Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

UŞAQLARA BAŞ ÇƏKMƏK


عن أسامة بن زيد أن صبيا لابنة رسول الله صلى الله عليه وسلم ثقل فبعثت أمه إلى النبي صلى الله عليه وسلم إن ولدى في الموت فقال للرسول اذهب فقل لها إن لله ما أخذ وله ما أعطى وكل شيء عنده إلى أجل مسمى فلتصبر ولتحتسب فرجع الرسول فأخبرها فبعثت اليه تقسم عليه لما جاء فقام النبي صلى الله عليه وسلم في نفر من أصحابه منهم سعد بن عبادة فأخذ النبي صلى الله عليه وسلم الصبي فوضعه بين ثندوتيه ولصدره قعقعة كقعقعة الشنة فدمعت عينا رسول الله صلى الله عليه وسلم فقال سعد أتبكى أنت رسول الله فقال إنما أبكى رحمة لها ان الله لا يرحم من عباده إلا الرحماء


512.Usamə ibn Zeyd (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.s) qızının (Zeynəbin r.a) üşağı ağır xəstələnmişdi. Uşağın anası Peyğəmbərə (s.a.s) xəbər göndərdi ki, uşağım ölüm ayağındadır. Peyğəmbər (s.a.s) xəbərçiyə dedi: “Get ona de: “Şübhəsiz ki, Allahın aldığı da, verdiyi də Özünə aiddir. Onun yanında hər şeyin öz müəyyən əcəli var... Səbr et və (bunun əvəzinə Allah yanında mükafat qazanacağına) ümid bağla!” Xəbərçi Zeynəbin (r.a) yanına qayıdıb bunu ona söylədi. Zeynəb (r.a) Peyğəmbər (s.a.s) mütləq gəlsin deyə and verib xəbərçini (yenə) onun (s.a.s) yanına göndərdi. Peyğəmbər (s.a.s) qalxıb səhabələrindən bir neçəsi ilə onun yanına gəldi. Onların arasında Sə'd ibn Ubadə də var idi. Peyğəmbər (s.a.s) körpəni köksünə alıb bağrına basdı. O, quru və boş su qabının çıxartdığı səs kimi səs çıxarıb inildəyirdi. Peyğəmbərin (s.a.s) gözləri yaşla doldu. Sə'd dedi: “Sən də ağlayırsan? Axı sən Allahın elçisisən”. Peyğəmbər (s.a.s) buyurdu: “Ona yazığım gəlir deyə ağlayıram. Həqiqətən, Allah Öz qullarından yalnız rəhmli olanlara rəhm edir”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:59
GÜNƏŞ06:42
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:34
İŞA [ 4 rükət ]22:11
GECƏYARI00:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka