Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ALLAHI ANMAQ - (ZIKR ETMƏK) - VƏ BUNUN FAYDALARI

[ Zikrin fəziləti / 920 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim


 


İnsan öz sevdiyi insanın razılığını qazanmaq istədikdə, onun xoşuna gəlməyi arzu etdikdə görüşə ən gözəl paltarlarını geyir və ən gözəl şəkildə hazırlaşır. Həmin şəxsə hədiyyə vermək fikrində olanda, ən qiymətli və ən gözəl bir şey alır və ya özündə olan ən qiymətli bir şeyi ona bağışlayır. Qarşılığında alacağı mükafat və ya əldə edəcəyi bir şey çox böyükdürsə, var gücüylə əlindən gələni edir ki, o şeyə nail olsun.


Allahu Təala qullarının Ona ən gözəl şəkildə ibadət etməsini sevir. Əgər Ona yaxınlaşmaq istəyirlərsə, etdikləri əməlləri yalnız kamil və tamam halda qəbul edir. Allahu Təala Qurani Kərimdə bir çox ayələrdə, görülən əməllərin ən gözəl şəkildə olmasını şərtləndirib. Həmçinin Qurani Kərimdə möminlər, ən gözəl əməl görənlər kimi təsvir edilib. Hud surəsinin 7-ci ayəsində Allahu Təala buyurur ki; ((Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur.))


Allahu Təalanın insanlara verdiyi bəlalarda hikməti, onların ən gözəl işlər görənləri ilə pis işlər görənləri ayırmaqdır. Bütün ayələrdə Allahu Təala bildirir ki, hansı insanlar ən gözəl əməl edəcəklər, ən çox əməl deyil.


Ən gözəl əməllərdən də biri sayılan Allahı zikr etmək, Allahı anmaq və hər an xatırlamaqdır.


((Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!)) (Əl-Bəqərə, 152)


((O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!)) (Əl-İmran, 191)


((O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şə'ninə tə'riflər deyib şükür et!" buyurdu.)) (Əl-İmran, 41)


((Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma! ))(Əl-Əraf, 205)


((Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.)) (Əl-Muzəmmil, 8)


Bunun kimi bir çox ayələrə rast gəlmək olar. Bəs Allahı zikr etməyin, Onu daim xatırlamağın faydası nədir?!


Allahı zikr etməyin aşağıdakı faydaları vardır:


1)      Şeytanı qovur, onu əzir və sındırır;


2)      Rəhman olan Allahı razı salır;


3)      Qəlbdə olan sıxıntı və kədəri aparır;


4)      Könüldə sevinc və fərəh hissləri oyadır;


5)      Ürəyi və bədəni bərkidir;


6)      Qəlbi və sifəti nurlandırır;


7)      Ruzinin gəlməsinə səbəb olur;


8)      Cabirdən rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) belə buyurub: " Kim Sübhənallahi və Bihəmdihi deyərsə, ona, cənnətdə bir xurma ağacı əkilər" ;

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:26
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:01
MƏĞRİB [ 3 rükət ]19:40
İŞA [ 4 rükət ]21:06
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka