Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GÖZ XƏSTƏLİYİNƏ TUTULAN KİMSƏYƏ BAŞ ÇƏKMƏK


عن زيد بن أرقم يقول رمدت عيني فعادنى النبي صلى الله عليه وسلم ثم قال يا زيد لو أن عينك لما بها كيف كنت تصنع قال كنت أصبر وأحتسب قال لو أن عينك لما بها ثم صبرت واحتسبت كان ثوابك الجنة


532.Zeyd ibn Ərqam (r.a) rəvayət edir ki, mənim gözlərim ağrıyırdı. Peyğəmbər (s.a.s) mənə baş çəkib dedi: “Ey Zeyd! Əgər gözünü tamamilə itirsən, nə edərsən?” Mən: “Səbir edib əvəzini (Allahdan) umaram”- dedim. O dedi: “Əgər gözünü tamamilə itirsən, sonra da səbir edib əvəzini almağa ümid etsən, mükafatın Cənnət olar”.
[ Zəifdir ]

عن القاسم بن محمد أن رجلا من أصحاب محمد ذهب بصره فعادوه فقال كنت أريدهما لأنظر إلى النبي صلى الله عليه وسلم فأما إذ قبض النبي صلى الله عليه وسلم فوالله ما يسرني أن ما بهما بظبى من ظباء تبالة


533.Qasım ibn Muhəmməd rəvayət edir ki, Muhəmmədin (s.a.s) səhabələrindən olan bir kişinin gözləri tutuldu. Səhabələr ona baş çəkdilər. O dedi: “Gözlər mənə Peyğəmbərə (s.a.s) baxmaq üçün lazım idi. Amma o, artıq vəfat etdi. Allaha and olsun ki, (Yəməndəki) Tibalə diyarının ceyranlarından birinin gözləri məndə olsa belə, (bu) məni sevindirməz”.
[ İsnadı zəifdir ]

عن أنس قال سمعت النبي صلى الله عليه وسلم يقول قال الله عز وجل إذا ابتليته بحبيبتيه يريد عينيه ثم صبر عوضته الجنة


534. Ənəs (r.a) Peyğəmbərdən (s.a.s) rəvayət edir ki, Allah buyurdu: “Qulumu iki şevgilisi ilə (gözlərinin nurunu aparmaqla) imtahana çəkdiyim zaman o, (buna) səbir edərsə, əvəz olaraq ona Cənnəti bəxş edərəm”.
[ Səhihdir ]

عن أبى أمامة عن النبي صلى الله عليه وسلم يقول الله يا بن آدم إذا أخذت كريمتيك فصبرت عند الصدمة واحتسبت لم أرض لك ثوابا دون الجنة


535.Əbu Umamə (r.a) Peyğəmbərdən (s.a.s) rəvayət edir ki, Allah buyurdu: “Ey Adəm oğlu! Sənin iki əzizini (gözlərini) əlindən aldığım zaman ilk anda səbir edib əvəzini (Məndən) umsan, sənə mükafat olaraq Cənnətdən başqa bir şey verməyə razı olmaram”.
[ İsnadı həsəndir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:59
GÜNƏŞ06:42
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:34
İŞA [ 4 rükət ]22:11
GECƏYARI00:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka