Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Dediyinin mənasını yozaraq başqasına: “Ey münafiq!” deyən kəs

[ Hədis elmi / 7067 dəfə baxılıb ]   
|
 

عن أبي عبد الرحمن السلمي قال سمعت عليا رضي الله عنه يقول بعثني النبي صلى الله عليه وسلم والزبير بن العوام وكلانا فارس فقال انطلقوا حتى تبلغوا روضة كذا وكذا وبها امرأة معها كتاب من حاطب إلى المشركين فأتونى بها فوافيناها تسير على بعير لها حيث وصف لنا النبي صلى الله عليه وسلم فقلنا الكتاب الذي معك قالت ما معي كتاب فبحثناها وبعيرها فقال صاحبي ما أرى فقلت ما كذب النبي صلى الله عليه وسلم والذي نفسي بيده لأجردنك أو لتخرجنه فأهوت بيدها إلى حجزتها وعليها إزار صوف فأخرجت فأتينا النبي صلى الله عليه وسلم فقال عمر خان الله ورسوله والمؤمنين دعني أضرب عنقه وقال ما حملك فقال ما بي إلا أن أكون مؤمنا بالله وأردت أن يكون لي عند القوم يد قال صدق يا عمر أو ليس قد شهد بدرا لعل الله أطلع إليهم فقال اعملوا ما شئتم فقد وجبت لكم الجنة فدمعت عينا عمر وقال الله ورسوله أعلم


438. Əbu Abdurrəhman əs-Səlmi deyir ki, mən Əli ibn Əbu Talibin (r.a) belə rəvayət etdiyini eşitdim: “Peyğəmbər (s.a.s) məni və Zubeyr ibnul-Əvvamı (r.a) – atlı olduğumuz halda – (Məkkəyə doğru) göndərib dedi: “Filan baxçaya çatana qədər gedin. O baxçada bir qadın olacaq. O qadında Hatibin (r.a) müşriklərə yazdığı məktubu var. Onu mənə gətirin!”
Biz o qadına Peyğəmbərin (s.a.s) təsvir etdiyi yerdə, dəvəsinin üstündə gedərkən çatıb soruşduq ki: “Səndəki məktub haradadır?” O dedi: “Məndə məktub yoxdur”. Biz onu da, onun dəvəsini də axtardıq. Zubeyr dedi: “Mən heç nə görmürəm”. Mən dedim: “Peyğəmbər (s.a.s) yalan danışmaz. Canım Əlində Olana and olsun ki, ya səni soyunduracağam, ya da məktubu (öz xoşunla) çıxaracaqsan”. Qadın əlini əynindəki yun paltarının qurşağına salıb məktubu çıxartdı. Biz Peyğəmbərin (s.a.s) yanına qayıtdıq. Ömər (r.a) dedi: “(Hatib r.a) Allaha, Onun elçisinə və möminlərə xəyanət etdi. Burax, onun boynunu vurum!” Peyğəmbər (s.a.s) dedi: “(Bu işi görməyə) səni vadar edən nədir?” (Hatib) dedi: “Mən yalnız Allaha inanan bir adamam. (Bunu isə müşriklər) Məkkədəki yaxınlarıma toxunmasınlar deyə belə etdim”. Peyğəmbər (s.a.s) dedi: “Doğru deyir, ey Ömər! Məgər o, Bədr döyüşündə iştirak etməyibmi? Allah həmin döyüşdə iştirak edənlərin halından xəbərdar olduğuna görə demişdir ki: “İstədiyinizi edin! Artıq Cənnətə girmək sizə vacib edildi”. Ömər (r.a) ağlaya-ağlaya dedi: “Allah və Onun elçisi daha yaxşı bilir!”
[ Səhihdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka