Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XƏSTƏNİN KƏFFARƏSİ

[ Hədis elmi / 7443 dəfə baxılıb ]   
|
 

حدثنا سليم بن عامر أن غطيف بن الحارث أخبره أن رجلا أتى أبا عبيدة بن الجراح وهو وجع فقال كيف أمسى أجر الأمير فقال هل تدرون فيما تؤجرون به فقال بما يصيبنا فيما نكره فقال إنما تؤجرون بما أنفقتم في سبيل الله واستنفق لكم ثم عد أداة الرحل كلها حتى بلغ عذار البرذون ولكن هذا الوصب الذي يصيبكم في أجسادكم يكفر الله به من خطاياكم

491.Ğudeyf ibnul-Haris rəvayət edir ki, Əbu Ubeydə ibnul-Cərrah xəstə ikən bir kişi onun yanına gəlib dedi: “Başçı neçə gecə keçirib savab qazandı?” Əbu Ubeydə dedi: “Nədən savab qazandığınızı bilirsinizmi?” Kişi: “Başımıza gələn xoşlamadığımız müsibətlərdən!”- deyə cavab verdi. Əbu Ubeydə dedi: “Siz Allah yolunda xərclədiklərinizdən savab qazanırsınız. Mən də sizin üçün xərcləyirəm”. Sonra Əbu Ubeydə heyvanlara aid əşya və alətləri, ta atın yüyəninə qədər sadaladı (və bunlarda da savab olduğunu bildirdi). (Əbu Ubeydə davam edib) dedi: “Lakin bədənlərinizə dəyən naxoşluq sayəsində Allah günahlarınızı bağışlayır”.
[ İsnadı zəifdir ]

عن أبى سعيد الخدري وأبى هريرة عن النبي صلى الله عليه وسلم قال ما يصيب المسلم من نصب ولا وصب ولاهم ولا حزن ولا أذى ولا غم حتى الشوكة يشاكها إلا كفر الله بها من خطاياه

492.Əbu Səid əl-Xudri və Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah (həmin) müsəlmanın günahlarını bağışlamasın”.
[ Səhihdir ]

عن عبد الرحمن بن سعيد عن أبيه قال كنت مع سلمان وعاد مريضا في كندة فلما دخل عليه قال أبشر فإن مرض المؤمن يجعله الله له كفارة ومستعتبا وإن مرض الفاجر كالبعير عقله أهله ثم أرسلوه فلا يدرى لم عقل ولم أرسل


493.Abdurrəhman ibn Səid rəvayət edir ki, Salman Kində qəbiləsindəki xəstə bir dostunu ziyarət edərkən mən onunla bir yerdə idim. O, dostunun yanına daxil olduqda dedi: “Sənə müjdə olsun! Həqiqətən, Allah möminin xəstələnməyini ona həm kəffarə edir, həm də (Allahın) razılığını qazanmaq üçün bir səbəb edir. Günahkarın xəstələnməyi isə sahibi tərəfindən buxovlanan, sonra da açıb buraxılan dəvənin halına bənzəyir. Belə ki, o, nəyə görə buxovlandığını və nə üçün açılıb buraxıldığını dərk etmir”.
[ İsnadı səhihdir ]

عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال لا يزال البلاء بالمؤمن والمؤمنة في جسده وأهله وماله حتى يلقى الله عز وجل وما عليه خطيئة


494.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Mömin kişinin və mömin qadının bədəninə, ailəsinə və mal-dövlətinə Allahla qarşılaşıncaya qədər bəla üz verərsə boynunda heç bir günah qalmaz”.
[ Səhihdir ]

Buna oxşar hədisi Muhəmməd ibn Amr da rəvayət etmişdir.

عن أبى هريرة قال جاء أعرابى فقال النبي صلى الله عليه وسلم هل أخذتك أم ملدم قال وما أم ملدم قال حر بين الجلد واللحم قال لا قال فهل صدعت قال وما الصداع قال ريح تعترض في الرأس تضرب العروق قال لا قال فلما قام قال من سره أن ينظر إلى رجل من أهل النار أي فلينظره


495.Əbu Hureyra (r.a) rəvayət edir ki, bir bədəvi gəldi və Peyğəmbər (s.a.s) ona dedi: “Heç səni Ummu Mildəm (Qızdırma.) tutubmu?” Bədəvi soruşdu: “Ummu Mildəm nədir?” O dedi: “Dəri ilə ət arasında olan istilikdir”. Bədəvi: “Xeyr!”- deyə cavab verdi. Peyğəmbər (s.a.s) yenə soruşdu: “Heç başın ağrayıbmı?” Bədəvi soruşdu: “Başağrısı nədir?” O dedi: “Başa təsir edən elə bir havadır ki, damarları da əsdirir”. Bədəvi: “Xeyr!”- deyə cavab verdi. O qalxıb getdikdə Peyğəmbər (s.a.s) dedi: “Kim Od sakinlərindən olan bir adama baxmaq istəyirsə, qoy ona baxsın”.
[ Həsən səhihdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:21
GÜNƏŞ06:58
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:29
MƏĞRİB [ 3 rükət ]20:27
İŞA [ 4 rükət ]22:00
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka