Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QONŞUNUN ŞİKAYƏTİ

[ Azerislam.com / 6897 dəfə baxılıb ]   
|
 

عن أبى هريرة قال قال رجل يا رسول الله إن لي جارا يؤذينى فقال انطلق فأخرج متاعك إلى الطريق فانطلق فأخرج متاعه فاجتمع الناس عليه فقالوا ما شأنك قال لي جار يؤذينى فذكرت للنبي صلى الله عليه وسلم فقال انطلق فأخرج متاعك إلى الطريق فجعلوا يقولون اللهم العنه اللهم اخزه فبلغه فأتاه فقال ارجع الى منزلك فوالله لا أؤذيك"

124. Əbu Hureyra (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərə (s.a.s) dedi: “Ey Allahın elçisi! Mənim bir qonşum var, mənə əziyyət verir. O dedi: “Get evindəki əşyaları yola çıxart!” Kişi gedib evindəki əşyaları bayıra çıxartdı. Camaat onun başına toplanıb dedi: “Sənə nə üz verib?” Kişi dedi: “Mənim bir qonşum var, mənə əziyyət verir. Mən bu haqda Peyğəmbərə (s.a.s) bildirdim. O da (mənə): “Get evindəki əşyaları yola çıxart!”- dedi. Camaat dua edərək: “Allahım! Ona lənət et! Allahım! Onu rüsvay et!”- dedilər. Bu xəbər qonşusuna çatdıqda onun yanına gəlib dedi: “Evinə qayıt. Allaha and olsun ki, daha sənə əziyyət verməyəcəyəm”.
[ Həsən səhihdir ]

عن أبى جحيفة قال شكا رجل إلى النبي صلى الله عليه وسلم جاره فقال احمل متاعك فضعه على الطريق فمن مر به يلعنه فجعل كل من مر به يلعنه فجاء إلى النبي صلى الله عليه وسلم فقال ما لقيت من الناس فقال إن لعنة الله فوق لعنتهم ثم قال للذي شكا كفيت"

125.Əbu Cuheyfə (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərə (s.a.s) qonşusundan şikayət etdi. O dedi: “Evindəki əşyaları götür qoy yola! Onun yanından keçən hər kəs sənin qonşuna lənət oxuyacaq”. Elə ki onun yanından keçən hər kəs ona lənət oxumağa başladı, kişi Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Mən camaatın filan söz dediyini eşitdim”. Peyğəmbər (s.a.s): “Şübhəsiz ki, Allahın lənəti onların lənətindən daha üstündür”- dedi. Sonra da şikayətçiyə: “Bu sənə yetər”- dedi.
[ Həsən səhihdir ]

عن جابر يقول جاء رجل إلى النبي صلى الله عليه وسلم يستعديه على جاره فبينا هو قاعد بين الركن والمقام إذ أقبل النبي صلى الله عليه وسلم ورآه الرجل وهو مقاوم رجلا عليه ثياب بياض عند المقام حيث يصلون على الجنائز فأقبل النبي صلى الله عليه وسلم فقال بأبي أنت وأمى يا رسول الله من الرجل الذي رأيت معك مقاومك عليه ثياب بياض قال أقد رأيته قال نعم قال رأيت خيرا كثيرا ذاك جبريل صلى الله عليه وسلم رسول ربي ما زال يوصينى بالجار حتى ظننت أنه جاعل له ميراثا"

126.Cabir (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin (s.a.s) yanı¬na gəlib qonşusundan gileyləndi. O, rüknlə məqam (Kə'bənin küncü ilə İbrahim aleyhissəlamın məqamı) arasında dayanarkən Peyğəmbər (s.a.s) gəldi. Kişi onun cənazə namazı qılınarkən məqamın yanında dayanan ağ paltarlı bir kişiyə müqavimət göstərdiyini gördü. Sonra da onun yanına gəlib dedi: “Atam-anam sənə fəda olsun, ya Rəsulallah! Sənin yanında gördüyüm, sənə müqavimət göstərən ağ paltarlı kişi kim idi?” Peyğəmbər (s.a.s) dedi: “Sən çoxlu xeyir gördün. O, Cəbrail (s.a.s) idi, Rəbbimin elçisi. O mənə qonşu haqqında nə qədər tövsiyə etdisə, ona da mirasdan pay düşəcəyini güman etdim”.
[ İsnadı zəifdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka