Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

5 ULDUZLU HƏCC ZİYARƏTİ NƏ DƏRƏCƏDƏ DOĞRUDUR?

[ Aktual / 5613 dəfə baxılıb ]   
|
 
Həcc dönəminin yaxınlaşdığı bu günlər Məkkədə Kəbənin qarşısında inşa edilmiş ultra-lüks villalardan ibarət və Zəmzəm Qülləsini də içinə alan Abraj el-Bait kompleksi yenidən mübahisələrə səbəb oldu. Bir qrupa görə lüks gecələmə həccin günahların yuyulması fəlsəfəsinə ziddir. Digər qrup isə hacı namizədlərinin rahatlığı və alışveriş etmə haqqının günümüzün həqiqəti olduğu fikrindədir.

Hürriyet qəzetinin verdiyi məlumata görə, mübahisələrin mərkəzində, 2002-ci ildə Səudilərin Məkkədəki Osmanlı dövrünə aid Ecyad Qalasını buldozerlərlə yıxaraq yerinə Zəmzəm Qülləsini tikməsi yer alır. 5 ulduzlu gecələmə təmin edən 4 min 668 otaqlı bu qüllə, əl qaidə lideri usam bin ladinın atasına məxsus olan “Muhammed bin ladin” qrupu tərəfindən inşa edilməkdədir. Qüllədə ticarət mərkəzi və restoranlar da mövcuddur. Bu göydələnə qarşı çıxan qrup Zəmzəm ilə birlikdə daha 6 qüllənin daxil olduğu 1.4 milyon kvadrat metr ərazidə tikilən Abraj el-Bait kompleksinin, həccin saflıq və bərabərlik ruhuna zidd olduğu fikrini müdafiə edirlər.

Səudiyyə Ərəbistan hökuməti, gecələmədən əldə edilən gəlirin onlara düşən hissəsinin Kəbənin mühafizə edilməsinə sərf ediləcəyini deyir. Məkkədə mövcud olan mədəni və tarixi məkanların qorunması üçün qurulan İslami Miras Fondunun sədrlərindən olan İrfan Ahmet, yetərli sayıda gecələmə imkanı olmasa da, bu otellərin Böyük Məscid və Kəbəyə bu qədər yaxın olmasını lüzumsuz hesab edir. O, “Zəmzəm Qülləsində ehtiyac olunmayan bir sıra xidmətlər vardır. Həccə gələn insanların ticarət mərkəzləri və restoranlara ehtiyacı yoxdur. Mərmər döşəmə, 5 ulduzlu gecələmə həccinizi daha dəyərli və ya sizi daha yaxşı Müsəlman edə bilməz. Bunlar gəlir əldə etmək üçün bir vasitədir” deyə vurğulayır.

Həcc dönəmi xaricində 33 kvadrat metrlik şəhər mənzərəli studiya tipli otaqların bir həftəlik kira dəyəri 7000 ABŞ dolları təşkil edir. Həcc dönəmində isə Kəbə mənzərəli studiya tipli bir otağın kira qiyməti isə 180000 ABŞ dollarına qədər çıxa bilir. Ramazan ayında 3 milyon olan ziyarətçı sayı Həcc dönəmində 4 milyondan artıq olur. Diplomatik bir mənbənin The Guardian qəzetinə verdiyi məlumatında, bu açıqlama verilir: “Bunlar haram deyil. Ömürdə bir dəfə edilən bu ziyarətin uzadılması istənilir sadəcə olaraq. Bununla da müsəlmanlar rahatlıq və gecələmə haqqında sahib olurlar. “

Zəmzəm Qülləsində ev alan bir müsəlman, “Böyük bir ailəm var. Bir neçə ildən bir Məkkəyə ziyarət gəlirik. Aldığım ev buraya tez-tez gəlməyim üçün bir bəhanə olacaq. Evi kirayə verib gəlir də əldə edə bilərəm, amma pul qazanmaq mənim üçün o qədər də vacib deyil” deyir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka