Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DUANIN FƏZİLƏTİ

[ Zikrin fəziləti / 3761 dəfə baxılıb ]   
|
 
Həqiqətən həmd Allahadır. Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik. Nəfslərimizin şərrindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimə hidayət verirsə, onu yolundan azdıran yoxdur. Kimi də yolundan azdırırsa, ona hidayət verən yoxdur. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur, O təkdir və şəriki yoxdur. Və şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və rəsuludur. (Səlləllahu əleyhi və əl alihi və səhbihi əcməin)
Bundan sonra... Allahdan haqqı ilə qorxun ey Allahın qulları!.. Kim Rəbbindən haqqı ilə qorxarsa dərəcələrə yüksəlir və ölümdən sonra gedəcəyi yer də yaxşı olur.

Ey müsəlmanlar! İnsanlar, dinlərinin və dünyalarının nizama salınması nöqtəsində faydalar əldə etmə və zərərlərdən qorunmada Rəbblərinə möhtacdırlar. İnsanın mükəmməlliyi Allaha (əzzə və cəllə) qulluğu lazım olduğu kimi etməsi ilə həyata keçir. Qulun, qulluğu haqqıyla yerinə yetirməsi artdıqca mükəmməlliyi də artar və dərəcəsi yüksələr. Allah Sübhanahu va Təala qullarını, Ondan yardım diləyəcəkləri bir qapıya yönəltmək üçün bir növ müsibətlərlə imtahan edər. Bu bəla içərisində gizlənmiş nemətlərdəndir. Allaha möhtac olduğunu göstərmək zənginliyin və ibadətin özüdür. İbadətin ən yüksək məqsədidir. Allah Sübhanəhu və Təalənin önündə əyilmək həddsiz bir izzətdir. Allah qulların Ondan bütün ehtiyaclarını istəmələrini dilər. Qüdsi hədisdə «Ey qullarım! Mənim hidayət etdiklərim xaric, hamınız azğınlıq içərisindəsiniz. Məndən hidayət istəyin ki, sizə hidayət verim. Ey qullarım! Mənim doydurduqlarım xaric, hamınız acsınız. Məndən, doydurmağımı istəyin ki, sizi doydurum.» - buyurur. Bu hədisi Muslim rəvayət edir.

Allah, qulların Ona yalvarmaları olmazsa ibadətə dəyər verməz. Uca Allah belə buyurur: (Ya Rəsulum, bu Məkkə müşriklərinə) de ki: «Əgər ibadətiniz olmasa, Rəbbinizin yanında nə qədr-qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə) əzab yaxanızdan əl çəkməyəcəkdir!» (əl Furqan surəsi, 77) Dua etmək, Allahın elçilərinin və seçilmiş qullarının sifətlərindəndir. «Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), rəğbət və qorxu ilə rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edərdilər. Onlar Bizə müti idilər.» (əl-Ənbiya surəsi, 90)

Həniflərin imamı (İbrahim əleyhissəlam) belə buyurur: «Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua ( ibadət ) edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt ( Onun mərhəmətindən naümid, məhrum) olmayım. ( Mənim Allaha etdiyim ibadət, sizin bütlərə, tanrılara etdiyiniz ibadət kimi puça çıxmasın). (Məryəm surəsi, 48) Dua qəlbin baxçasıdır və dünyanın cənnətidir. Dua, zamana və məkana bağlı olmayan asan və vacib bir ibadətdir. Gecə və gündüz dua; quruda və dənizdə, vətəndə və ya səfərdə yalvarış. Faydası dünyada dirilərə və qəbirlərində ölülərə çatır. «Və ya onun üçün dua edən saleh bir övlad»...

Dua, Allahın izniylə bəlaları və müsibətləri ortadan qaldırır. Əzabın və həlakın həyata keçməsinə mane olur. Dua möminin silahıdır. İstənilənin həyata keçməsi üçün duadan daha faydalı və daha təsirli bir şey yoxdur. O, bəlanın düşmənidir. Onu dəf edər. Həyata keçməsinin qarşısını alar, ya da başa gələrsə təsirini yüngülləşdirər. Ömər ibnul Xəttab (r.a) belə buyurmuşdu: «Mən duanın qəbul edilib edilməməsinin fikrini çəkmirəm. Mən dua edəməmənin fikrini çəkirəm. Mənə dua ilham edilincə cavab da mütləq onunla birlikdə olur.» Nemətlər onun kimi bir şeylə əldə edilməmiş, bəlalar onun kimi bir şeylə daha dəf edilməmişdir. Dua ilə qəmlər və kədərlər yox olur. Dua anında Allahın qula yaxın olması şərəf olaraq duaya kifayətdir.

İnsanların ən acizi dua etməkdən aciz olanlardır. İnsanların görüşü ən zəif və gözləməyi ən aşağı olan dua edib yalvarmaqdan geri qalmaqdır. Dua, mənfəətin özüdür. Çünki müsəlman, istəniləni tez və ya gec verən kərəm sahibi Allahın önündə yalvarmaqdadır. İbn Həcər belə buyurmuşdur : «Hər dua edənin duasına cavab verilir. Ancaq cavablar müxtəlifdir. Bəzən istənilənin özü verilir. Bəzən də onun yerinə < 1;vəzi verilir.»

Dua ilə nəfslər yüksəlir, gözlədikləri böyüyür və insanların əlinə baxmaqdan imtina edilir. Dua edənin dəyəri çoxdur və ona hörmət edilir. Dua edənin ixlası və istəyi artdıqca dua da cavaba o qədər layiq olur. Yəhya ibn Muaz belə buyurur : «Duada qəlbini tamamən Allaha verənin duası rədd edilməz.» Yediyini və içdiyini təmiz tut, şübhələrdən çəkin. Dua etmədən əvvəl saleh əməl işlə. Rəbbinə, qəlbində hiss edərək və yavaş bir səslə səslən. Zəkəriyyə əleyhissəlam Rəbbinə yavaş bir səslə səslənərək «Pərvərdigara! Mənə də öz tərəfindən pak övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən !» - dedi. Allah da onu Yəhya əleyhissəlam ilə rizqləndirdi.

Dua edərkən və Rəbbinə alqış edərkən ən gözəl və ən seçkin sözlər seç. Fəzilətli vaxtların və saleh əməllərin işləndiyi halların ən dəyərlisini izlə. Dua etdiyində, duanda Rəbbindən israrla istə. Peyğəmbər (s.ə.s) «Sizdən biriniz dua etdiyində israrla istəsin» - deyə buyurmuşdur.

Səcdədə olan, Rəbbinə daha yaxındır və istədiyi verilməyə daha layiqdir. Ailən, nəfsin, malın və rizq qaynağın əleyhinə dua etməkdən qaçın. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: «Nəfisləriniz əleyhinə dua etməyin. Uşaqlarınız əleyhinə dua etməyin. Mallarınız əleyhinə dua etməyin. Bu hədisi Muslim rəvayət edir.

Duana o saat cavab verilməsini gözləmə və Allahdan istədiyində israrlı ol. Peyğəmbər (s.ə.s) Ril və Zəvkan qəbilələri əleyhində bir ay boyunca dua etdi. Rəbbin kərəm və həya sahibidir. Quluna qarşı, əlini Ona qaldırdığında onu boş çevirməyə həya edər. Dua et, çünki Rəbbin cömərddir. Özünü Onun önünə at və bütün işləri Ona həvalə et. İstədiyində qərarlı ol və arzunu artır. Çünki O, Ondan istəyəni rədd etməz və diləyənin diləyini boşa çıxarmaz. Yaqub əleyhissəlam belə buyurur : «Mən dərd sərimi yalnız Allaha ərz edirəm» (Yusif Surəsi, 86) O, hər şeyi eşidir və hər bəlanı qaldırır. Möhtac vəziyyətə düşən biri ehtiyacının itməsini insanlardan gözləsə ehtiyacı getməz. Rəbbindən gözləyənə O nə gözəl rizq vericidir. Ey dua edən kimsə! Şikayətini Allaha bildir və Ona möhtac olduğunu göstər. Çünki O, çətin vəziyyətdə olanlara və yardım istəyənlərə yardım edər. Vermək Onu acıqlandırmaz. Gecə və gündüz qullarına ihsan (əta) edər. Müsibətin qaldırılması gözlənildiyində bu gözləntini boşa çıxarmaz. Fəlakətin ortadan qalxması Ondan istənildiyində o fəlakəti ortadan qaldırır. Müsibətin aparılmasını Ondan başqasından gözləmək olmaz. Xəzinələrin açarları Onun əlindədir. Dua edənin qapısı açıqdır. Başına gələn hər bəlanı ortadan qalxmasında Allah haqqında gözəl zənndə olun. Rəbbi haqqında yaxşı zənndə olana Rəbbi xeyirlərini bolca axıdır. Ən gözəl üstünlükləri onun üzərinə örtər. İstəməyə davam et. Çünki verən cömərddır. Sıxıntıları ortadan qaldırır, hər şeyə gücü yetəndir. Dua etdiyində duaya o saat cavab verilməsini gözləmə. Duana cavab verilməsi gecikincə ümüdünü üzmə. Qapını çox döyənə qapının açılması şübhəsizdir. İnsanlar yataqlarına yattığında, səhər qaranlığında Rəbbin sənə «Mənə dua edənin duasına cavab verim» deyərkən, yalvaran əllərini Allaha doğru qaldır.


Azan və iqamə arasında edilən dua rədd edilməz. Atanın uşağa etdiyi dua qəbul edilir. Ey atalar! Uşaqlarınızın hidayəti, xöşbəxtliyinin davamı və fitnələrdən qorunması üçün uşağa dua edin. Müsəlmanın, müsəlman qardaşı üçün, arxasından etdiyi dua qəbuldur və mələklər bu dua üçün «amin» deyərlər. Ana-atasına qarşı yaxşı davrananın duası rədd edilməz. Cümə günündə də duanın məqbul olduğu bir vaxt vardır. Salehlərə əziyyət etmə və onları ələ salma. Çünki onların Allah qatında bir dəyəri vardır, duaları qəbul edilir. Allah, dostlarından bəhs etdiyi bir qudsi hədistə belə buyurur : «Məndən istərsə ona istədiyini verərəm. Mənə sığınarsa onu qoruyaram.»

Başına zamanın müsibətləri gəlib, Allaha yalvaranı Allah qoruyar. Allah Təala belə buyurur : «(Bütlər yaxşıdır?) Yaxud əli hər yerdən üzülüb darda qalan bir kimsə Ona dua etdiyi zaman onun duasını qəbul buyuran? (sizdən şəri sovuşduran)» (Ən-Nəml surəsi, 62) Yunus əleyhissəlam balığın qarnına atılır, dua ilə heç bir əziyyət çəkmədən oradan bayıra buraxılır. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur : «Balıq sahibinin (Yunus əleyhissəlamın) duası: «Səndən başqa ilah yoxdur. Sənin bütün nöqsanlardan uzaq sayıram. Mən zalımlardan oldum» idi. Müsəlman bir kimsə bu halda bu dua ilə dua edərsə mütləq duasına cavab verilir.» Bir başqa ləfzdə isə belə buyurur : «Darda olan bir kimsə bunu söylərsə Allah mütləq onu açığa çıxarar.» Bu hədisi Tirmizi rəvayət edər.

Dua ilə vəziyyətlər dəyişir. Sonsuz oğlan doğurar. Xəstə olan sağalar. Kasıblar zəngin olar və bədbəxt xoşbəxt olur. Bir dua ilə Allahın istədiyi xarıc, yer üzündə olanların hamısı suya qərq oldu. «Nuh dedi: «Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!» (Nuh surəsi, 26) Firon Musanın duası ilə həlak oldu. Musa belə dedi : «Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və var-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin. Ey Rəbbimiz! Onların var dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!» (Yunus surəsi, 88)

Süleyman əleyhissəlama verilən hesabsız nemətlər Rəbbindən istədiyi nəticə verdi. Eyyub əleyhissəlam, yalvarış sayəsində xəstəliyindən qurtuldu. «(Ya Məhəmməd!) Əyyubu da yada sal! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhimlilərin ən rəhimlisisən!» (Ənbiya surəsi, 83) Peyğəmbərimiz Məhəmməd (s.ə.s) Bədr günü imkanlarının və saylarının azlığına baxmayaraq özünü Allaha verməsi səbəbiylə mələklərlə yardım edildi. «O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. Allah: “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!” – deyə duanızı qəbul buyurmuşdu.» (Ənfal surəsi, 9)

Ey zülmə uğrayan insan! Yollar bitib, qapılar üzünə qapanınca hər şeyə gücü yetən Allaha yönələrək göylərin qapısını döy. Çünki O, məzlumların və gücsüzlərin sığınağıdır.

Bir adam, Səd ibn Əbi Vəqqasa (r.a) zülm edir. Səd (r.a) belə dua edir : «Allahım! Onun gözünü kor et, ömrünü uzad və fitnələrə düçar et! Bunu rəvayət edən ravi belə deyir: «Mən o adamı sonra gördüm. Gözü kor olmuş, yaşlılığa görə qaşları uzanıb gözlərinin üstünə düşmüşdü. Belə deyirdi : «Mən, Sədin (r.a) bədduasına və fitnələrə düçar olmuş bir yaşlı adamam.» İbn Əkil rəhiməhullah belə deyirdi: «İxlaslı kimsənin və zülmə düçar olmuş məzlumun duasına tez cavab verilir.» Məzlumların və gücsüzlərin bədduasına düçar olan kimsələrin vay halına» Ey müsibətə düçar olan kimsə! Təqdir edilənə səbr et! Çünki zəfər səbrlədir. Sıxıntıyla bərabər qurtuluş, çətinliklə bərabər asanlıq vardır. Əsl bəla, səni Rəbbindən ayırandır. Səni, Onun önündə durduran hallarda isə sənin kamalın və izzətin vardır. Asanlıq gəlib, qurtuluş gerçəkləşincə və sıxıntılar ortadan qalxınca Allaha şükr et. Həmd etmək, Allaha şükr və nemətlərin artması deməkdir.




Qovulmuş şeytandan Allaha sığınıram.

Rəbbiniz buyurdu: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər.» (Mumin surəsi, 60)

İhsanı (ətası) üçün Allaha həmd olsun. Müvəffəqiyyətli etməsi və nemətləndirməsinə görə Ona şükrlər olsun. Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və şəriki yoxdur. Şəhadəti edirəm ki, peyğəmbərimiz Məhəmməd (s.ə.s) Onun qulu və rəsuludur. Səlləllahu əleyhi və ələ alihi və səhbihi əcməin.

Bundan sonra ey müsəlmanlar! Allahın mömin qulu haqqında qəzası (alın yazısı) əngəlləmə şəklində olsa belə bir bağışdır. Dərd şəklində olsa belə nemətdir. Bəla şəklində olsa belə Onun imtahanı xoşdur (ləzzətdir). Ömər ibn Əbduləziz (r.a) belə buyurur : «Qədərin gerçəkləşməsini gözləməkdən başqa sevincim olmaz oldu. Sevindirici bir şey olarsa şükrüm var. Üzücü bir şey olarsa səbrim var.» Kimə ki, dua ilham edilibsə, o, duasına cavabdan məhrum olmaz. Peyğəmbər (s.ə.s) belə buyurur : «Yer üzündə Allaha bir dua ilə dua edən heç bir müsəlman yoxdur ki, Allah Təala ona istədiyini verməsin. Ya da bənzəri bir pisliyi ondan qaldırmasın. Yetər ki, bir günahı, ya da qohumluq bağını qoparmağı istəməsin.» Topluluqdan bir kimsə «Elə isə çox istəyək» dedi. Rəsulullah (s.ə.s) «Allahın ihsanı sizin dualarınızın qarşılığında daha çoxdur.» Bu hədisi Tirmizi rəvayət edər.

Allaha dua edən və Allah ilə birlikdə bir başqasına daha dua edənlər dualarında cavab qapısını bağlamışdılar. Allah əzzə və cəllə belə buyurur : «Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox haqq yoldan azmış kim ola bilər?! Halbuki, bu bütlər onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!» (Əl-Əhkaf surəsi, 5) Onların ölülərə duası boşa gedmışdır. İstəyini yerinə yetirməz və istənməyə mane olmaz. Bu, böyük şürkdir və bağışlanmayan bir günahdır. Allah Sübhanahu belə buyurur : «Allahadan başqa, sənə nə bir xeyr, nə də zərər verə bilən (tanrılara və bütlərə) ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan» (Yunus surəsi, 106) Rəsulullah (s.ə.s) belə buyurur : «Dilədiyində Allahdan dilə, yardım istədiyində Allahdan istə!»

Dua etməyə çalış! İbadəti Allaha xas et və duada Allahı birlə. Ömrünü qənimət bil. Dua ilə barəbər kimsə həlak olmayacaqdır. Xöşbəxt kimsə buna müvəffəq olandır. Məhrum kimsə isə ibadət ləzzətindən məhrum olan, ya da Allahın rəhmətindən ümidini kəsən kimsədir.

Sonra bilin ki, Allah sizlərə peyğəmbərlərinə salavat gətirməyi əmr etmişdir. Belə buyurur : «Həqiqətən Allah və Mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua) verirlər. Ey iman gətirənlər! Sizdə ona salavat göndərib layiqincə salamlayın! ( Allahummə səlli əla Muhəmmədin və alə Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkətuhu-deyin!)» (əl-Əhzab surəsi, 56)

Allahın salamı və xeyir-duası üzərinizə olsun!

Şeyx Əbdulmihsin əl-Qasım
Çevirən: Kamran Ağayev
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:23
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]12:53
ƏSR [ 4 rükət ]15:27
MƏĞRİB [ 3 rükət ]17:47
İŞA [ 4 rükət ]19:17
GECƏYARI00:05
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka