Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XRİSTİAN MISSİONERLƏRİNİN 2005-ci İL PLANLARINDAN..

[ Aktual / 1045 dəfə baxılıb ]   
|
 
Müəllim, həkim və əsgərlər təbliğata cəlb ediləcək
Əvvəlcədən proqnozlaşdırıldığı kimi, müqəddəs Ramazan ayında təbliğatını nisbətən zəiflədən missionerlər yenidən aktiv fəaliyyətə başladılar.

Bu, yəqin ki, İslama qara yazılmış Məhərrəmlik ayınadək davam edəcək (Məhərrəmlik fevralın 11-nə təsadüf edəcək).

Qeyd edək ki, Ramazanda və məhərrəmlikdə təbliğata ara verilməsi əhalinin sərt təpki göstərə biləcəyi ehtimalındandır. Məlumatlara görə, bu dəfəki proqramda həkim, müəllim və əsgərlərin xristianlaşdırılması nəzərdə tutulub. Yeri gəlmişkən, əksər Qərb ölkələrində xristianlığı təbliğ mərkəzləri yaradılıb. İngiltərənin Birmingem şəhərində, Kembricdə, Vatikanda, ABŞ-ın Nyu-Heyven şəhərində missionerlər “yetişdirən” universitetlər fəaliyyət göstərir. Latın Amerikasındakı universitet də daxil olmaqla 1970-ci ildən indiyədək 750 min peşəkar missioner müəllim hazırlanıb. Onların təhsilinə 50 milyard dollara yaxın vəsait xərclənib. Azərbaycana gələcək “ustadlar” arasında xüsusi universitet təhsili görmüş müəllim heyəti də olacaq. Plana əsasən, ilk növbədə psixi sarsıntıya məruz qalmış əhali təbliğata cəlb ediləcək. Yəqin ki, Azərbaycandakı bəzi qeyri-hökumət təşkilatlarının məlumatlarından da yararlanacaqlar. Sosial, maddi problemlər və təbii fəlakətlər fonunda ölüm xofundan çoxlarının psixologiyasında dəyişlik olduğunu nəzərə alsaq, təbliğata cəlb edilənlərin sayını hesablamaq mümkün olar. Qeyd edək ki, sadalanan universitetlərdə təhsil almış missionerlərə psixi pozuntuya məruz qalmışlarla davranma qaydaları, hipnoz bacarığı öyrədilib. Uşaqlarla işləmək üçün həftədə 12 saat dərs keçilir. Missioner qrupu özləri ilə birgə gözəl həyat vəd edən kitablar da gətirəcək. Məlumatlara görə, təbliğat vasitələrində İslamın anti-təbliğatı və səhv variantda əhaliyə çatdırılması da nəzərdə tutulub. Yəqin ki, çoxları metro stansiyalarında inanılmış seyidlərin şəkli ilə birlikdə 1000 manata satılan “Qurani-Kərim” kitablarını alıb. Amma bu kitabların “Qurani-Kərim”in həqiqi tərcüməsi olub-olmadığının fərqinə varmayıb. Kitabın üzərində kim tərəfindən tərcümə olunduğu və hansı nəşriyyatda çap edildiyi qeyd olunmadığından “Quran” bir çoxlarının evində əziz yerə qoyulub. Amma fransız missioneri Anri Massinin “İslam” adlandırdığı bu kitab İslamın səhv təbliğatı məqsədilə yayılır. Həmin kitabda “Yasin” və “Fatihə” surələri belə yanlış verilib. İslam əleyhinə ifadələr elə məharətlə işlədilir ki, bunu yalnız İslama dərin yiyələnmiş insanlar sezə bilər. O ki qaldı müəllim, həkim və əsgərlərin təbliğata cəlb edilməsinə, bu peşə sahibləri sadə insanlarla daha çox təmasda olur. Müəllimlər missionerlərdən alınacaq maddi yardım hesabına orta məktəb şagirdləri arasında xristianlığı təbliğ edəcək. Yəni gözəl cümlələrlə gözəl gələcəyin yalnız xristianlıqda olduğu aşılanmalıdır. Ağrıdan əzab çəkən, ölüm xofunu yaşayan insanlara isə İsusa sığınmaqla ruhi dinclik vəd olunacaq. Əsgərlərin arasında dini təbliğat isə missionerlərin əsl mahiyyətini üzə çıxarır. Çünki ordu dövlətin şah damarıdır. Ordunun əqidəsindən döndərilməsi, kasıb əhalinin xristianlaşdırılması Azərbaycanı Qərbin köləsinə çevirə bilər. Yeri gəlmişkən, məlumatlara görə, proqramda kütləvi informasiya vasitələrinin əməkdaşlarının da təbliğata cəlb edilməsi nəzərdə tutulub. Artıq 10-a yaxın jurnalistin xristianlığı qəbul etdiyi bildirilir. Hətta həmkarlarımız dini dərslərdə iştirak edir. 2010-cu ilədək davam edəcək plana əsasən, təkcə 2005-ci ildə xristianlığı vəsf edən 600-dək məqalə çap olunmalıdır. Orta məktəb şagirdlərinin 40 faizi dərslərə cəlb edilməlidir. Şəhər xəstəxanalarında, xüsusilə özəl klinikalarda çalışan tibb işçilərinin təxminən 5 faizi xristianlığı qəbul edib. Yayılan ədəbiyyatlar pulsuz paylanır. Təbliğatda küçə ticarətində çalışanlardan da istifadə olunur. Nazirliklərə dönər daşıyan məntəqələrin əksəriyyətində belə ədəbiyyatlara rast gəlmək mümkündür.
Azərbaycana ayaq açan missionerlərin təbliğatına heç bir yolla mane ola bilməyən dövlət qurumları yalnız “din dövlətdən ayrıdır” müddəasına dəyişikliklərlə ölkəni gözləyən bəlaların qarşısını ala bilər. Dövlətin möhkəmliyini sarsıdan din nəzarətdə olmalıdır. Unutmayaq ki, din həm də əqidədir. Əqidəsini dəyişmiş insanlara isə bel bağlamaq olmaz.

Əntiqə (OLAYLAR qəzeti)

Mövzu barədə fikir söyləmək istəyənlər foruma baş vura bilərlər.
XRİSTİAN MİSSİONERLƏRİ və FƏALİYYƏTLƏRİ
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka