Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

RAHATLAŞDIRMAQ

[ Hədis elmi / 7645 dəfə baxılıb ]   
|
 

عن أنس بن مالك قال قال النبي صلى الله عليه وسلم يسروا ولا تعسروا وسكنوا ولا تنفروا

473.Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Asanlaşdırın, çətinləşdirməyin. Rahatlaşdırın, nifrət oyatmayın”.
[ Səhihdir ]

عن عبد الله بن عمرو قال نزل ضيف في بنى إسرائيل وفي الدار كلبة لهم فقالوا يا كلبة لا تنبحى على ضيفنا فصحن الجراء في بطنها فذكروا لنبي لهم فقال إن مثل هذا كمثل أمة تكون بعدكم يغلب سفهاؤها علماءها


474.Abdullah ibn Amr (r.a) rəvayət edir ki, bir nəfər İsrail oğullarına qonaq gəldi. Evdə onların dişi bir iti var idi. Onlar: “Ay it! Qonağımıza hürmə!”- dedilər. (İt səsini kəsdi. Lakin) qarnındakı balalar çığırmağa başladılar. Onlar bunu öz peyğəmbərlərinə xəbər verdilər. O dedi: “Bunun məsəli sizdən sonra gələcək bir ümmətin məsəlinə bənzəyir. O ümmətin səfehləri alimlərinə üstün gələcəkdir”.
[ Zəifdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka