Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖVLAD XƏSİSLİK VƏ QORXAQLIQ ÜÇÜN BIR BƏHANƏDİR

[ Azerislam.com / 8555 dəfə baxılıb ]   
|
 

عن عائشة رضي الله عنها قالت قال أبو بكر رضي الله عنه يوما والله ما على وجه الأرض رجل أحب الى من عمر فلما خرج رجع فقال كيف حلفت أي بنية فقلت له فقال أعز على والولد ألوط

84. Aişə (r.a) rəvayət edir ki, bir gün Əbu Bəkr (r.a) belə dedi: “Allaha and olsun ki, yer üzündə mənə Ömərdən daha sevimli bir kimsə yoxdur”. O çıxıb getdikdə qayıdıb mənə dedi: “Hə qızım, necə and içdim?”
Əbu Bəkr (r.a) dedi: “Mənə çox xoşdur. Amma övlad daha şirindir”.
[ İsnadı həsəndir ]

عن بن أبى نعم قال كنت شاهدا بن عمر إذ سأله رجل عن دم البعوضة فقال ممن أنت فقال من أهل العراق فقال انظروا إلى هذا يسألني عن دم البعوضة وقد قتلوا بن النبي صلى الله عليه وسلم سمعت النبي صلى الله عليه وسلم يقول هما ريحانى من الدنيا

85. İbn Əbu Nu'm rəvayət edir ki, mən ibn Ömərin (r.a) yanında idim. Bir kişi ondan ağcaqanadın qanı barədə soruşdu. O dedi: “Sən kimlərdənsən?” Kişi dedi: “Mən İraq əhlindənəm”. İbn Ömər (r.a) dedi: “Buna bir baxın! Məndən ağcaqanadın qanı barədə soruşur. Halbuki onlar Peyğəmbərin (s.a.s) nəvəsini öldürdülər. Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Onlar (Həsən və Hüseyn) mənim dünyadakı iki reyhanımdır!”
[ Səhihdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:28
GÜNƏŞ07:57
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:26
MƏĞRİB [ 3 rükət ]18:53
İŞA [ 4 rükət ]20:18
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka