Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İSLAMIN GÖZƏLLİKLƏRİ

[ Aktual / 1831 dəfə baxılıb ]   
|
 
Ey Allahın qulları! Sizlərə və öz nəfsimə Allah azzə və cəllədən haqqıyla qorxmağı tövsiyə edirəm. Allahdan haqqıyla qorxun. Daima insanların Cənabına tabe olaraq Ona yaxnlaşın. Vəziyyətlərin qaydaya düşməsi, qəlblərin və əməllərin təmizlənməsi, halhazırda və gələcəkdə xoşbəxtlik və qurtuluşun reallaşması ilə birlikdə bunu etsəniz sizə müjdələr olsun!
Ey müsəlmanlar! Tərəfkeş kütləvi informasiya vasitələrinin gurulutu və parıltısı arasında; İslama və İslam Peyğəmbərinə (s.ə.s) və Müsəlmanlara qarşı gizlənən düşmənliyi ortaya tökən hücumlara ortasında; belə qaranlıq bir çevrədə ağıllı və şüurlu bir insan; ümmətin daha da qabaqcıl, bütün dünyanın bir bənzəri olmayan Dinin xüsusiyyətləri ilə tanış olmağa və tərifəlayiq xüsusiyyətlərini başadüşməyə möhtac olduğunu idrak edər. Bu iman əhlinin qəlbini sabit edər, haqqı ortaya çıxarar və Çirkin hücumlara qəti dəlillərlə qarşı çıxar. Sivilizasiyanın davamına, dünyada sülh və əmin amanlığın qorunmasına kömək edər. Beləliklə insanlıq daha yaxşı bir həyat ilə xoşbəxt olar və daha gözəl bir gələcəyin üfüqlərinə yönələr. Allah, haqqı söyləyir və O, doğru yola hidayət edir.
Ey müsəlman camaatı! Kökləri dərində, dalları çox və yüksək bir ağaca nə deyirsiniz? Şiddətli küləklər onu yıxmaz, elə deyilmi? O hər şeyə baxmayaraq meyvə verməyə və kölgəsindən faydalandırmağa davam edər. Bax bu, Ey Allahın qulları, gözəllikdə və özünəməxsusluğu ilə seçilən İslamın nümunəsidir. "O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, mö’minin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır)." (İbrahim surəsi, 25)
İbn Qeyyim rahiməhullah belə buyurur: «İxlas və tövhid, qəlbdə bir ağac kimidir. Budaqları əməllər , meyvəsi isə dünyada təmiz bir həyat və axirətdə əbədi nemətlərdir.»
Əqidə qardaşları! Bu Dinin gözəlliklərini düşünən insanın ilk diqqətini çəkən şey xoş ətirli İslam ağacında və onun zəngin baxçasındakı sağlam təməldir. Bu təməl; yalnız sözdən və nəzəriyydən ibarət olmadan daha çox üstün, saf və təmiz bir əqidədir. Bu, bütün dünyanı Tək olan və şəriki olmayan , Özündən başqa ibadətə layiq olmayan Allaha çatdırır. Çünki , O; Əvvəldir, Axırdır, ölümsüzdür və ancaq Onun istədiyi olur. "Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla özləri üçün) ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!" (Əş-Şuara surəsi, 11)
İslam əqidəsinin dəlili səhih nəql və səlim ağıldır. Pozulmamış yaradılışlara və düzgün fitrətlərə uyğundur. İslam əqidəsi, səmavi şəriətlərin və ilahi dinlərin özünü bir araya gətirmişdir. "(Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin də’vət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!" (Əş Şuara surəsi, 13)
Prinsipləri və əsas qaydaları insanlığın ehtiyacına və bəşəriyyətin mənfəətinə uyğun, dünyada və axirətdə qulların mənafelərini reallaşdıran maddələri ehtiva edir. Allahın bütün elçilərinə iman gətirmişdir. "Ey mö’minlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə də’vət etmələrinə cavab olaraq) belə deyin: "Biz Allaha, bizə nazil olana (Qur’ana), İbrahimə, İsmailə, İshaqa, Yə’quba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (mö’cüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!"" (əl Bəqərə surəsi, 136)
Bütün çağırışları Məhəmməd sallallahu aleyhi va səlləmin çağrışlarında birləşmişdir. Buxari və Muslim, Ubadə bin Sammit radiyallahu anh vasitəsiylə, Rəsulullah sallallahu aleyhi va səlləmin belə buyurduğunu rəvayət edir: «Kim Allahdan başqa ilah olmadığına, Onun tək olduğuna və şəriki olmadığına, Muhəmmədin onun qulu və elçisi olduğuna, İsanın Allahın qulu və elçisi, Məryəmə ilqa etdiyi kəliməsi və onun nəzdindən bir ruh olduğuna, Cənnətin haqq və Cəhənnəmin haqq olduğuna şəhadət edərsə Allah onu etdiyi əməl üzrə cənnətə soxar.»
Bütün insanlığın tək bir sona, tək bir ilaha və son çağırışa təslim olduğu bu əqidədən daha doğru və daha sağlam hansı əqidə ola bilər? "(Ya Rəsulum!) Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!"" (Ali İmran surəsi, 64)
Bu səbəblə bəsirəti açıq, düşüncəsi və görüşü düzgün, insaflı kəs içindəki gözəlliklər və fəzilətlər səbəbi ilə onun haqq olduğunu dərk edər.
İman qardaşlarım!.Dinimizin gözəlliklərinin açıqca ortaya çıxdığı bir nöqtə var ki, bu da onun nəfisləri təmizləyən, qəlbləri təmizləyən və davranışları gözəlləşdirən uca ibadətlərdən ibarət olmasıdır. "(Ya Rəsulum!) Qur’anda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab e’tibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!" (Əl Ənkəbut surəsi, 45)
Başqa bir ayədə : "(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir." (ət Tövbə surəsi, 103)
Yenə də bu ibadətlər mükəlləflərin gücünə görədir. Bu səbəblə iman əhli onları xalis bir niyyətlə və səmimi bir qərarlılıqla yerinə yetirir. Nəfisləri bu ibadətlər üçün darıxır.
Sevgili dostlar!.. Bu Dinin gözəllikləri bu nöqtədə sona çatmır. Əksinə daha da o tərəfə, günlük həyata keçir. Çünki o, həyat mübarizəsindən və insanlar arası əlaqələrdən uzaq deyildir. Əksinə o, bu mübarizəni üstün məqsədlərə və qiymətli qayələrə yönləndirir. Bu da İslamın, gözəllikləri ilə dini və dünyanı birlikdə əhatə edən qüsursuz bir nizam olduğunu qəti olaraq ortaya qoyur. İslam insanlar arasında həyata keçən alış veriş, icarə və bənzər müqavilələri nizamlamışdır. Çalışmağa təşviq etmiş və çalışmağı, əcr qazanılan ibadətlərdən saymışdır. Allah üçün, hansı nizam, gözəllikləri ilə və fəzilətləri ilə bu nizamdan daha yüksəkdir? "Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!" (Əl Maidə surəsi, 50)
Əziz qardaşlarım! Dinimizin gözəlliklərinin ən nəzərəçarpan şəkildə ortaya çıxdığı bir yönü də əxlaq yönüdür. İslam, mənsublarını ən gözəl keyfiyyətlər və ən seçilən dəyərlər ilə tərbiyə etmişdir. İslam, biribirinə bağanmış bir İslam cəmiyyətinin qurulmasına çağırır. Hörmət, məhəbbət və sülh bayraqlarının dalğalandığı, sevgi və dayanışma bağlarının mənsublarını bir birinə bağladığı beynəlxalq səviyyədə bir birlik qurmağa səsləyir. Haqq, ədalət və bərabərlik prinsiplərini yerləşdirir. "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır." (əl Hücurat surəsi, 13)
Zülm və düşmənliyi, yerüzündə fəsad çıxarmağı qadağan edir. "Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!" (əl Araf surəsi, 56)
İnsan haqlarına zamin olmuş, insanın şəri azadlıqlarını sığorta etmişdir. Onu başıboş və heyvan kimi yaşamaqdan qorumuş; dinini, canını və malını, ağlını və namusunu qorumağı qarşısına qoymuşdur. "Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür ne’mətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)" (əl İsra surəsi, 70)
Ey Allahın qulları!..İctimai mövzularda, qadın və ailə mövzusunda, hədlər və cəzalar mövzusunda da vəziyyət eynidir. Hətta bu din daha da qabağa gedərək; cansızları, heyvanları, ətraf mühiti və bitkiləri də öz əhatəsinə alır və bütün bunlarda İslamın gözəllikləri, maraqları gözləməsi və pislikləri uzaqlaşdırması, dəyərlərə bağlılığı və rəzilliklərə mane olması açıq aydın görünür. "Onlar Qur’an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar" (ən Nisə surəsi, 82)
İslam ümməti! Bu Dinin gözəlliklərini açıqlayaraq ətrafa işıq və nur saçan digər bir məşəl də, onun içinə aldığı yüksək hədəflər və böyük qaydalardır. Və bunların; həcmli və daimi olmasında, hər zaman və məkana uyğun olmasında dərin təsiri olmuşdur. Bu böyük qaydalardan biri, asanlaşdırma və çətinliyin qaldırılmasıdır. "Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə’zim və şükür edəsiniz." (əl Bəqərə surəsi, 185)
Başqa bir ayədə : "O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi." (Əl Həcc surəsi, 78)
Bu, əzəmətli şəriətimizin ən nəzərə çarpan xüsusiyyətidir. Bundan əlavə, ölçülü və taraz olması nöqteyi nəzərindən gözəllik və işıq saçan parlaq üzüdür. Bir çox fəziləti və gözəlliyi içində cəmləşdirən bir xüsusiyyəti ifadə edir. "Bu, (qibləni Beytülmüqəddəsdən Kə’bəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.” (əl Bəqərə surəsi, 143)
Həddini aşmaq və laqeydsizlik, ifrat və təfrit yoxdur. Bunlar ölçülü və taraz olması ilə bilinən şəriət metoduna sonradan gəlmişdir. İbn Qeyyim rahiməhullah belə buyurur: «Ədalətdən zülmə, mərhəmətdən mərhəmətsizliyə, faydadan zərərə, hikmətli olmaqdan təsadüfən ortaya çıxan hər mövzu şəriətdən deyil. Çünki şəriət, Uca Allahın qulları arasında ədalətidir. Yaratdıqları arasındakı mərhəmətidir. Yer üzündəki kölgəsi və Ona və Rəsulu sallallah aleyhi va səlləmin doğruluğuna işarə edən hikmətidir. Allahın şəriəti insanlar üçün himayədir. Dünyanı ayaqda saxlayan təməldir. Dünyada və axirətdə qurtuluş və xoşbəxtlikdir. Ümumiyyətlə ey Allahın qulları, İslam dini dünya və axirət xeyirlərini özündə cəmləşdirir. Hər xeyrə və fəzilətə mütləq təşviq etmiş, hər şərdən və rəzillikdən, pozğunçuluqdan və günahdan çəkindirmişdir. Kim ondan yapışarsa, tərifəlayiq bir şəkildə yaşayar və ölər. Kim də ondan üz çevirərsə, üsyankar olaraq yaşayır və bədbaxt olaraq ölər.
Bunlar, bu Dinin gözəlliklərindən və ətrafa saçdığı işıqdan bir qismidir. Bu gün, ən çox ehtiyacı olduğu bir anda dünyaya və tarixinin ən təhlükəli dövrlərindən birini yaşayan insanlığa təqdim edilir. Bəlkə də, gözəlliklərlə gözlər və bəsirətlər, müxtəlif şübhələr və şüarlar arasında dönüb dolaşan çaşqın və azmış insanlar üçün bir qurtuluş yolu olduğuna inandığımız bir dinə açılır.
Dərrakəli insanları bu məsələdə xatırlatmağa bütün bəşəriyyətə olan sevgiləri sövq edir. Allah, bizləri bu dinə hidayət edərək nemətləndirmişdir. Bizlər, onun gözəlliklərinin dadını aldıq. Bu səbəblə, ona gedən yolu itirmişlərə yol göstərməməyin haqqa dəvətdə bir qüsur və bəşəriyyətə hörmətsizlik olduğunu düşünürük.
Ey insanlar! Bax bu bizim dinimiz…Bax bu İslamı üstün edən xüsusiyyət! Elə isə ona nə üçün hücümlar edirsiniz? Bu hücumlar nə vaxta qədər sürəcək? Kimin xeyrinə ona hücumlar edirsiniz? Bu arada ağıl, hikmət və insaf sahibi qiymətli insanların görməsinə lüzum olan əhəmiyyətli bir cəhət var. Müsəlmanların bir qisminin bu gözəlliklərə və fəzilətlərə bağlılıqdakı qüsurları şəxsən İslamın ayıbı deyildir.
Hər hansı bir nizamın tətbiq edilməsində bir adamın etdiyi xətanın o nizamın bir ayıbı olmadığı hər kəsin qəbul etdiyi bir həqiqətdir. Məslən: hakimin verdiyi səhv hökm şəxsən qanunun qüsuru deyildir. Həkimin səhvi, tibb ixtisasının qüsuru deyil. Ona görə də, bir müsəlmanın səhvi üzündən İslam dinini təqsirləndirmək düzgün deyil.
Dəlillər ortaya qoyulub doğru yol aydın olanda üzür ortadan qalxır. Fəqət, işığın qüvvəti korlara fayda verməz. "Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən (Allahın doğru yola yönəltdiyi kimsəyə bənzəyirmi?!) Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini də doğru yola salar. (Ya Peyğəmbər!) Artıq onlara (Məkkə müşriklərinin haqq yoldan azmalarına) görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların nə etdiklərini biləndir!" (əl Fatir surəsi, 8) Bizim üzərimizə düşən nə ilə qarşılaşırıqsa doğru yolda getməkdir. "Yaxud (onların əməlləri) zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) - zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz." (Ən Nur surəsi, 40)
Ey Allahın qulları! Dininizə sarılın və onda sabit olun. Xüsusilə də fitnələrin çox olduğu və İslamın qərib olduğu bu dövrdə.Dedi qodu çıxardanların qızışdırmalarından çəkinin. "(Ya Rəsulum!) Sən (çətinliklərə, əziyyətlərə) səbr et. Şübhəsiz ki, Allahın (sənə verdiyi zəfər) və’di haqdır. Qoy (axirətə) qəti inanmayanlar səni e’tinasızlığa sövq etməsinlər. (Səni yüngül hesab edib yerindən oynatmasınlar, səbirsizliyə, səbatsızlığa sövq edərək öz fikrindən və amalından döndərib risaləti təbliğ etməkdən daşındıra bilməsinlər!)" (ər Rum surəsi, 60)
Allahdan qorxun ey Allahın qulları! Özünüzü , İslamın gözəlliklərinin əks olunduğu və dünyaya bu Dinin üstünlüklərini xəbər verən ayinlər halına gətrin.
Bu çağırış; şəriət alimlərinə, dəvətçilərə və kütləvi informasiya vasitələrinədir. İslamın gözəlliklərini ortaya çıxarsınlar və təcrübədə onu göstərsinlər. Bu, İslam Ümmətinin, dininə qarşı edilən hücumlara qarşı çıxmaqda ən yaxşı vasitədir. Kafirlər istəməsə də Allah öz nurunu yayacaq.
Ey Allahın qulları! İslamın gözəlliklərini tətbiq etməkdə və onlara dəvətdəki rəhbər, qarşısında tarixdəki bütün şəxsiyyətlərin çatdığı imamımız və rəhbərimiz, bütün Adəm oğullarının seyyidi, bəşəriyyətin ən xeyirlisi Muhəmməd b.Abdullah. b.Abdulmuttalibdir. Allah Onu, aləmlərə rəhmət olaraq və gözəl əxlaqı tamamlamaq üçün göndərmişdir. Onun çağırışını qiymətləndirməyən və şəxsiyyətinə hücum edənlərə qarşı Allah bizə kifayətdir və O necə də gözəl Vəkilidir.
Ey Məhəmməd Ümməti! Qəlbləri üzüntü ilə dolduran bir məsələdə Çirkin hücumların Məqami Muhəmmədə qədər çatmasıdır. Tənqidi məqalələrində və karikaturalarında, televizya kanallarında rəhmət və hidayət peyğəmbərini çirkin keyfiyyətlərlə və ləqəblərlə vəsifləndirirlər.
Bir yarım milyard müsəlmanın duyğularına meydan oxuyurlar. Hansı göz bu vəziyyəti, Rasulullah (s.ə.v)-in uca şəxsiyyətinə dil uzadıldığını görüb də yaşarmaz! “Məhəmməd (s.ə.v)-ə, bədəninə zərər verəcək bir tikanın batmasını belə istəmərəm” deyən Hubeyb radiyallahu anha halal olsun! Sülh və İslam peyğəmbərinin yolunda gedənlər, illərin topladığı bir kinin və düşmənliyinin nəticəsi sayılan bu alçaldıcı davranışları şiddətlə rədd edirlər. Bütün dünyada mədəniyyətlər arası dialoq çağırışlarının yüksəldiyi bir anda hücumlar uzun müddətdə xalqları İslama qarşı üsyan etməyi, onları, İslamın parlaq mədəniyyətindən və işıq saçan çağırışından nifrət etməyi, hirs və şiddət hadisələrini, Müsəlmanlara qarşı ayrılıq cəm edən görüşləri düzgün göstərməyi qarşılarına qoymuşlar.
İslamın prinsiplərinə və yüksək tədrisinə qarşı müharibə elan etmək, beynəlxalq ictimaiyyəti Müsəlmanlara qarşı hazırlamaq və onlar haqqındakı mənfi fikirləri gücləndirmək üçün zaman zaman ortaya atılan məqsədli sözlər, xalqların əlaqələrini birlikdə yaşama anlayışdan, mübarizəyə döndərməkdədir. Bu da bəşəriyyətə kədər və bədbəxtdik gətirməkdədir. İnsaf və dürüstlük haradadır? Tərəfsizlik və obyektivlik haradadır? "De: "Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!"" (əl Maidə surəsi, 77)
Onların insaflılarından bəzilərinin şahidliyinə qulaq asın; « Bütün tarix boyu Məhəmməd sallallahu aleyhi va səlləm kimi bir müəllim görə bilmərik. İslam, Məhəmməd sallallahu aleyhi va səlləmin və Ona tabe olanların rəhbərliyində, güclülük və intizamda, gözəl xasiyyət və əxlaqda, həyat səviyyəsinin yüksəldilməsində, mərhəmətli və insani qaydalar qoymada, dini sülhsevərlikdə, ədəbdə və elmi araşdırmada bütün dünyaya rəhbərlik etməkdədir» Bir başqası isə belə buyurur: «Məhəmməd sallallah aleyhi va səlləm kimi bir adam ona mənsub olduğu üçün insanlıq fəxr etsin! Çünki O , oxumaq və yazmaq bilməməsinə baxmayaraq 1400 il əvvəl elə bir metod gətirdi ki, bu qədər il sonra biz ona çatabilsək xoşbəxt olacağıq.»..
Bu insaf sahibi insanların yanında o yalançı iftiraçılar harada? Onlar bilsinlər ki, Məhəmməd sallallahu aleyhi va səlləmin şəxsiyyətinə dil uzatmaq; İbrahim əleyhissalama; Musa əleyhisəlama; İsa əleyhissəlama və daha da sonrakıları peyğəmbər olaraq göndərən Allah Sübhənahuya dil uzatmaqdır. Allah Təala, onların söylədiklərindən olduqca uzaqdır. Bütün bu yalan və iftiralara baxmayaraq peyğəmbərlik məqamına heç bir zərər gəlməyəcək və peyğəmbərlik çağırşının dəyəri heç düşməyəcəkdir. Əksinə daha da yüksələcək və artacaqdır.
Bununla birlikdə Məhəmməd sallallahu aleyhi va səlləmin yolundan gedənlərə düşən vəzifə, elmi diyaloq və hikmətli üslub ilə bu hücumlara qarşı çıxmaqdır. İslam və Məhəmməd sallallahu aleyhi va səlləmin şəxsiyyəti haqqında düzgün məlumat yaymaqdır. Bu yolda kütləvi informasiya vasitələrini, interneti ən yaxşı şəkildə istifadə etmək; fərd və cəmiyyətdə ümmətin bütün gücünü bunun üçün səfərbər etmək və bu hücumlara ən gözəl şəkildə qarşılıq verməkdir. "Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!" (Yusif surəsi, 21)

Allahin salamı və xeyir-duası üzərinizə olsun!

Şeyx Abdurrəhman əs Sudeys
Çevirən: Abdullah
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka