Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XƏSTƏLƏRƏ BAŞ ÇƏKMƏK

[ Hədis elmi / 7209 dəfə baxılıb ]   
|
 

عن أبى هريرة قال قال رسول الله صلى الله عليه وسلم من أصبح اليوم منكم صائما قال أبو بكر أنا قال من عاد منكم اليوم مريضا قال أبو بكر أنا قال من شهد منكم اليوم جنازة قال أبو بكر أنا قال من أطعم اليوم مسكينا قال أبو بكر انا قال مروان بلغني أن النبي صلى الله عليه وسلم قال ما اجتمع هذه الخصال في رجل في يوم إلا دخل الجنة"



515.İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) soruşdu: “Sizlərdən kim bu gün oruc tutub?” Əbu Bəkr (r.a) dedi: “Mən”. Yenə soruşdu: “Sizlərdən kim bu gün xəstəyə baş çəkib?” Əbu Bəkr (r.a) dedi: “Mən”. Yenə soruşdu: “Sizlərdən kim bu gün dəfndə iştirak edib?” Əbu Bəkr (r.a) dedi: “Mən”. Yenə soruşdu: “Kim bu gün kasıba yemək verib?” Əbu Bəkr (r.a) dedi: “Mən”. Peyğəmbər (s.a.s) dedi: “Bu xislətlər bir gün ərzində (hansı) adamda cəm olsa, o, Cənnətə girər”.
[ Səhihdir ]


عن جابر قال دخل النبي صلى الله عليه وسلم على أم السائب وهي تزفزف فقال مالك قالت الحمى أخزاها الله فقال النبي صلى الله عليه وسلم مه لا تسبيها فإنها تذهب خطايا المؤمن كما يذهب الكير خبث الحديد


516.Cabir (r.a) deyir ki, Peyğəmbər (s.a.s) Ummu Saib (r.a) adlı (xəstə) bir qadına baş çəkdi. Qadın titrəyirdi. Peyğəmbər (s.a.s) soruşdu: “Sənə nə olub?” O dedi: “Qızdırmam var. Allah onu zəlil etsin!” Peyğəmbər (s.a.s) dedi: “Sus, onu söymə. Çünki bu (xəstəlik), körük dəmirin pasını apardığı kimi, möminin günahlarını silib aparır”.
[ Səhihdir ]

عن أبى هريرة عن رسول الله صلى الله عليه وسلم قال يقول الله استطعمتك فلم تطعمنى قال فيقول يا رب وكيف استطعمتنى ولم أطعمك وأنت رب العالمين قال أما علمت أن عبدي فلانا استطعمك فلم تطعمه أما علمت أنك لو كنت أطعمته لوجدت ذلك عندي ابن آدم استسقيتك فلم تسقنى فقال يا رب وكيف اسقيك وأنت رب العالمين فيقول ان عبدي فلانا استسقاك فلم تسقه أما علمت أنك لو كنت سقيته لوجدت ذلك عندي يا بن آدم مرضت فلم تعدنى قال يا رب كيف أعودك وأنت رب العالمين قال أما علمت أن عبدي فلانا مرض فلو كنت عدته لوجدت ذلك عندي أو وجدتنى عنده


517. Əbu Hureyra (r.a) deyir ki, Peyğəmbər (s.a.s) dedi: “Allah (Öz quluna) buyuracaq: “Səndən yemək istədim, Mənə yemək vermədin”. (Qul) deyəcək: “Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən yemək istəyəsən, mən də Sənə yemək verməyim?” (Allah) buyuracaq: “Məgər bilmirsən ki, filan qulum səndən yemək istəmiş, sən də ona yemək verməmişdin? Məgər bilmirdin ki, əgər onu yedirtsəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?” (Yenə) buyuracaq: “Ey Adəm oğlu! Səndən su istədim, Mənə su vermədin”. (Qul) deyəcək: “Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən su istəyəsən, mən də Sənə su verməyim?” (Allah) buyuracaq: “Filan qulum səndən su istəmişdi, sən isə ona su verməmişdin? Məgər bilmirdin ki, əgər ona su versəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?” (Yenə) buyuracaq: “Ey Adəm oğlu! Mən xəstələndim, sən isə Mənə baş çəkmədin”. (Qul) deyəcək: “Ey Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda, mən Sənə necə baş çəkə bilərdim?” (Allah) buyuracaq: “Filan qulumun xəstələndiyini bilmirdinmi? Əgər ona baş çəksəydin, bunun mükafatını Mənim yanımda tapardın, yaxud Məni onun yanında tapardın”.
[ Səhihdir ]

عن أبى سعيد عن النبي صلى الله عليه وسلم قال عودوا المريض واتبعوا الجنائز تذكركم الآخرة


518.Əbu Səid (r.a) deyir ki, Peyğəmbər (s.a.s) dedi: “Xəstələri ziyarət edin, cənazələrin ardınca gedin. (Bu,) sizə Axirəti xatırladacaq”.
[ Səhihdir ]

عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال ثلاث كلهن حق على كل مسلم عيادة المريض وشهود الجنازة وتشميت العاطس إذا حمد الله عز وجل


519.Əbu Hureyra (r.a) deyir ki, Peyğəmbər (s.a.s) dedi: “Üç şey vardır ki, bunların hamısı hər bir müsəlmanın boynuna düşən bir haqdır:
–Xəstəni ziyarət etmək;
–Dəfndə iştirak etmək;
–Asqırana rəhmət diləmək (asqırıb “əlhəmdulilləh” “Həmd olsun Allaha!”) deyənə, “yərhəmukəllah” Allah sənə rəhm eyləsin!” demək).
[ Səhihdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:10
GÜNƏŞ06:12
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:44
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:10
GECƏYARI00:42
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka