Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ŞERLƏ TƏRİF DEYƏNLƏR

[ Hədis elmi / 7548 dəfə baxılıb ]   
|
 

عن الأسود بن سريع قال أتيت النبي صلى الله عليه وسلم فقلت يا رسول الله قد مدحت الله بمحامد ومدح وإياك فقال أما إن ربك يحب الحمد فجعلت أنشده فاستأذن رجل طوال أصلع فقال لي النبي صلى الله عليه وسلم اسكت فدخل فتكلم ساعة ثم خرج فأنشدته ثم جاء فسكتنى ثم خرج فعل ذلك مرتين أو ثلاثا فقلت من هذا الذي سكتنى له قال هذا رجل لا يحب الباطل


Əsvəd ibn Səri (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) yanına gəlib dedim: “Ey Allahın elçisi! Mən Allaha, həmçinin də sənə çoxlu-çoxlu həmd-sənalar və təriflər dedim”. O dedi: “Həqiqətən, Rəbbin həmd edilməyi sevir!” Mən şe'r deməyə başladım. Bu vaxt hündürboylu keçəl bir kişi içəri daxil olmaq üçün izn istədi. Peyğəmbər (s.a.s) mənə: “Sus!”- dedi. Kişi içəri daxil olub bir saat danışdıqdan sonra çıxıb getdi. Mən şe'r deməyə davam etdim. Kişi yenə qayıdıb gəldi. Peyğəmbər (s.a.s) bir daha mənə susmağı buyurdu. Bu, iki və ya üç dəfə təkrar oldu. Kişi çıxıb getdikdən sonra dedim: “Bu kim idi ki, ona görə mənə susmağı buyurdun?” O dedi: “Bu, batil sözləri sevməyən bir kişidir”.
[ Zəifdir ]

عن الأسود بن سريع قلت للنبي صلى الله عليه وسلم مدحتك ومدحت الله عز وجل

(.....) – Əsvəd ibn Səri (r.a) rəvayət edir ki, mən Peyğəmbərə (s.a.s) dedim: “Mən sənə də təriflər dedim, qüdrətli və əzəmətli Allaha da”.
[ Zəifdir ]
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka