Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Vacib oldu!

[ Bir hədis / 2535 dəfə baxılıb ]   
|
 
Ənəs (radiyallahu anhu) rəvayət edir ki:
"Bir dəfə yanımızdan bir cənazə apardılar və Peyğəmbər (sallallahu aleyhi və səlləm -s.a.s)-in yanındakılar onu xeyirlə yada saldılar və Peyğəmbər (s.a.s) "Vacib oldu" deyə buyurdu. Sonra başqa bir cənazə apardılar və yanındakılar onu da pis əməlləri ilə yada saldılar və Peyğəmbər (s.a.s) "Vacib oldu" dedi.
Ömər ibnul Xattab (radiyallahu anhu) dedi: "Nə vacib oldu?" və Peyğəmbər (s.a.s) belə buyurdu: "Sizin xeyirlə andığınız insana Cənnət vacib oldu, digərini şərrlə andınız, Cəhənnəm ona vacib oldu. Siz yerdə Allahın şahidlərisiniz"

[Buxari, Cənaiz 86, Şəhadət 6; Muslim, Cənaiz 60; Tirmizi, Cənaiz 63; Nəsai, Cənaiz 50; İbn Macə, Cənaiz 20, Zühd 25]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka