Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Xəstənin “Canım ağrıyır!”- deməsi şikayət ola bilərmi?

[ Hədis elmi / 8201 dəfə baxılıb ]   
|
 

عن هشام عن أبيه قال دخلت أنا وعبد الله بن الزبير على أسماء قبل قتل عبد الله بعشر ليال وأسماء وجعة فقال لها عبد الله كيف تجدينك قالت وجعة قال إني في الموت فقالت لعلك تشتهى موتى فلذلك تتمناه فلا تفعل فوالله ما أشتهى أن أموت حتى يأتى على أحد طرفيك أو تقتل فاحتسبك وإما أن تظفر فتقر عيني فاياك أن تعرض عليك خطة فلا توافقك فتقبلها كراهية الموت وانما عنى بن الزبير ليقتل فيحزنها ذلك


509. Hişamın atası rəvayət edir ki, mən Abdullah ibn Zubeyrlə (r.a) birgə Əsmanın (r.a) yanına gəldik. Bu, Abdullahın (r.a) şəhid edildiyindən on gün öncə baş verdi. Əsma (r.a) naxoşlamışdı. Abdullah (r.a) ona dedi: “Özünü necə hiss edirsən?” O: “Canım ağrıyır”- deyə cavab verdi. Abdullah (r.a) dedi: “Mən ölümə gedirəm”. O dedi: “Deyəsən mənim ölməyimi istəyirsən, ona görə də özünə ölüm arzulayırsan. Belə etmə. Allaha and olsun ki, sənin iki halından birinə aid xəbər mənə gəlib çatmayınca ölməyimi arzu etmərəm. Ya öldürüləcəksən mən də bu fəlakətə dözüb savab qazanacağam, ya da zəfər qazanacaqsan gözüm aydın olacaq. Sənə layiq olmayan bir işə baş vurub onu ölüm kimi qəbul etməkdən çəkin. (Şərəflə ölmək, düşmən əlinə keçib əziyyət çəkməkdən daha yaxşıdır)”.
Abdullah ibn Zubeyr (r.a) öldürülməklə anasını kədərləndirəcəyini güman etmişdi.
[ İsnadı səhihdir ]

عن عطاء بن يسار عن أبى سعيد الخدري أنه دخل على رسول الله صلى الله عليه وسلم وهو موعوك عليه قطيفة فوضع يده عليه فوجد حرارتها فوق القطيفة فقال أبو سعيد ما أشد حماك يا رسول الله قال إنا كذلك يشتد علينا البلاء ويضاعف لنا الأجر فقال يا رسول الله أي الناس أشد بلاء قال الأنبياء ثم الصالحون وقد كان أحدهم يبتلى بالفقر حتى ما يجد إلا العباءة يجوبها فيلبسها ويبتلى بالقمل حتى يقتله ولأحدهم كان أشد فرحا بالبلاء من أحدكم بالعطاء


510. Əta ibn Yəsar rəvayət edir ki, Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərə (s.a.s) baş çəkməyə gəldi. Peyğəmbər (s.a.s) xəstələnmişdi, üstündə də məxmər örtük var idi. Əbu Səid (r.a) əlini onun üstünə qoydu və qızdırmanın istiliyini məxmər örtüyün üstündən hiss etdi. O dedi: “Hərarətin nə çoxdur, ya Rəsulallah!” Peyğəmbər (s.a.s) dedi: “Biz beləyik. Bizə gələn sınaqlar artır, savabımız da qat-qat olur”. Əbu Səid (r.a) dedi: “Ey Allahın elçisi! Ən çox sınağa çəkilən insanlar kimlərdir?” O dedi: “Peyğəmbərlər, sonra da əməlisaleh insanlar. Onlardan bəzisi kasıblıqla sınağa çəkilmişdi. Hətta geyməyə bir şey tapmadığından əbanı kəsib geyərdi. Onlardan bitlərlə sınağa çəkiləni də olmuşdu. (Bu bitlər) onu öldürənə qədər onun başında qalardı. Onlardan eləsi də var idi ki, o, sizlərdən birinin hədiyyəyə sevinməsindən daha çox bəlaya sevinərdi”.
[ Səhihdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka