Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

UŞAĞA: “OĞLUM!”- DEMƏK


عن أبى العجلان المحاربي قال كنت في جيش بن الزبير فتوفى بن عم لي وأوصى بجمل له في سبيل الله فقلت لابنه ادفع إلى الجمل فإني في جيش بن الزبير فقال اذهب بنا إلى ابن عمر حتى نسأله فأتينا بن عمر فقال يا أبا عبد الرحمن ان والدي توفى وأوصى بجمل له في سبيل الله وهذا بن عمى وهو في جيش ابن الزبير أفأدفع إليه الجمل قال ابن عمر يا بنى إن سبيل الله كل عمل صالح فإن كان والدك إنما أوصى بجمله في سبيل الله عز وجل فإذا رأيت قوما مسلمين يغزون قوما من المشركين فادفع إليهم الجمل فإن هذا وأصحابه في سبيل غلمان قوم أيهم يضع الطابع


369. Əbul-Əclan əl-Muharibi rəvayət edir ki, mən ibn Zubeyrin ordusunda idim. Mənim əmim oğlu vəfat edərkən dəvəsini Allah yo¬lunda sədəqə verməyi vəsiyyət etdi. Mən onun oğluna dedim ki: “Dəvəni mənə ver. Çünki mən ibn Zubeyrin ordusundayam”. O dedi: “Gedək ibn Ömərdən bu haqda soruşaq”. Biz ibn Ömərin (r.a) yanına gəldik. O dedi: “Ey Əbu Abdurrəhman! Atam vəfat etdikdə dəvəsini Allah yolunda sədəqə verməyi vəsiyyət etmişdir. Bu da mənim əmim oğludur, ibn Zubeyrin ordusundadır. Dəvəni buna verimmi?” İbn Ömər (r.a) dedi: “Oğlum! Hər yaxşı əməl Allah yolunda verilən sədəqədir. Atan öz dəvəsini qüdrətli və əzəmətli Allahın yolunda sədəqə verməyi vəsiyyət etmişsə, bax gör əgər müsəlmanlar müşriklərə qarşı vuruşursa, dəvəni müsəlmanlara ver. Lakin bu və bunun yoldaşları qövmdən olan bir gəncin (Burada İbn Ömər (r.a) ibn Zubeyri (r.a) qəsd edir) yolundadırlar. (Bunlar elə bir qövmdür ki,) hansı birinin daha tez möhür qoyacağına çalışırlar (başçı olmaq uğrunda vuruşurlar)”.
[ İsnadı həsəndir ]

عن جريرا عن النبي صلى الله عليه وسلم قال من لا يرحم الناس لا يرحمه الله عز وجل


370. Cərir (r.a) rəvayər edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kim insanlara rəhm etməzsə, qüdrətli və əzəmətli Allah da ona rəhm etməz”.
[ Səhihdir ]

عن قبيصة بن جابر قال سمعت عمر أنه قال من لا يرحم لا يرحم ولا يغفر من لا يغفر ولا يعف عمن لم يعف ولا يوق من لا يتوقى

371. Qəbisə ibn Cabir deyir ki, mən Ömərin (r.a) belə dediyini eşitdim: “Rəhm etməyən kimsəyə rəhm edilməz, bağışlamayan kimsə bağışlanılmaz, əfv etməyən kimsə əfv olunmaz və (özünü günahlardan) qorumayan kimsə qorunmaz”.
[ Həsəndir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka