Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Xəstə üçün sağlam olduğu vaxt yerinə yetirdiyi ibadətin savabı yazılır

[ Hədis elmi / 7186 dəfə baxılıb ]   
|
 

عن عبد الله بن عمرو عن النبي صلى الله عليه وسلم قال ما من أحد يمرض إلا كتب له مثل ما كان يعمل وهو صحيح


500.Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Xəstələnən elə bir adam yoxdur ki, sağlam ikən yerinə yetirdiyi ibadətin savabı (indi də) ona yazılmış olmasın”.
[ Səhihdir ]

حدثنا أنس بن مالك عن النبي صلى الله عليه وسلم قال ما من مسلم ابتلاه الله في جسده إلا كتب له ما كان يعمل في صحته ما كان مريضا فإن عافاه عسله وإن قبضه غفر له


501. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Allahın xəstəliyə saldığı elə bir müsəlman yoxdur ki, xəstəliyi davam etdikcə sağlam vaxtı yerinə yetirdiyi ibadətin savabı ona yazılmasın. Əgər Allah onu sağaltsa, – güman edirəm ki, Peyğəmbər (s.a.s) belə dedi –onu yaxşı işlər görməyə müvəffəq edər. Yox əgər onun canını alarsa, onu bağışlayar”.
[ Həsən səhihdir ]

(.....) – Ənəs ibn Malik (r.a) başqa isnadla buna bənzər hədis rəvayət etmiş və: “Əgər Allah ona şəfa versə, onu yaxşı işlər görməyə müvəffəq edər.” ifadəsini ona əlavə etmişdir.

عن أبى هريرة قال جاءت الحمى إلى النبي صلى الله عليه وسلم فقالت ابعثنى إلى آثر أهلك عندك فبعثها إلى الأنصار فبقيت عليهم ستة أيام ولياليهن فاشتد ذلك عليهم فأتاهم في ديارهم فشكوا ذلك إليه فجعل النبي صلى الله عليه وسلم يدخل دارا دارا وبيتا بيتا يدعو لهم بالعافية فلما رجع تبعته امرأة منهم فقالت والذي بعثك بالحق إني لمن الأنصار وإن أبى لمن الأنصار فادع الله لي كما دعوت للأنصار قال ما شئت إن شئت دعوت الله أن يعافيك وإن شئت صبرت ولك الجنة قالت بل أصبر ولا أجعل الجنة خطرا


502.Əbu Hureyra (r.a) rəvayət edir ki, hummə (Qızdırma.) Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Məni çox istədiyin yaxın adamlarının yanına göndər”. Peyğəmbər (s.a.s) onu ənsarın yanına göndərdi. O, altı gün, altı gecə onların canında qaldı. Xəstəlik onların canında bir az da şiddətləndi. Peyğəmbər (s.a.s) ənsarın evlərinə gəldikdə onlar qızdırmadan ona şikayət etdilər. Peyğəmbər (s.a.s) ev-ev, qapı-qapı gəzib onlar üçün can sağlığı diləməyə başladı. Peyğəmbər (s.a.s) geri qayıtdıqda onlardan bir qadın onun arxasınca gəlib dedi: “Səni haqq ilə göndərənə and olsun ki, mən ənsardanam. Həmçinin atam da ənsardandır. Odur ki, ənsara dua etdiyin kimi mənim üçün də dua et!” Peyğəmbər (s.a.s) dedi: “Nə istəyirsən! Ya istəyirsən, dua edim Allah sənə can sağlığı versin, ya da səbir et Cənnət sənin olsun”. Qadın dedi: “Səbir edəcəyəm və Cənnəti girov saxlamayacağam”.
[ Səhihdir ]

عن أبى هريرة قال ما من مرض يصيبنى أحب إلى من الحمى لأنها تدخل في كل عضو منى وان الله عز وجل يعطى كل عضو قسطه من الأجر


503. Əbu Hureyra (r.a) deyir ki, tutulduğum xəstə¬liklər arasında mənim üçün qızdırmadan daha sevimli olanı yoxdur. Çünki o, mənim hər əzama girir. Allah da hər əzaya savabdan o hissəyə aid olanı verir.
[ İsnadı səhihdir ]

عن أبى وائل عن أبى نحيلة قيل له ادع الله قال اللهم انقص من المرض ولا تنقص من الأجر فقيل له ادع ادع فقال اللهم اجعلنى من المقربين واجعل أمى من الحور العين


504.Əbu Vail rəvayət edir ki, Əbu Nuheylə (r.a): “Allaha dua et!”- dedilər. O da: “Allahım, xəstəliyi azalt, mükafatını isə azaltma!”- deyə dua etdi. (Yenə): “Dua et! Dua et!”- dedilər. O da belə dua etdi: “Allahım! Məni Özünə yaxın olanlardan et! Anamı da qaragözlü hurilərdən et!”
[ İsnadı səhihdir ]

حدثني عطاء بن أبى رباح قال قال لي ابن عباس ألا أريك امرأة من أهل الجنة قلت بلى قال هذه المرأة السوداء أتت النبي صلى الله عليه وسلم فقالت إني أصرع وإني أتكشف فادع الله لي قال إن شئت صبرت ولك الجنة وإن شئت دعوت الله أن يعافيك فقالت أصبر فقالت إني أتكشف فادع الله لي أن لا أتكشف فدعا لها


505. Əta ibn Əbi Rəbah rəvayət edir ki, ibn Abbas (r.a) mənə belə dedi: “Sənə Cənnət əhlindən olan bir qadın göstərimmi?” Mən: “Bəli!”- deyə cavab verdim. O dedi: “Bu zənci qadındır. O, Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Mən (bəzən) huşumu itirirəm və üstüm açılır. Mənim üçün Allaha dua et!” Peyğəmbər (s.a.s) dedi: “Ya istəyirsən səbir et, Cənnət sənin olsun, ya da istəyirsənsə, dua edim Allah sənə can sağlığı versin”. Qadın dedi: “Mən səbr edəcəyəm. Amma mənim üstüm açılır. Allaha dua et ki, üstüm açılmasın”. Peyğəmbər (s.a.s) onun üçün dua etdi.
[ Səhihdir ]

عن بن جريج قال أخبرني عطاء أنه رأى أم زفر تلك المرأة طويلة سوداء على سلم الكعبة قال وأخبرني عبد الله بن أبى مليكة أن القاسم أخبره أن عائشة أخبرته أن النبي صلى الله عليه وسلم كان يقول ما أصاب المؤمن من شوكة فما فوقها فهو كفارة


506. İbn Cureyc deyir ki, Əta ibn Əbi Rəbah Ummu Zufəri – həmin o hündürboy zənci qadını – Kə'bənin pilləkəni üstündə görmüşdür.
Abdullah ibn Əbi Muleykə mənə xəbər verdi ki, Qasim ona Aişənin (r.a) belə dediyini xəbər vermişdi: “Peyğəmbər (s.a.s) deyərdi: “Möminə istər tikan (batsın), istər bundan da böyük müsibət üz versin, bu (onun üçün) kəffarə olar”.
[ İsnadı səhihdir ]

عن أبي هريرة يقول قال رسول الله صلى الله عليه وسلم ما من مسلم يشاك شوكة في الدنيا يحتسبها إلا قضى بها من خطاياه يوم القيامة


507.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Dünyada ikən (ayağına) tikan batan və (Allahdan) bunun savabını uman elə bir müsəlman yoxdur ki, həmin tikan sayəsində Qiyamət günü onun günahları bağışlanmasın”.
[ Səhihdir ]

عن جابر قال سمعت النبي صلى الله عليه وسلم يقول ما من مؤمن ولا مؤمنة ولا مسلم ولا مسلمة يمرض مرضا إلا قص الله به عنه من خطاياه


508.Cabir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Xəstəliyə tutulmuş elə bir mömin kişi və mömin qadın, müsəlman kişi və müsəlman qadın yoxdur ki, o xəstəlik sayəsində Allah onun günahlarını bağışlamasın”.
[ Səhihdir ]
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:50
GÜNƏŞ07:20
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:59
MƏĞRİB [ 3 rükət ]18:28
İŞA [ 4 rükət ]19:53
GECƏYARI00:09
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka