Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HÜNDÜR BİNALAR TİKMƏKDƏ ÖTÜŞMƏK

[ Hədis elmi / 8212 dəfə baxılıb ]   
|
 

عن أبى هريرة عن رسول الله صلى الله عليه وسلم قال لا تقوم الساعة حتى يتطاول الناس في البنيان


449.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “İnsanlar hündür binalar tikməkdə rəqabət aparmayınca Qiyamət qopmaz”.
[ Səhihdir ]

عن الحسن يقول كنت ادخل بيوت أزواج النبي صلى الله عليه وسلم في خلافة عثمان بن عفان فأتناول سقفها بيدى


450.Həsən (r.a) rəvayət edir ki, mən Osman ibn Affanın (r.a) xilafəti dövründə Peyğəmbərin (s.a.s) zövcələri¬nin hücrələrinə (kiçik otaq deməkdir.) daxil olar, əlimi bu evlərin tavanlarına sürtərdim”.
[İsnadı səhihdir ]

أخبرنا داود بن قيس قال رأيت الحجرات من جريد النخل مغشاة من خارج بمسوح الشعر وأظن عرض البيت من باب الحجرة إلى باب البيت نحوا من ست أو سبع أذرع وأحزر البيت الداخل عشر أذرع وأظن سمكه بين الثمان والسبع نحو ذلك ووقفت عند باب عائشة فإذا هو مستقبل المغرب


451.Davud ibn Qeys deyir ki, mən bayırdan yun iplərlə hörülmüş, xurma ağaçının budaqlarından qurulmuş (Peyğəmbərə (s.a.s) məxsus) hücrələr gördüm. Güman edirəm ki, evin eni, hücrənin qapısından evin qapısına qədər təqribən altı və ya yeddi dirsək idi. Evin daxili hissəsi on dirsək idi. Və güman edirəm ki, hündürlüyü yeddi və səkkiz dirsək arasında, buna yaxın məsafə qədər idi. Aişənin (r.a) qapısında durdum. Qapə günbatan tərəfdə idi.
[ İsnadı səhihdir ]


عن عبد الله الرومي قال دخلت على أم طلق فقلت ما أقصر سقف بيتك هذا قالت يا بنى ان أمير المؤمنين عمر بن الخطاب رضي الله عنه كتب إلى عماله أن لا تطيلوا بناءكم فإنه من شر أيامكم


452.Abdullah ər-Rumi (r.a) deyir ki, mən Ummu Təlqin yanına girib dedim: “Sənin evinin tavanı necə də alçaqdır!” O dedi: “Oğlum! Möminlərin əmiri Ömər ibn Xattab (r.a) öz işçilərinə belə bir məktub yazdı: “Binalarınızı hündür tikməyin! Çünki bu (yəni hündür binaların tikildiyi günlər) pis günlərinizdən olacaqdır”.
[ İsnadı zəifdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:28
GÜNƏŞ07:57
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:26
MƏĞRİB [ 3 rükət ]18:53
İŞA [ 4 rükət ]20:18
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka