Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏKƏBBÜRLÜK


عن عبد الله بن عمرو قال كنا جلوسا عند رسول الله صلى الله عليه وسلم فجاء رجل من أهل البادية عليه جبة سيجان حتى قام على رأس النبي صلى الله عليه وسلم فقال إن صاحبكم قد وضع كل فارس أو قال يريد أن يضع كل فارس ويرفع كل راع فأخذ النبي صلى الله عليه وسلم بمجامع جبته فقال ألا أرى عليك لباس من لا يعقل ثم قال إن نبي الله نوحا صلى الله عليه وسلم لما حضرته الوفاة قال لابنه إني قاص عليك الوصية آمرك باثنتين وأنهاك عن اثنتين آمرك بلا إله إلا الله فإن السماوات السبع والأرضين السبع لو وضعن في كفة ووضعت لا إله إلا الله في كفة لرجحت بهن ولو أن السماوات السبع والأرضين السبع كن حلقة مبهمه لقصمتهن لا إله إلا الله وسبحان الله وبحمده فإنها صلاة كل شيء وبها يرزق كل شيء وأنهاك عن الشرك والكبر فقلت أو قيل يا رسول الله هذا الشرك قد عرفناه فما الكبر هو أن يكون لأحدنا حلة يلبسها قال لا قال فهو أن يكون لأحدنا نعلان حسنتان لهما شرا كان حسنان قال لا قال فهو أن يكون لأحدنا دابة يركبها قال لا قال فهو أن يكون لأحدنا أصحاب يجلسون إليه قال لا قال يا رسول الله فما الكبر قال سفه الحق وغمص الناس


548.Abdullah ibn Amr (r.a) rəvayət edir ki, biz Peyğəmbərin (s.a.s) yanında oturmuşduq. Bədəvilərdən olan bir kişi gəldi. Onun əynində yaşıl atlasdan bir cübbə var idi. O gəlib Peyğəmbərin (s.a.s) başının üstə durub dedi: “Sizin qardaşınız hər bir adlı-sanlı adamı alçaldır, yaxud hər bir adlı-sanlı adamı alçaltmaq istəyir və hər bir çobanı ucaldır. Peyğəmbər (s.a.s) onun cübbəsinin ətəyindən tutub dedi: “Məgər mən sənin əynində ağılsız adamın geydiyi libasın olduğunu görmürəm?” Sonra (sözünə davam edib) dedi: “Allahın peyğəmbəri Nuh (s.a.s) vəfat edərkən oğluna belə demişdi: “Mən sənə vəsiyyətimi söyləyirəm: Sənə iki şeyi əmr edir və iki şeyi qadağan edirəm. Sənə “Lə ilahə illəllahi” (Allahdan başqa məbud yoxdur.) əmr edirəm. Əgər yeddi göy və yeddi yer tərəzinin bir gözünə və “Lə ilahə illəllah” digər gözünə qoyulsaydı, bu tövhid kəlməsi ağır gələrdi. Və əgər yeddi göy və yeddi yer ucsuz bucaqsız bir halqa olsaydı, “Lə ilahə illəllah” onu sındırardı. (Həmçinin) Sübhanəllah (Allah pak və müqəddəsdir) və bihamdihi (Allaha həmd olsun) kəlmələrini (əmr edirəm). Çünki bu kəlmələr hər şeyin duasıdır. Bunun sayəsində hər şeyə ruzi verilir. Və iki şeyi sənə qadağan edirəm: (Allaha) şərik qoşmağı və təkəbbürlük etməyi.

(Peyğəmbərə (s.a.s)) deyildi ki: “Ey Allahın elçisi! Bu şirki bildik. Bəs təkəbbürlük nədir? Məgər birimizin özündə olan (gözəl) əbasını geyməsi təkəbbürlükdürmü?” (Peyğəmbər (s.a.s)): “Xeyr”- deyə cavab verdi. (Kişi) dedi: “Məgər birimizdə gözəl qaytanlı gözəl ayaqqabıların olması təkəbbürlükdürmü?” (Peyğəmbər (s.a.s)): “Xeyr”- deyə cavab verdi. (Kişi) dedi: “Məgər birimizin minəcək heyvana sahibi olması təkəbbürlükdürmü?” (Peyğəmbər (s.a.s)): “Xeyr”- deyə cavab verdi. (Kişi) dedi: “Məgər birimizlə oturub-duran dostların olması təkəbbürlükdürmü? (Peyğəmbər (s.a.s)): “Xeyr”- deyə cavab verdi. (Kişi) dedi: “Bəs təkəbbürlük nədir, ya Rəsulallah?” (Peyğəmbər (s.a.s)) dedi: “Haqqı danmaq və insanlara xor baxmaqdır”.
[ Səhihdir ]

Abdullah ibn Amr (r.a) başqa isnadla buna bənzər hədis rəvayət etmişdir.

عن بن عمر عن النبي صلى الله عليه وسلم يقول من تعظم في نفسه أو اختال في مشيته لقى الله عز وجل وهو عليه غضبان


549.İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kim özünü dartarsa, yaxud lovğa-lovğa gəzərsə, qüdrətli və əzəmətli Allahın hüzuruna (Allahın) ona qəzəbi tutduğu halda gələr”.
[ Səhihdir ]

عن أبى هريرة قال قال رسول الله صلى الله عليه وسلم ما استكبر من أكل معه خادمه وركب الحمار بالأسواق واعتقل الشاة فحلبها


550.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Xidmətçisi ilə bərabər yemək yeyən, bazarları ulağın üstə gəzən və qoyunu tutub sağan kimsə təkəbbürlü olmaz”.
[ Həsəndir ]

حدثنا صالح بياع الأكسية عن جدته قالت رأيت عليا رضي الله عنه اشترى تمرا بدرهم فحمله في ملحفته فقلت له أو قال له رجل أحمل عنك يا أمير المؤمنين قال لا أبو العيال أحق أن يحمل


551.Salehin nənəsi rəvayət edir ki, mən Əlini (r.a) bir dirhəmə xurma alıb boxçasına qoyduğunu, sonra da onu çiyninə alıb apardığını gördüm. Mən ona dedim (yaxud bir adam ona dedi): “Ey möminlərin əmiri! Ver sənin yükünü daşıyım”. O dedi: “Xeyr! Ailə sahibi yükü daşımağa daha çox layiqdir”.
[ İsnadı zəifdir ]


عن أبى سعيد الخدري وأبى هريرة عن النبي صلى الله عليه وسلم قال (قال الله عز وجل) العز إزارى والكبرياء ردائى فمن نازعنى بشيء منهما عذبته


552. Əbu Səid əl-Xudri (r.a) və Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “(Uca Allah buyurdu): “İzzət və təkəbbürlük Mənim libaslarımdır. Kim bunlardan birinə şərik olmaq istəsə, ona əzab verərəm”.
[ Səhihdir ]

عن النعمان بن بشير يقول على المنبر قال إن للشيطان مصالى وفخوخا وان مصالى الشيطان وفخوخه البطر بأنعم الله والفخر بعطاء الله والكبرياء على عباد الله واتباع الهوى في غير ذات الله


553. Nomən ibn Bəşir (r.a) minbərdə ikən dedi: “Həqiqətən, şeytanın qurduğu torlar və tələlər vardır. Onun qurduğu torlar və tələlər; Allahın nemətləri ilə azğınlıq etmək, Allahın verdiyi şeylə lovğalanmaq, Allahın qullarına xor baxmaq və Allahın rizasından başqa nəfsin istəyinə uymaqdır”.
[ Həsəndir ]

عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال احتجت الجنة والنار وقال سفيان أيضا اختصمت الجنة والنار قالت النار يلجنى الجبارون ويلجنى المتكبرون وقالت الجنة يلجنى الضعفاء ويلجنى الفقراء قال الله تبارك وتعالى للجنة أنت رحمتى أرحم بك من أشاء ثم قال للنار أنت عذابى أعذب بك من أشاء ولكل واحدة منكما ملؤها


554. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Cənnətlə Cəhənnəm höcətləşdi (Süfyandan gələn rəvayətdə Cənnətlə Cəhənnəm mübahisə etdi). Cəhənnəm dedi: “Mənim içimə inadkarlar və təkəbbürlülər daxil olacaq”. Cənnət dedi: “Mənim içimə zəiflər və kasıblar daxil olacaq”.
Uca və ulu Allah Cənnətə buyurdu: “Sən Mənim rəhmətimsən. Səninlə dilədiyim kimsəyə rəhm edərəm”. Sonra da Cəhənnəmə buyurdu: “Sən Mənim əzabımsan. Səninlə dilədiyim kimsəyə əzab verərəm. Hər birinizin içinə doldurulacaq (insanlar və cinlər) vardır”.
[ Səhihdir ]

عن أبى سلمة بن عبد الرحمن قال لم يكن أصحاب رسول الله صلى الله عليه وسلم متحزقين ولا متماوتين وكانوا يتناشدون الشعر في مجالسهم ويذكرون أمر جاهليتهم فإذا أريد أحد منهم على شيء من أمر الله دارت حماليق عينيه كأنه مجنون


555.Əbu Sələmə ibn Abdurrəhman (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.s) səhabələri (nədənsə) çəkinən və qorxaq deyildirlər. Onlar öz məclislərində bir-birilərinə şer oxuyardılar, İslamdan əvvəl gördükləri işləri yada salardılar. Lakun Allahın işinə aid onlardan birinə toxunulduğu zaman dəli kimi (hiddətindən) göz bəbəkləri çevrilərdi.
[ Həsəndir ]

عن أبى هريرة أن رجلا أتى النبي صلى الله عليه وسلم وكان جميلا فقال حبب إلى الجمال وأعطيت ما ترى حتى ما أحب أن يفوقنى أحد إما قال بشراك نعل وإما قال بشسع أحمر آلكبر ذاك قال لا ولكن الكبر من بطر الحق وغمط الناس


556.Əbu Hureyra (r.a) rəvayət edir ki, yaraşıqlı bir kişi Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Gözəllik mənə sevdirildi, gördüyün kimi də mənə (yaraşıq) verildi. Mən istəmərəm ki, kimsə məndən daha yaraşıqlı olsun. Kişi ya ayaqqabının bağı haqda, ya da çəkmənin qırmızı qayışı haqda soruşdu ki: “Bu, təkəbbürlükdürmü?” Peyğəmbər (s.a.s) dedi: “Xeyr! Təkəbbürlü o adamdır ki, haqqı danır və insanlara xor baxır”.
[ Səhihdir ]

عن عمرو بن شعيب عن أبيه عن جده عن النبي صلى الله عليه وسلم قال يحشر المتكبرون يوم القيامة أمثال الذر في صورة الرجال يغشاهم الذل من كل مكان يساقون إلى سجن من جهنم يسمى بولس تعلوهم نار الأنيار ويسقون من عصارة أهل النار طينة الخبال


557. Amr ibn Şueyb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Təkəbbürlülər Qiyamət günü adam şəklində kiçik qarışqalar boyda məhşərə toplanılacaqlar. Onları hər tərəfdən zillət qaplayacaq. Onlar Cəhənnəmdəki Buləs adlı zindana aparılacaqlar. Onları alovların atəşi bürüyəcək və onlara Cəhənnəm əhlinin bədənindən axan irindən içirdiləcək”.
[ Həsəndir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:10
GÜNƏŞ06:12
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:44
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:10
GECƏYARI00:42
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka