməli Səndən istəyir, Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir söz və əməldən Sənə sığınıram. Səndən mənim üçün yazdığın hər bir hökmün xeyrli olmasını istəyirəm" (Səhih İbn Macə, 2/327).
"Allahummə-hfizni bi-l-isləmi qaimən vahfizni bi-l-isləmi qaidən va-hfizni bi-l-isləmi raqidən va lə tuşmit bi əduvvan va lə həsidən. Allahummə inni əs-əlukə min kulli xeyrin xazəinuhu biyədikə va əuzu bikə min kulli şərrin xazəinuhu biyədikə"
"Allahım, məni ayaq üstə. Oturan və uzanan yerdə İslam ilə mühafizə et. Düşməni və paxılı (mənə qarşı) sevindirmə. Allahım, xəzinəsi Səninəlində olan xeyri Səndən istəyir və xəzinəsi Sənin əlində olan şərdən Sənə sığınıram!" (əl-Hakim. Səhih hədislər silsiləsi, 1540).
"Allahummə-ğfirli zənbi va vassi li fi dəri va bərik li fi rizqi"
"Allahım, günahımı bağışla, yaşadığım yeri genişlət və ruzimi bərəkətləndir!" (Əhməd 4/63)
"Allahummə inni əuzu bikə minə-l-fəqri va-l-qilləti va-z-zilləti va əuzu bikə min ən əzlimə əu uzləmə"
"Allahım, kasıbçılıqdan, şçatışmazlıqdan, rüsvayçılıqdan,zülm edib va ya mənə zülm edilməsindən Sənə sığınıram!" (Səhih ən-Nəsəi, 3/1111).
"Allahummə inni əuzu bikə min yəumi-s sui va min leyləti-s-sui va min sə-əti-s-sui va min sahibi-s-sui va min cəri-s-sui fi dəri-l-muqamə "
"Allahım, pis gündən, gecədən, vaxtdan, yoldaşdan və yaşadığım yerdəki pis qonşudan Sənə sığınıram!" (Səhihu-l-cəmi, 1/411).
"Allahummə fəqqihni fi-d-din"
"Allahım,məni dində fəqih (elmli) et! (Bu duaya Peyğəmbərin (s.ə.v.) İbn Abbasa (r.a.) etdiyi dua dəlalət edir )" (əl-Buxari,143).
"Allahummə inni əuzu bikə ən uşrikə bikə va ənə ələmu va əstəğfirukə limə lə ələmu"
"Allahım! Bilərəkdən edə biləcəyim şirkdən Sənə sığınır və bilməyib etdiklərimə görə Səndən bağışlanma diləyirəm!" (Səhih ət-Tərğib və ət-Tərhib, 1/19).
"Allahummə-nfəni bimə alləmtəni va allimni mə yənfəuni va zidni ilmən "
"Allahım! Mənə öyrətdiklərini mənim üçün faydalı verəcək şeyləri mənə öyrət və elmimi artır!" (Səhih İbn Macə, 1/47).
"Allahummə inni əs-əlukə ilmən nəfian va rizqan tayyibən va amələn mutəqqabilən"
"Allahım, Səndən faydalı elm, təmiz ruzi və qəbul olan əməl istəyirəm!" (Səhih İbn Macə, 1/152).
"Allahummə həsini hisəbən yəsira"
"Allahım, (Qiyamət günü) mənimlə şəkdiyin haqq-hesabı yüngül et!" (əl-Hakim, 1/255).
"Allahummə əinnə alə zikrikə va şukrikə va husni ibadətikə"
"Allahım, Səni zikr etməyə, Sənə şükr və ibadət etməkdə mənə yardım et!" (əl-Hakim, 1/499).
"Allahummə əhsəntə xalqi fə-əhsin xuluqi"
"Allahım, yaradılışımı gözəl etdin, əxlaqımı da gözəlləşdir!" (İrvəi-l-Ğalil, 1/115).
"Allahummə Rabbə Cibrilə va Mikəilə va İsrafilə fətıra-s-səməvəti va-l-ardi alimə-l-ğeyi va-ş-şəhədəti əntə təhkumu beynə ibədikə fi mə kənu fihi yəxtəlifun ihdini limə-xtulifə fihi minə-l-həqqi bi iznikə innəkə təhdi mən təşəu ilə siratin mustəqim"
"Cəbrailin, Mikailin bə İsrafilin Rəbbi, göyləri və yeri Yaradan, qeybdə və aşkarda olanı bilən Allahım! Sən qullarının arasındakı ixtilafın hökmünü verirsən, məni Öz izninlə baş vermiş ixtilafdan haqqa yönəlt. Həqiqətən, Sən istədiyini doğru yola yönəldirsən!" (Əbu Davud, 763).
"Allahummə inni əuzu bikə minə-l-aczi va-l kəsəli va-l- cubni va-l-buxli va-l-hərami va-l-qasvəti va-l-ğafləti va-l-ayləti va-z-zilləti va-l-məskənəti va əuzu bikə minə-l-fəqri va-l-kufri va-l-fusuqi va-ş-şiqaqi va-n-nifəqi va-s-suməti va-r-riyəi va əuzu bikə minə-s-saməmi va-l-bəkəmi va-l cununi va-l-cuzəmi va-l-bərasi va seyyi-il-əsqami"
"Allahım, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, paxıllıqdan, qocalıqdan, sərtlikdən, qəflətdən, ehtiyacdan, rüsvayçılıqdan , miskinlikdən, kasıbçılıqdan, küfrdən, fasiqlikdən (asilikdən), ixtilafdan, nifaqdan, lovğalıqdan(təkəbbürlükdən ), riyakarlıqdan, karlıqdan, lallıqdan, divanəlikdən, cüzamdan, albinosluqdan və pis xəstəliklərdən Sənə sığınıram!" (Səhih əl-cami, 1/407).
"Allahummə-cəl əvsə-ə rizqikə aleyyə ində kibəri sinni va-nqitai umri"
"Allahım! Ən bol ruzini mənə qocaldıqda, ömrümün sonunda ver" (Səhih hədislər silsiləsi, 1539).

Qəbul olan dualara misallar

  1. "Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu. Biz onu və ailəsini böyük fəlakətdə qurtardıq. Məhz onun nəslini baqi etdik" (əs-Saffat, 75-77).
  2. İbrahim və İsmail dedilər: "Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, kitabı (Quranı) və hikməti (hədisləri) onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, (Sən) yenilməz qüvvət və hikmət Sahibisən" (əl-Bəqərə, 129).
    Allah İbrahim peyğəmbərin (ə.s.) duasını qəbul edib Məhəmmədi (s.ə.v.) peyğəmbər və elçi olaraq bütün bəşəriyyətə göndərdi. Buna dəlil:
    "(Əksəriyyəti yazıb- oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər- əvvəllər haq yoldan açıq-aşkar azsalar da-onlara Allahın ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından ) təmizləyər, onlara Kitabı (Quranı) bə hikməti (hədisləri) öyrədər" (əl-Cumuə, 2).
  3. "Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona :"Əsanı daşa vur!"-dedik. O, əsanı daşa vuran kimi daşdan iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı " (əl-Bəqərə, 60).
  4. "Məryəm oğlu İsa dedi:"Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə rui ver ki, Sən ruzi verənlərin ən yaxşısısan ". Allah buyurdu: "Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan heç kəsə verməyəcəyim bir əzab verərəm! (əl-Maidə, 114-115).
  5. Ənəs bin Malik (r.a) rəvayət etdiyi hədisdə buyurur ki, "Peyğəmbər (s.ə.v.) cümə günü xütbə vürən zaman bir kişi gəlib ona dedi: "Ey Allahın elçisi! Allaha dua et, bizə yağış endirsin!" Peyğəmbər (s.ə.v.) dua etdi və yağış yağdı" (əl-Buxari, 1015).
  6. Əbu Hüreyrə belə rəvayət edir ki, "Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə Peyğəmbər (s.ə.v.) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.v.) yanına gəlib dedim:"Ey allahın elçisi! Mən anamı İslama dəvət edirdim. O, bunu inkar edib səninhaqqında nalayiq sözlər dedi. Allaha dua et ki, Əbu Hüreyrənin anasına hidayət versin!" Peyğəmbər (s.ə.v.) dedi: "Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!" Mən Peyğəmbərin (s.ə.v.) duasından sonra sevincək evə qayıtdım. Qapıya çatdıqda anamın ayaq səslərini eşitdim. O, mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib), paltarını geyib qapını açıb mənə dedi: "Ey Əbu Hüreyrə! Şəhadət verirəm ki, Allahdan başqa (ibadətə layiq olan ) ilahi yoxdur və Məhəmməd də onun qulu və elçisidir !" Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.v.) yanına gəlib ona dedim: "Ey Allahın elçisi! Muştuluğumu ver, allah sənin duanı qəbul etdi və Əbu Hüreyrənin anasına hidayət verdi... (Müslim, 6346).


Əlixan MUSAYEV
Mədinə Şəhəri Beynəlxalq
Islam Universitetinin mə'zunu

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:59
GÜNƏŞ07:33
ZÖHR [ 4 rükət ]12:27
ƏSR [ 4 rükət ]15:00
MƏĞRİB [ 3 rükət ]17:20
İŞA [ 4 rükət ]18:49
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka