Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KİBİR VƏ BÖYÜKLƏNMƏ

[ Aktual / 2368 dəfə baxılıb ]   
|
 
Yer üzündə böyüklənməni və pozğunçuluq etməni arzulamayanlar üçün axirət yurdunu yaradan və gözəl sonu təkva sahibləri üçün edən Allaha həmd olsun. Onu hər növ nöqsanlardan uzaq sayaraq Ona həmd edirəm. O, salehlərin vəlisidir. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O təkdir və ortağı yoxdur. Və şəhadət edirəm ki,Məhəmməd Onun qulu və elçisidir. Aləmlərə rəhmət olaraq göndərilmişdir.
Bundan sonra... Ey Allahın qulları! Allahdan qorxun!.. Çünki insan, Allahdan qorxduğu, dünyasında axirəti üçün hazırlandığı, nəfsinə və həvasına müxalif etdiyi müddətcə xeyirdədir.
Ey müsəlmanlar!... Haqqdan azmaqla və doğru yolun davranışlarından uzaqlaşmaqla, Rəhmanın qullarından seçkin insanların metoduna və ağıl sahiblərinin xüsusiyyətlərinə tərs düşməklə xəstəliklər çoxalır və dərdlər böyüyür. Nəfsə bunlardan böyük pislik dəyir. Bunlar əlacı olmayıb yaxşılaşması imkansız hala gəlincə də, nəfsi təhlükəli bir uçurumun kənarına gətirir. Nəfsə çox müxtəlif xəstəliklər dəyə bilər. Ancaq bu xəstəliklərin ən pisi və ən təsirlisi insanlarda görünən mənlikdir. Nəfsinə haqsızlıq edəcək dərəcədə tək olmaq istər. Özünü bəyənir və qüsursuz olduğuna inanır. Başqasına layiq görmədiyi yüksəkliyi və məqamı özünə layiq görür. Sonra bu pis sifət, sahinii haqqı rədd etməyə, haqqa qarşı çıxmağa və ona boyun əyməməyə, Allahın əyələrini kibirlənərək inkar etməyə qədər götürür. Mallarında, canlarında və namuslarındaAllahın qullarına zülm edər. Bütün bu xüsusiyyətlər, incə və hikmətli bir müalicəni lazım edir. Allah Sübhanahu, davranışlarını pisləmək və sonlarının pis olduğunu bildirmək üçün yer üsündə kibirlənənlərin etdiklərindən bəzilərini Qurani Kərimdə açıqlayır. Allah Sübhanahu yer üsündə kibirlənmkənin, Fironun və ailəsinin zillətə və alçaldılmağa, əzaba və bəlaya düçar olma səbəbini açıqlayaraq belə buyurur: «Həqiqətən, Fir’on yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Fir’on) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi! » (əl Qasas surəsi, 4) Yenə Allah Sübhanahu peyğəmbəri Musanı onlara göndərdiyində Firovn və başda olanlarının böyüklənərək haqqı rədd etdiyini və yer üzündə kibirləndiyini, bunun da həlaklarına yol açan yalanlamalarının səbəbi olduğunu açıqlayaraq belə buyurur : «Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və (vəhdaniyyətimizi sübut edən) açıq-aşkar bir dəlillə göndərdik, Fir’onun və onun ə’yan-əşrafının yanına. Onlar (iman gətirməyi) təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar (yaxud Misirdə hakim olduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davam etdilər).(Fir’on və ə’yan-əşrafı) dedilər: "Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?" Beləliklə, onları yalançı saydılar və nəticədə məhvə düçar edilənlərdən oldular.» (əl Muminun surəsi, 45-48) Allah Təala Musa əleyhissəlamı dəstəkləmək üçün göndərdiyi açıq möcüzələri inkar etmələrinə sövq edən faktorun kibirlənmək və zülm etmək olduğunu açıqlayaraq belə buyurur : «Mö’cüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: "Bu, açıq-aydın bir sehrdir!" - dedilər. (Mö’cüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!» (ən Nəml surəsi, 13-14)
Allahın qulları!.. Bu pis çirkin xüsusiyyətin insanın nəfsində yaratdığı böyük fəsaddan başqa bir pislik olmasaydı belə, bu belə ağıl sahiblərini ondan çəkinməyə və uzaq durmağa, çüxuruna düşməkdən qorxmağa sövqetmək üçün kifayət bir səbəbdir. Etdiyinin ziyanı və pis vəziyyəti açıqlanarkən bu xüsusiyyətə sahib olanlar ağır bir şəkildə təhdid edilmişdir. Rəsulallah (s.ə.s) böyük günahlardan biri olankibir sahibinin axirətdəki sonunu bildirərək, Muslimin Abdullah b. Məsud (r.a) yolu ilə rəvayət etdiyi bir hədisdə belə buyurur : «Qəlbində zərrə ağırlığında kibir cənnətə girməz.» Allah hamımızı bundan qorusun!.
Qovulmuş şeytandan Allaha sığınıram: «Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!» (əl Qasas surəsi, 83)
Allah məni və sizləri Kitabının hidayəti və Peyğəmbər (s.ə.s)-in sünnəti ilə faydalandırsın. Bu sözümü söyləyirəm, Uca Allahdan özüm üçün, sizlər üçün və bütün müsəlmanlar üçün hər növ günahlardan bağışlanma diləyirəm. Siz də Ondan bağışlanma diləyin. Şübhəsiz O, çoxca bağışlayandır, çoxca mərhəmət edəndir.
Aləmlərin Rəbbi Allaha həmd olsun. Aqibət, təqva sahiblərinindir. Və ancaq zalimlara düşmanlıq vardır. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O təkdir və ortağı yoxdur. Və şəhadət edirəm ki,Məhəmməd Onun qulu və elçisidir. Aləmlərə rəhmət olaraq göndərilmişdir.
Bundan sonra!.. Təqva sahiblərinin və yaxşı insanların vəziyyəti yüksəldiyi, ibadət və ictihad edənlərin məqamlarının ucalığı ilə Allahın pislədiyi kibirlənmə arasında heç bir əlaqə yoxdur. Çünki bu, xəyirlərdə və qalıcı saleh əməllərdə yarışaraq haqqı ucaltmaqdır. Allah Sübhanahu, mömin qullarını və səmimi əsgərlərini «üstünlər» olaraq adlandımışdır. Belə buyurur : «Allah (Tövratda) bizə əmr etmişdir ki, onun yandıracağı (yeyəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!" - deyənlərə belə cavab ver: "Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar mö’cüzələr və dediklərinizi (dediyiniz qurbanları) gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?» (Ali İmran surəsi, 139) Çünki bu haqqın üstünlüyüdür. Allahın dügər bütün dinlər üzərinə hökmran etdiyi dini qalib gəlməsidir. Allah Təala belə buyurur : «Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Qur’an) və haqq dinlə göndərən Odur!» (əs Saff surəsi, 9) ve belə buyurur : «Buna görə də (cihada) zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib) gəldiyiniz zaman (onları) sülhə də’vət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş (mükafatsız) buraxmaz!» (Məhəmməd surəsi, 35)
Allahın qulları!.. Allahdan haqqı ilə qorxun və insanların ən xeyirlisinə salam göndərin. Allah cəllə və ala sizlərə bunu əmr edərək belə buyurur : «Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)» (əl Əhzab surəsi, 56)

Allahin salamı və xeyir-duası üzərinizə olsun!
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka