Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KÖLƏLƏRLƏ YAXŞI RƏFTAR ETMƏK

[ Azerislam.com / 7796 dəfə baxılıb ]   
|
 

156- علي بن أبي طالب صلوات الله عليه أن النبي صلى الله عليه وسلم لما ثقل قال يا علي ائتني بطبق أكتب فيه ما لا تضل أمتي (بعدي) فخشيت أن يسبقني فقلت إني لأحفظ من ذراعي الصحيفة وكان رأسه بين ذراعي وعضدي (فجعل) يوصي بالصلاة والزكاة وما ملكت أيمانكم وقال كذلك حتى فاضت نفسه وأمره بشهادة أن لا إله إلا الله وأن محمدا عبده ورسوله من شهد بهما حرم على النار"

156. Əli (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.s) vəziyyəti ağırlaşarkən buyurdu: “Ey Əli! Bir vərəq gətir, ümmətim məndən sonra azmasın deyə ora bəzi şeylər yazacağam”. Qorxdum ki, o məni qabaqlayar. Odur ki, dedim: “Mən onu əzbərləyib yadda saxlayaram” Onun başı mənim dirsəyimlə çiynimin arasında idi. O ölənə qədər namaz qılmağı, zəkat verməyi və kölələrə yaxşı baxmağı tövsiyə etdi. Nəhayət vəfat etdi. Həmçinin Allahdan başqa tanrı olmadığına və Muhəmmədin Onun qulu və elçisi olduğuna şahidlik etməyi buyurdu. Kim bunlara şahidlik etsə, Cəhənnəm odu ona haram olar”.
[ İsnadı zəifdir ]

عن عبد الله عن النبي صلى الله عليه وسلم قال أجيبوا الداعي ولا تردوا الهدية ولا تضربوا المسلمين

157. Abdullah rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Dəvətçinin çağırışını qəbul edin, hədiyyəni qaytarmayın və müsəlmanları vurmayın!”
[ Səhihdir ]

عن علي صلوات الله عليه قال كان آخر كلام النبي صلى الله عليه وسلم الصلاة الصلاة اتقوا الله فيما ملكت أيمانكم

158. Əli (r.a) dedi: “Peyğəmbərin (s.a.s) axır sözü bu olmuşdur: “Namaz (qılın), namaz (qılın)! Kölələrinizə görə Allahdan qorxun”.
[ Səhihdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka