Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

VALİDEYNLƏRLƏ MÜLAYİM DANIŞMAQ

[ Azerislam.com / 9202 dəfə baxılıb ]   
|
 

طيسلة بن مياس قال كنت مع النجدات فاصبت ذنوبا لا أراها الا من الكبائر فذكرت ذلك لابن عمر قال ما هى قلت كذا وكذا قال ليست هذه من الكبائر هن تسع الإشراك بالله وقتل نسمة والفرار من الزحف وقذف المحصنة وأكل الربا وأكل مال اليتيم والحاد في المسجد والذي يستسخر وبكاء الوالدين من العقوق قال لي بن عمر أتفرق من النار وتحب أن تدخل الجنة قلت إى والله قال أحى والدك قلت عندي أمى قال فوالله لو ألنت لها الكلام وأطعمتها الطعام لتدخلن الجنة ما اجتنبت الكبائر"


(8) – Teysələ ibn Məyyas rəvayət edir ki, “Mən Nəcdatlarla (Nəcdat – hərurilərdən olan Nəcdə ibn Amir əl-Xaricinin havadarlarıdır) həmrəy idim. Bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim, sonra da bunu ibn Ömərə (r.a) dedim. İbn Ömər: (r.a): “Nədir onlar?”- deyə soruşdu. Mən dedim: “Filan, filan (işləri görmüşəm)”. O dedi: “Bunlar ki, böyük günahlardan deyil. Böyük günahlar doqquzdur; Allaha şərik qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını yemək, məsciddə günah işlətmək, (dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq”. (Sonra) ibn Ömər (r.a) mənə dedi: “Cəhənnəm odundan çəkinib Cənnətə girmək istəyirsənmi?” Mən: “Bəli, vallahi ki, (istəyirəm)”- deyə cavab verdim. O soruşdu: “Valideynin sağdırmı?” Dedim ki: “Yalnız anam yanımdadır!” O dedi: “Allaha and olsun ki, əgər onunla mülayim danışsan və ona yemək-içmək versən, böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən.”

[ Səhihdir ]

(9) – Urva (r.a):

“Onların hər ikisinə rəhm edərək mərhəmət qanadının altına al.” (əl-İsra, 24.) ayəsini izah edib demişdir: “Onların istədiyinə mane olma!”

[ İsnadı səhihdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka