Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

FIQH HAQQINDA ANLAYIŞ VƏ ŞƏRIƏT HÖKMLƏRININ NÖVLƏRI

[ Aktual / 3920 dəfə baxılıb ]     
|
 

Fiqh kəlməsinin lüğəti mənası: Anlama, başa düşülmə deməkdir.


İstilahi (şəriət baxımından) mənası: Quran və Peyğəmbərin (s.ə.s) sünnəsindəki (hədislərindəki) dəlillərdən çıxarılan şəriət hökmləri ilə bağlı olan elm.


Mövzusu: Fiqh - ibadət və s. şəriət hökmləri haqqında bəhs edən elmdir.


Səmərəsi: Bu elm hər bir müsəlmana ibadətləri düzgün yerinə yetirməyə, bununla da dünya və axirətdə səadətə qovuşmağa kömək edir. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun! - səlləllahu əleyhi və səlləm - s.ə.v.) demişdir: В«Uca Allah xeyir istədiyi bəndəsini dində fəqih(Quran və hədislərə əsaslanaraq bir çox şəriət hökmlərindən anlayışı olan şəxs.) edirВ» (Müslim, 4933-cü hədis).


Hökmü: Bu elmə yiyələnmək fardu-l-kifayədir (Fardu-l-kifayə: bir və ya daha çox müsəlmanların yerinə yetirməsi ilə digərləri üçün vacib olmayan əmələ deyilir.) Uca Allah buyurur:


В«[Ehtiyac olmadıqda] möminlərin hamısı birdən [cihada, döyüşə] çıxmamalıdır. Barı hər tayfadan bir dəstə [dini elmləri öyrənmək, sonra da din qardaşlarına öyrətmək üçün] qalsınlar ki, camaatı [döyüşdən] qayıtdığı zaman onları [Allahın əzabı ilə] qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!В» (ət-Tövbə, 122).


 


 


ŞƏRIƏT HÖKMLƏRININ NÖVLƏRI


 



  • Vacib: Buna əməl edən savab qazanır, onu tərk edən isə əzaba düçar olur. Bura namaz, oruc və s. kimi əməllər daxildir.

  • Haram: Bunu tərk edən savab qazanır, əməl edən isə əzaba düçar olur. Bura zina, oğurluq və s. kimi əməllər daxildir.

  • Müstəhəb: Buna əməl edən savab qazanır, onu tərk edən isə əzaba düçar olmur. Bura Aşura gününün orucu və s. kimi əməllər daxildir.

  • Məkruh: Bunu tərk edən savaba nail olur, əməl edən isə əzaba düçar olmur. Bura məscidə sol ayaqla daxil olmaq və s. kimi əməllər daxildir.

  • Mübah: Buna əməl edən və ya onu tərk edən nə savab qazanır, nə də ki əzaba düçar olur.
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka