Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BÖYÜKLƏRI UCA TUTMAQ

[ Hədis elmi / 7243 dəfə baxılıb ]   
|
 

عن حكيم بن قيس بن عاصم أن أباه أوصى عند موته ببنيه فقال اتقوا الله وسودوا أكبركم فان القوم إذا سودوا أكبرهم خلفوا أباهم وإذا سودوا أصغرهم أزرى بهم ذلك في أكفائهم. و عليكم بالمال واصطناعه فإنه منبهة للكريم ويستغنى به عن اللئيم وإياكم ومسألة الناس فإنها من آخر كسب الرجل وإذا مت فلا تنوحوا فإنه لم ينح على رسول الله صلى الله عليه وسلم وإذا مت فادفنونى بأرض لا يشعر بدفنى بكر بن وائل فإني كنت أغافلهم في الجاهلية


Hukeym ibn Qeys ibn Asim rəvayət edir ki, onun atası ölərkən oğlanlarına belə tövsiyə etmişdir: “Allahdan qorxun və böyüklərinizi uca tutun! Çünki bir camaat öz böyüklərini uca tutduqca, (bu böyüklər) onların atalarını əvəz edər. Kiçiklərini uca tutduqda isə, bu hərəkət onları həmyaşlıları arasında rəzil edər. Var-dövlət qazanın və onu (yaxşı işlərə) sərf edin! Çünki var-dövlət həm səxavətli adam üçün şərəfdir, həm də onun sayəsində xəsis adama möhtac olmursan. İnsanlardan bir şey istəməkdən çəkinin. Çünki bir şey istəmək insanın son qazancıdır (çarəsiz qalmış kimsənin son yoludur). Mən öləndə vay-şivən salmayın. Çünki (səhabələr) Peyğəmbər (s.a.s) üçün vay-şivən salmamışlar. Mən öləndə məni elə bir yerdə basdırın ki, Bəkr ibn Vail mənim harada dəfn edildiyimi bilməsin. Çünki mən cahiliyyət dövründə onlara özlərinin də xəbəri olmadan zərər vurmuşam”.
[ İsnadı həsəndir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka