Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İSLAMDA CAVABDEHLİK

[ Aktual / 27 dəfə baxılıb ]   
|
 
Şeyx Əbdurrəhman Əs Sudeys.
Ey Allahın qulları!.. Özümə və sizlərə Allah cəllə və əladan lazımınca qorxmağı tövsiyə edirəm. Nəfisləriniz və cavabdehlikləriniz məsələsində Allahdan qorxun! Allahdan lazımınca qorxmaq(təqva), məqam və nəsəbə lüzum qalmayan bir üstünlük və şərəfdir. Mala yer qalmayan zənginlikdir. Dünya və axirət xoşbəxtliyi onunla olur.
Ey müsəlmanlar!.. Millətlərin və cəmiyyətlərin inkişafını meydana gətirən ünsurlər və sivilizasiya inşasının ortaqları, sivilizasiya binasının və ictimai islahatın başlanğıcı sayılan çox əhəmiyyətli bir mübarizəyə diqqət göstərməkdə gizlidir. Bü gün insanların dünyasını və ümmətin içində olduğu vəziyyəti araşdıran, bir çox imkanın olmasına və müasir mədəniyyətin təmin etdiyi texniki vasitələrin dəstəyi ilə bütün asanlıqların olmasına baxmayaraq dünya xalqlarının əksəriyyətinin yaşadığı qarmaqarışıqlıq və özbaşınalıq qarşısında qorxuya qapılır. Yeni meydana çıxan hadisələrlə birlikdə günlük həyatın ortaya çıxardığı müxtəlif tələblər və ziddiyyətlər qarşısında dəhşətə qapılır.
Həqiqi müsəlman, sıxıntıları şiddətlənib üzərinə hücumlar artdıqdan sonra, ümmətin yenidən sağlığına qovuşmaq üçün davamlı islah yollarını axtarar. Elə burada, mübarizəmizin ən əhəmiyyətli nöqtəsi; ümmət üçün, içində məhv olduğu qaranlıq dəhlizdən bir çıxış olaraq gəlir. Beləliklə ümmət düşdüyü yerdən qalxar və ümidləri həyata keçər. Bu cavabdehlik məsələsidir.
Ey müsəlman camaatı!.. Müsəlmanın həyatının hər bir anında cavabdehlik; fərdlər və cəmiyyətlər, heyətlər və qurumlar, xalqlar və hökumətlər şəklində hər cür şəkli ilə zühur edir.
Buxari və Muslim, Abdullah b. Ömər radiyallahu anhuma vasitəsi ilə Rəsulallah sallallahu aleyhi va səlləmin belə dediyini rəvayət edir: «Hamınız çobansınız və hamınız əmri altında olanlardan cavabdehsiniz. Kişi, əhli beytinin çobanıdır və onlardan cavabdehdir. Qadın kişisinin evində çobandır və ondan cavabdehdir. Hamınız çobansınız və əliniz altındakılardan cavabdehsiniz."
İman qardaşlarım! İslamda cavabdehlik; mükəlləf olan müsəlmanın, şəriətin onun üçün hökmran etdiyi, ya da haqqında istifadə etmə haqqı verdiyi hər şeydən, həm fərd şəklində, həm də cəmiyyət şəklində cavabdeh olması mənasındadır. Fərdi cavabdehlik ; hər bir fərdin öz nəfsindən, orqanlarından, bədənindən və ruhundan, ağlından və elmindən, davranışından və ibadətindən, əlaqələrindən, malından, ömründən, qəlbinin və bədən üzvlərinin əməllərindən cavabdeh olmasıdır. Bu cavabdehlik yalnız ona aid olan, başqasının şərik olmadığı cavabdehlikdir. Bu cavabdeliyin öhdəsindən yaxşı gələrsə, onun üçün savab vardır. Pis gələrsə cəzasını çəkməli olacaq. Tirmizi, Əbi Bərza əl Əsləmidən, Rəsulullah sallallahu aleyhi va səlləmin belə dediyini rəvayət edir: «Ömrünü harada keçirdiyindən, öyrəndiyi ilə nə etdiyindən, malını haradan qazandığından və onu nəyə xərclədiyindən, bədənini harada istifadə etdiyindən soruşulmadan adəmoğlunun ayağı Rəbinin hüzurundan ayrılmayacaq.”
Ey Allahın qulları!.. Qul eyni şəkildə dilindən də cavabdehdir. Günahsız kimsələrin namuslarına dil uzatmaqdan, saleh insanların əleyhinə edilən iftira və dedi qodudan da cavabdehdir. Qəlbinin kin və nifrət, həsəd və düşmənlik daşımasından da cavabdehdir. Şübhəsiz qulaq, göz və qəlb: bunların hamısı etdiyindən cavabdehdir. "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qular, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır."(Əl İsra surəsi, 36)
İman qardaşları!.. İctimai cavabdehliyə isə, əvvəlcə dövlət idarəsində ən böyük cavabdehlik, Allahın yerində Allahın şəriətini təbiq etmə cavabdehliyi daxildir. Eyni şəkildə, ümumi vəzifələrdə idarə edilənlər üçün ədaləti və bərabərliyi, hər məsələdə Allahı yada salmağı içinə alır. Yenə malları və mülkləri, ictimai xidmətləri qoruma cavabdehliyi də bura daxildir. Cavabdehliklər, zəhmətsiz bir qənimət və dəstəksiz bir iddia deyil. Onları daşıyan həmçinin ağırlığına da qatlanmalıdır. İdari nizamsızlıq, mallarla oynamaqdan və vəzifəsindən sui istifadən uzaq durmalıdır. Haqlar ancaq; bacarıqlı və etibarlı adamları vəzifəyə gətirməklə, xainləri isə cəzalandırmaqla qorunur. Əmanət və cavabdehliyi Allahın müəyyən etdiyi kimi idarəçilərin gözlədiyi kimi yerinə yetirməklə qorunur. Bax bu, insanların və ölkələrin mənafeyini qoruyan amildir.
İctimai cavabdehlik çərçivəsində, gələcək müsəlman nəsillərə doğru İslamı təribiyənin daşınması cavabdehliyi nöqtəsində ailənin və evin rolu ön plana çıxır. Yenə kişi və qız tələbələrin yetişdirilməsində müxtəlif təhsil mərkəzləri böyük rol oynayırlar. Fərdlərin yüksəlməsində cəmiyyətin cavabdehliyi, əxlaq və davranışların düzəlməsində KİV in rolu da var.
İman qardaşlarım! Yeni nəsilləri tərbiyələndirmək, kişi və qadın yetişdirmə cavabdehliyi böyük bir cavabdehlikdir. Gözümüzün nuru balacalarımızla , uşaqlarımızla maraqlanmaq müsəlmanların bütün diqqətini vermələri lazım olan böyük bir məsələdir. Çünki fərd və cəmiyyət şəklində xoşbəxtçilik bunlara bağlıdır. Uşaqlarımız bizim ciyərparelerimiz və ürəklərimizin yer üzündə yürüyən bir hissəsidir. Bu səbəbdən mütləq ən yaxşı şəkildə onlar üçün hazırlaşmalıyıq. Təhsil məsuliyyətinin tökəzləmədən , ziddiyyətdən və ikiləmədən uzaq duraraq, təqliddən çəkinərək və İslami şəxsiyyəti ilə fəxr edərək tamamlanması üçün bacarıqlı insanları vəzifəyə gətirməli, Qurani Kərimin hidayətinə və Peyöəmbər (s.ə.s)-in Sünnətinə (yoluna) tabe olmalıyıq.
Əziz qardaşlar! .. Təhsildə ev, ən əhəmiyyətli yerdir və fərdin yetişməsində böyük cavabdehik daşıyır. Uşaqların şəxsiyyətinin qurulmasına; etiqadi və fikri, ruhi və əxlaqi keyfiyyətlərinin formalaşması evin cavabdehliyidir. Bu səbəbdən ey müsəlmanlar; kiçik yaşdan etibarən uşaqlarınızı Allaha imanla yetişdirin. Onların, kəlimeyi tövhidin həqiqətini dərk edəcək hala gətirin. Belə ki, imanları qəti bir iman, rübubiyyət və uluhiyyət həqiqətini idrak etməkdən və ibadəti konkret olaraq başa düşməkdən qaynaqlanmalıdır.
Ey Müsəlmanlar! Təəssüf ki, ailələrin bir çoxu düzgün əqidənin yerləşməsində lazımi səyi göstərmirlər. Tövhid məsələsinin xüsusi bir diqqətə ehtiyac olmadığın düşünürlər. Allaha and olsun ki, bu səthi bir baxışdır və səhih əqidə əsaslarının, uşaqlardan bir çoxunun qəlbində zəifləməsinə yol açır. «Dirəksiz ev olmaz » «Təməli sağlam olmasa, dirəklər yoxdur»
Övladlarının davranışlarını düzəltməyə, onların qəlblərinə İslami dəyərləri əkməyə və dinimizin gətirdiyi qiymətli əxlaqı yetişdirməyə çalışmaq ailənin üstünə düşən əsas vəzifədir. Ana və ata, uşaqlar üçün gözəl bir nümunə olmalıdır. Uşaqlarına etdikləri öyüd nəsihət ilə əməlləri arasında ziddiyyət olmamalıdr. «Yeni nəsillər bizdən yetişir»
Ana və atanın , uşaqlarının əqidəsini düzgün iman əsasları üzrə, ümmətlərinin mədəniyyət mirası və prinsipləri ilə qürur duyma üzərinə qurması; onları iman və hidayət, xeyir və fəzilət ilə əhatə etməsi böyük bir cavabdehlikdir.
Uşaqlar, onları əhatə edən təsirlərə qarşı çıxmaq üçün güclü olmalı və batilin qarşısında məğlub olmamalı, batil düşüncə cərəyanları qarşısında zəifləməməlidir.
Ey ana və atalar! Uşaqlarınıza görə Allahdan qorxun! Xeyirdə onlara nümunə olun! Uşaqlarınızın tərbiyəsini xidmətçilərə tərk etməkdən çəkinin, özünüz məşğul olun! Əksəriyyət daşıdıqları düşüncə və əxlaq ilə onlar, ailələr üçün zərəlidirlər. Onların , həqiqətdə təhlükəsi sabit, hər dərrakəli insan tərəfindən pis olması və zərəri bilinən vərdişləri var. Uşaqlarınızı pis dostlardan uzaqlaşdırın. Namazlarını, tək qaldıqları vaxtları və gəzməklərini nəzarət edin. Sevgi və şəfqətlə güclü bir nəzarət tətbiq edin. Pis əxlaq və fikir cərəyanlarının ailələlrinizə sızmasından və etdiyinizi yıxmasından, yetişdirdiyinizi dağıtmasından çəkinin. Onları; xeyir, fəzilət və hidayət üzrə, rəzillikdən, pislikdən və alçaqlıqdan uzaq olaraq yetişdirin.
Ey Müsəlmanlar! . Ailəvi məsuliyyət, din, əmanət və əxlaq əsaslarına görə uyğun zövcə olmasını şərtləndirir. Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurur: «Dinindən və əxlaqından razı olduğunuz sizə gəldiyində onu evləndirin. Belə etməsəniz , yer üzündə bir fitnə və böyük fəsad olar.» Bu hədisi Tirmizi və İbn Macə, Əbu Hureyrə radiyallahu anhu kanalı ilə rəvayət etmişdir. Bu gözəl seçim ilə birlikdə, Aləmlərin Rəbi Allaha səmimiyyətlə ibadət edən saleh fərdlər yetişir.
Ailəvi məsuliyyət, kişi və qadın arasında xoş seçimi, vəzifələrini yerinə yetirməyi, haqları verməyi və ailə daxili tərbiyədə bir birini dəstəkləməyi də şərtləndirir. Allah Sübhənahu və Taəla buyurur: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)." (Ət Təhrim surəsi, 6). Bu ağır xəbərdarlıq qulaqlarınızda cingildədməlidir. əks halda pis aqibətin gözləndyi vəziyyətdə bir ata necə rahat yaşaya bilər?!.
Qadınlar üzərində məsuliyyət sahibi olan analar və atalar da, Allahdan qorxsunlar və onları ən yaxşı şəkildə təbiyə etsinlər. Onların əllərindən tutaraq evlərində oturmaya və şəri örtüyə bağlı qalmalarını təmin etsinlər ki, nə onlar fitnəyə düşsün, nə də başqalarını fitnəyə salsınlar. Qadınların örtünmə və iffət, kişilərlə bir arada olma, sərhədsiz bir şəkildə modanın arxasınca qaçma və buna bənzər halları göz ardına vurmaq böyük bir xata və əmanətə xəyanət deməkdir.
Ey Allahın qulları!.. Ailəvi məsuliyyət, evlənmə məsələsininin asanlaşdırılmasını da şərtləndirir. Mehirləri və evlilik xərclərini anormal şəkildə artırmamaq və israf etməmək, toylarda xoş görünməyən davranışlardan uzaq durmaları lazımdır. Ey iffət və həya sahibləri!.. Ey dərrakə sahibləri və ey atalar!.. Məgər bunlara tabe olmamaq saxtakarlıq və xəyanət, məsuliyyətdən sui istifadə deyilmi?
Ey İslam ümməti! Ümmət gəmisini qorumaqda cəmiyyətin üzərinə böyük bir məsuliyyət düşür. Dünyəvi mənfəət və maddi əlaqələr deyil, iman nöqtəsindən yola çıxaraq: sevgi və mərhamət, qardaşlıq və anlayış üzrə ümmət mənsubları arasında əlaqələri sağlamlaşdırmaq, möhkəmləndirmək lazımdır.
İslam; cəmiyyətə və cəmiyyətin rükunlarnı zəhərli fikirlərə və pis düşüncələrə qarşı sağlam və bir birini dəstəkləyən şəkildə cəmiyyətin formalaşmasına diqqət yetirir. Bu səbəblə cəmiyyətin mənsubları: yalnız Allaha ibadət etməkdə, İslama dəvət vəzifəsini üzərinə götürməkdə və şər və xeyir tufanı qarşısında yaxşılığı əmr etmə və pislikdən çəkindirmə bayrağını yüksəltməkdə, məsuliyyətsiz insanları nəzarətə almaqda bir birinə nəsihət etsinlər. Günahkarlar qarşısında susmaq həqiqətdə onların etdiklərindən daha böyük bir günah və daha çirkin bir əməldir. "(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bə’zi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır" (Ali İmran surəsi, 110)
Bax bu, İslam ümmətinin dəyərini və məsuliyyətini, rəhbər olmaq və idarə etmək üçün çıxarıldığını bilməsi üçün başa düşməsi lazım olan məsələdir. Çünki o ən xeyirli ümmətdir
Ey Müsəlman qardaşlar!.. KİV lərin darmadağın etdiyi, texnika və elm dövrünün yaşandığı bu çağda informasiya yayın orqanlarının cavabdehliyi, xüsusilə də peyk yayını edən kanalların və İnternet saytlarının ən böyük məsuliyyətidir. Ey tərbiyəçilər! Bunları uca dinimizə xidmət üçün istifadə edin! Dərrakəli insanlar informasiya yayın orqanlarındakı ucuz komediya, yeni nəsillər əleyhinə və ümmətin sahib olduğu ən qiymətli şey olan gəncliyi üçün pis nəticələrə gətirib çıxaran verilişlərə üzülməkdədir. Bu vəziyyətdən, Allaha şikayət edir və güc və qüvvət ancaq Allaha aiddir.
Dəyərli qardaşlar! Fərdlərin ağıllarını şəkilləndirmədə və şəxsiyyətlərini müəyyən etməkdə, davranışlarını idarə etməkdə, xüsusi və ümumi mənfəətləri həyata keçirəcək hədəfləri və dəyərləri yerləşdirmədə KİV in böyük rolu vardır. Bu səbəblə, yazılı və görünən KİV ləri idarə edənlər Allahdan qorxsunlar. Hamınız çonbansınız və hər biriniz idarəsi altındakılardan cavabdehdir. Ümmət mənsublarına və cəmiyyətlərinə, yaxşılığa və fəzilətə dəvət edən, İslami dəyərləri və dəyərli prinsipləri kökləşdirən şeylərdən başqasını təqdim etməsinlər. Bu ümmətin övladlarını, həyatlarına və gündəlik yaşantılarına təsir edən düşüncə qarışıqlığından, etiqad və əxlaq pozulmasından qurtarmaq onların da üzərinə düşməkdədir.
Ey KİV mənsubları! Medya, cəmiyyətin güzgüsüdür. Bu səbəblə sözlərinizdəki məsuliyyəti, məsləki əmanəti, obyektivliyi, şəffaflığı və etibarlı olmağa riyayət edin. Bilin ki, İslami medya; prinsipləri və dəyərləri ilə, əqidəsi və imanı ilə digərlərindən fərqlənir. Bəşəriyyət nə qədər çox günah və hadisələrlə qarşılaşır. Nə çox acılar və sıxıntılar çəkir. Günah səviyyəsi, ağılları dəhşətə gətirəcək şəkildə artmışdır. Bu ancaq; insanlar məsuliyyətini göz ardı etdikləri üçün belə olmuşdur.
İslam ümmətinin ən böyük cavabdehliklərindən biri də; etiqadımızı və müqəddəs dəyərlərimizə edilən hücumlara qarşı güc gəlməkdir. Dinimiz və prinsiplərimiz əleyhinə yürüdülən kampaniyalar qarşısında haqqı və həqiqəti açıqlamaqdır. Üstün sivilizasiya və şəriətimizin sabit ölçülərini qoruyaraq, qloballaşdırma pərdəsi altında dünyanı bürüyən qırxayaq qarşısında dirənməkdir. Beynəlxalq güclərin dəstəyi ilə dünya sionizminin Müsəlman Fələstinədə müqəddəs dəyərlərimizə qarşı girişdiyi soyqırım və həmtərəfdarlarının Kəşmirdə və Çeçenistanda etdiklərinə qarşı güclü bir şəkildə qaşı çıxmaqdır. Hər birimiz, İslamın keçidəlrindən bir keçidi qoruyuruq. Bu səbəblə, İslama sizin tərəfinizdən hücum edilməsinə və zərər gəlməsinə icazə verməyin.
Sahib olduqları bütün imkanlarla bu dinə kömək etmə məsuliyyətini yerinə qoymaq, bütün İslam mənsublarının vəzifəsidir. Bu məsələdə bütün ailələr və evlər, analar və atalar, məktəblər və universitetlər, məscidlər və klublar, xalqlar və hökumətlər, hər təbəqəsi ilə cəmiyyət, yazılı və görünən media yayın orqanları çiyin çiyinə verməlidir. Numunəvi bir nəsil yetişdirmək üçün; təhsil və tərbiyə sahəsində, gənc oğlanlarla qızlara əxlaqi dəyərləri aşılamaqda hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bu şəkildə arzu edilən həyata keçir və itirilən əsalət yenidən qazanılır. Lənətə gəlmiş şeytandan Allaha sığınıram. " Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə (Onun Peyğəmbərinə) və aranızdakı əmanətlərə xəyanət etməyin! (Allahın əmrlərinə, Peyğəmbərin şəriətinə, dini vəzifələrinizə və borclarınıza sadiq olun!) Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır! " (Əl Ənfal surəsi, 27-28)
Ey Allahın qulları! Əvvəlcə Rəbbinizin, daha sonra da ümmətinizin və tarixin qarşısında cavabdeh olduğunuz şeyləri yerinə yetirin. Ən aşağı xidmətdən dövlət idarəsinə qədər bütün məsuliyyətin böyüklüyünü öyrəndiniz. Bilin ki, tətillərdə ortaya çıxan bəzi hadisələr , o müddətdə nəsihət etmə məsuliyyətini şərtləndirir. Ey analar və atalar! Ey oğlan və qız tələbələr! Ey bütün sahələrdəki tərbiyəçilər! Bu tətil boyunca boş vaxtları qiymətləndirmək üçün nəyə hazırlaşdınız? Bu mühüm məsələdə ümmətə nəsihət etmə vəzifəsi, gözümüzün nuru olan uşaqlarımızın boş vaxtlarını, onlara və cəmiyyətə faydası olan şəkildə necə qiymətləndirirk məsələsi üzərində cəm olunmalıdır.
Ey qardaşlar!. Bu tətildə boş vaxtları qiymətləndirmə fürsətləri-xüsusilə gənc oğlan və qızlar üçün- Allaha həmd olsun ki, çoxdur. Şəriətin mübah etdiyi fürsətləri qiymətləndirmək lazımdır. Haramlarda və şübhəli şeylərdə vaxt öldürməkdən mütləq qaçmaq lazımdır.
Vaxt keçirmək üçün ən yaxşı şey, Allahın Kitabına etinad göstərmək, öyrənmək və öyrətmək, əzbərləmək və təkrar etmək, başa düşmək və əməl etməkdir. Faydalı şəriət kitablarını oxumaq, elm kurslarına və dəvət düşərgələrinə, xeyir və islah əhli insanların idarəsindəki məslək məktəblərinə və yay kurslarına qatılmaqdır. Bütün bunlar; elmin artmasını, vaxtın qorunmasını, qabiliyyətlərin inkişafını və qazanılmasını təmin edir. İslam ölkələrinə mübah olan bir səfər ilə ailəni və uşaqları əyləndirməkdə bir problem yoxdur. Səfər və səfərə çıxanlar mövzusunda inşallah irəlidə ayrıcı toxunacağıq.
İslam ümməti içərisində etibarlı və kifayət qədər elmə sahib insanların olması-Allaha həmd olsun- inkar edilməz bir həqiqətdir. Allah azzə və callənin onlarla birlikdə olduğunu hiss edərək öz məsuliyyətlərini yerinə yetirməkdə, insanların haqlarını əda etmə məsələsində din və insanlıq duyğusunu gücləndirməyə çalışırlar. Belə insanlar sayəsində ümmətin halı düzəlir və Allahın izni ilə İslam cəmiyyəti xoşbəxtliyə çatır. Sevdiyi və razı olduğu şeylərdə hərkəsi müvəffəq etməsini Allah azzə və cəllədən istəyirik. Şübhəsiz O, ondan istənilənlərin ən xeyirlisi və ümid bağlanılanların ən cömərtidir.
Hənif dini ilə göndərilən, bəşəriyyətin tərbiyəçisi və məsuliyyətini ən yaxşı şəkildə yerinə yetirən kişiyə, Rəbbimizin əmr etdiyi şəkildə Salam və Salavat olsun. O belə buyurur: "Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)" (Əhzab surəsi, 56)

Allahin salamı və xeyir-duası üzərinizə olsun!

Çevirən: Abdullah
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka