Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Bir-birini tərifləmək barədə varid olan (hədislər)

[ Hədis elmi / 6921 dəfə baxılıb ]   
|
 

عن أبى بكرة أن رجلا ذكر عند النبي صلى الله عليه وسلم فأثنى عليه رجل خيرا فقال النبي صلى الله عليه وسلم ويحك قطعت عنق صاحبك يقوله مرارا إن كان أحدكم مادحا لا محالة فليقل أحسب كذا وكذا إن كان يرى أنه كذلك وحسيبه الله ولا يزكى على الله أحدا


Əbu Bəkrə (r.a) atasından rəvayət edir ki, bir kişi barədə Peyğəmbər (s.a.s) yanında söz açdıqda bir nəfər onu təriflədi. Peyğəmbər (s.a.s) dedi: “Vay sənin halına! Sən öz dostunun boynunu sındırdın. (O, bunu bir neçə dəfə təkrar etdi.) Sizlərdən biri (kimisə) hökmən tərifləməli olsa, – onun yaxşı adam olduğunu bilirsə – qoy desin: “Bu cür bu cür olduğunu güman edirəm. Allah onun hesabını çəkəcəkdir. Sizdən biriniz heç kəsi Allah yanında təmizə çıxarmasın”.
[ Səhihdir ]


عن أبى موسى قال سمع النبي صلى الله عليه وسلم رجلا يثنى على رجل ويطريه فقال النبي صلى الله عليه وسلم أهلكتم أو قطعتم ظهر الرجل


Əbu Musa (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) bir kişinin başqa birisini təriflədiyini və tərif edərkən həddi aşdığını eşidib dedi: “Kişini məhv etdiniz, yaxud onun belini qırdınız”.
[ Səhihdir ]

عن إبراهيم التيمى عن أبيه قال كنا جلوسا عند عمر فأثنى رجل على رجل في وجهه فقال عقرت الرجل عقرك الله

İbrahim ət-Teyminin atası rəvayət edir ki, bir dəfə biz Ömə¬rin (r.a) yanında oturmuşduq. Bir kişi başqa birisinin üzünə tərif dedi. Ömər (r.a) dedi: “Sən onun kəsdin, Allah da səni kəssin!”
[ İsnadı həsəndir ]

عن زيد بن أسلم عن أبيه قال سمعت عمر يقول المدح ذبح قال محمد يعنى إذا قبلها

Zeyd ibn Əsləmin atası rəvayət edir ki, mən Ömərin (r.a) belə dediyini eşitdim: “Tərif etmək baş kəsməkdir!” Muhəmməd dedi: “Əgər bunu qəbul etsə”.
[ İsnadı səhihdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka