Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SIXINTILARDAN XILAS ANCAQ ALLAHA TÖVBƏ ILƏ OLUR

[ Aktual / 1554 dəfə baxılıb ]   
|
 
Ey müsəlmanlar! Allahdan haqqı ilə qorxun. İslamın sağlam qulpundan bərk-bərk sarılın. Çünki Allahdan haqqı ilə qormaq, dünya və axirətinizin düzəlməsini təmin edər. Ey Alahın qulları! Bilin ki, Allahın kainatda dəyişməyən, bütün insanlar üçün eyni olan və məxluqatın hamısını əhatə edən qanunları vardır. Allah Təala belə buyurur : «( Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!» (əl-Fatir surəsi, 43) Allahın qanunlarından və hökmlərindən biri də, yaxşılıq əkənin yaxşılıq biçməsi və pislik əkənin pislik biçməsidir. Allah Təala belə buyurur : « Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). » (əl-Zilzal surəsi, 7-8)
Allahın qanunlarından və hökmlərindən biri də dünya üçün bir şey və dünya malı əldə etmək üçün səbəblərə sarılan Allahın onun üçün ayırdığını və dünyadan onun üçün təqdir etdiyini əldə edər. Kim də cənnəti qazanmaq üçün müvəffəqiyyətə götürən ünsürlərə sarılarsa və cənnət yoluna düşərsə onu cənnətə çatdırar və onu cənnət əhlindən edər. Kim ki dünya və axirət müvəffəqiyyəti üçün səbəblərə sarılarsa, Allaha ibadət edər və Allaha üsyandan uzaq durarsa şübhəsiz dünya və axirət xeyrini qazanar. Allah Təala belə buyurur : « Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz ne’məti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar! Mö’min olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar. Onların və bunların hər birinə Rəbbinin ne’mətindən verərik. Rəbbinin ne’məti (istər dünyada, istərsə də axirətdə heç kəsə) qadağan deyildir. (Ya Peyğəmbərim!) Bir gör (var-dövlət, cah-cəlal baxımından dünyada) onların birini digərindən necə üstün tutduq? Axirətdə isə (dünyadakından) daha yüksək dərəcələr, daha böyük üstünlüklər vardır! » (əl-İsra surəsi, 18-21) Və belə buyurur : « Mö’min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!) » (ən Nəhl surəsi, 97)
Allah Təala insanların sarılması, xeyir və şərlə, yaxşılıq və pisliklərlə onları imtahan etməsi də Allah Təalanın qanunlarındandır. Allah Təala belə buyurur : « Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! » (əl Ənbiya surəsi, 35) və belə buyurur : « (Yəhudiləri) yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər. » (əl Əraf surəsi, 168)
İmanlı müsəlman, ona bir xeyir və nemət gəlincə bilir ki, Allahdan gələn bir nemət və lütfdür. Allaha şükr edər və Ona həmd edər. Çünki kimsənin Allah üzərində bir haqqı yoxdur. Rəbb Təala verirsə lütfündən verir, verməzsə də bu Onun ədalətindəndir. Müsəlmana bir pislik, ya da xoşlanmadığı bir şey başına gələrsə səbr edər və qarşılığını Allahdan gözləyər. Bilir ki, bu işlədiyi bir günah səbəbiylədir. Ya da Allah onun axirətdəki dərəcəsini yüksəltmək və təqdir etdiyi bu müsibət qarşısında ona əcr vermək istəməkdədir. Allah Təala belə buyurur : « (Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər. » (ən Nisa surəsi, 79) Və belə buyurur : « Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər. » (əş-Şura surəsi, 30) Müsəlman nəfsini hesaba çəkər və əməllərini yoxlayar. Hər günahı üçün Rəbbinə tövbə edər.
Kafir isə ona bir nemət gəldiyi zaman passivləşir və kibirlənir. Azğınlaşır. Başına bir müsibət və pislik gəldiyində də dərd çəkir və yaşayışı alt-üst olur. Küfr içərisində dönür durur və səbr etməz. Onun cənnəti dünyasıdır. İbadət etdiyi ilahı isə həvasıdır (nəfsidir, arzularıdır) O, sahibinin bağlayıb sonra sərbəst buraxdığı dəvə kimidir.
Bu əsrdə İslam aləmi üzərində fəlakətlər ard-arda gəlmiş və müsəlmanlar, bir çox müsibətlərə düçar olmuşlar. Bunlar haqqında bir çox izahlar edilmişdir. İnsanlardan bəziləri bunu islam düşmənlərinin planlarına, bəziləri də ekonomik tərəfdən zəif olmağa bağlamışdır. Bəzilər də bunu, sənaye və texnoloji tərəfindən geri qalma və bənzəri izahlarla izah edirlər. Ancaq bütün bunlar xəstəliyin nəticələridir. Xəstəliyin özü deyildir. Müsəlmanların başlarına gələn müsibətlər, fəlakətlər və müsibətlər Allahın onlara rəhmət etdiklərindən başqa fərd və toplum olaraq dini yönlərində ehmalkar davranmaları səbəbilədir. Allah Təala belə buyurur : >« Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: "Bu haradan gəldi?" - dediniz. (Ya Rəsulum!) Söylə: "Bu sizin özünüzdəndir". Həqiqətən, Allah hər şeyə qadirdir! » (Ali İmran surəsi, 165) Və belə buyurur : « (İnsan üçün) onu öndən və arxadan tə’qib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına biməz və Ondan başqa onların heç bir hamisi də olmaz. » (ər-Rad surəsi, 11)
İslam ümməti zaman zaman, bu dövrdəki bəlalardan daha şiddətlərinə məruz qalmışdır. İslam düşmənlərinin pis müamələsinə düçar olmuşdur. Sıxıntılara və müsibətlərə səbr etmişdir. İslam Tarixinin ən çətin zamanlarında səmimiyyət və ixlasla, elm və imanla dininə dönmüşdür. Hər çətin dönəmdə uca şəriətinin və dininin kölgəsində birlik və xeyir, arxayın və hörmətli olmuşdur. Yaralarını sarımış və vəziyyətini düzəltmişdir.
Bu zamanda İslamın və müsəlmanlarınn sıxıntıları artmışdır. Bu ümmətin sonu ancaq başının islah olduğu şey ilə islah olacaq. Günahı kafirlərin üzərinə atmaq müsəlmanların cavabdehlikdən qurtarmaz. Müsəlmanlar, Allahın Kitabına və Rəsulu (s.ə.s)-in sünnətinə uyğun olaraq, faydalarını və gələcək nəsillərin faydalarını göz önündə tutaraq problemlərini həll etməsələr kafirlərin bu problemləri həll etməsi əsla mümkün deyil. Həll öncə Allahın, sonra müsəlmanların idarəçilərinin və alimlərinin əlindədir. Onların birlik içərisində olmaları, insanlığın xöşbəxtliyinə olan hər xeyirdə köməkləşmələrini vacib edir. Ümməti faydalı şeylər üzərində aydınladmalı və onları ona cəlb etməli, dinləri və dünyaları üçün zərərli hər şeydən də çəkindirməlidirlər. Onların üzərlərinə böyük məsuliyyət düşür. Allahdan sonra ümid onlardadır. Böyük bəlalar və müsibətlər baş verdikdə, fitnələr ortaya çıxdığında bundan tək çıxış yolu səmimi bir şəkildə tövbə etməkdir. Allah Təala belə buyurur : « Mö’min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey mö’minlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!) » (ən-Nur surəsi, 31)
Hər fərd, hər növ günahdan tövbə etməlidir. «Mənim günahlardan tövbə etməm nəyi dəyişdirir?» Tövbəmin İslam ümmətinin vəziyyətinin düzəlməsinə nə faydası vardır?» deyənə belə deyilir: «Dünyada və axirətdə hər xeyrin səbəbi Allaha ibadətdir. Dünya və axirətdə hər pisliyin səbəbi də Allaha üsyan etməkdir. Hər fərdi bütün günahlardan tövbə etməsi xeyirləri çoxaldır və pislikləri azaldır.»
Ey müsəlmanlar! Fitnələr artrarkən İslam ümmətinə düşən məsuliyyət, dünyada əsən və müsəlmanların inancını dəyişdirməyi, şəriətlərini, dini dəyərlərini, əxlaqlarını və sabit dəyərlərini pozmağı hədəfləyən dəyişən küləklər önündə söz birliyi edib tək səf olmalarıdır. Allah, keçmiş ümmətləri ancaq üsyan edənlərin çoxluğu və itaət edənlərin azlığı səbəbilə həlak etmişdir. Bir insanın asiliyi, bütün bir ümmətin həlakına səbəb ola bilər. Allah Səmud qövmünü içlərindən birinin Allahın möcüzəsi olaraq göndərdiyi dəvəni öldürməsinə görə həlak etmişdir. İsrail oğullarından bəziləri zina edincə vəba, Musa və Harun (ə.s) aralarında olduğu halda, İsrail oğullarını qırıb keçmişdir. Allah Təala, həlak edilən ümmətlər haqqında belə buyurur: « Biz onların hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahına görə cəza verdik). Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli (tükürpədici) səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər. » (əl-Ənkəbut surəsi, 40) Zeynəb binti Cəhş (r.a)-dan rəvayət edilən bir hədisdə Rəsulallah (s.ə.s) belə buyurur : «Yaxınlaşan bir bəladan Ərəbin vay halına. Bu gün Yəcuc və Məcucun səddindən belə bir gedik açıldı» Baş barmağı ilə şəhadət barmağını halqa edərək göstərdi. Mən : «Ey Allahın Rəsulu, yəni içimizdə saleh kimsələr olduğu halda topdan həlak mı olacağıq?» dedim. «Bəli, pisliklər artarsa» buyurdu. Yəni ədəbsizlik və zinanın çoxalması və bundan tövbə edilməməsidir. Çünki tövbə, bəlalardan çıxış yoludur. Hər bəla bir günah səbəbilə enər və ancaq tövbə ilə qaldırılır.
Ey müsəlmanlar topluluğu! Rəbbinizin kitabına və Peyğəmbərinizin (s.ə.s) sünnətinə sım-sıx sarılın. Çünki bu ikisi, qaranlıqlarda sizin üçün bir işıq və azğınlıqlardan qurtulub hidayəti tapmanın yoludur. Dininiz İslam, birlik və bərabərliyi əmr edər. Anlaşmazlığı və bölünməyi qadağan edər. Allah Təala belə buyurur : « Hamılıqla Allahın ipinə (dininə, Qur’ana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun ne’məti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! » (Ali-İmran surəsi, 103) Və belə buyurur : « Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!» (əl-Ənfal surəsi, 46)
İslam, müsəlmanların birliyini əmr edərkən bununla müsəlman olmayanlara zülm edilməsini və haqsız yerə düşmənlik edilməsini, İslam şəriətinin onlara bağışladığı haqqların azalmasını istəməz. Müsəlman olmayanlar əgər, İslamın mərhəmətini, ədalətini və gözəlliyini doğru bir şəkildə anlasalar onlardan bir çoxu İslama girməyə can atar. Və müsəlmanlardan bəzilərinin işlədiyi, İslama tərs düşən pis davranışları İslama yükləməzlər. Allah Təala belə buyurur : «(Ya Rəsulum!) De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!» (əl-Ənam surəsi, 151)
Rəhman və Rəhim olan, ehsan və lütf sahibi Allaha həmd olsun. Rəbbimə həmd edər, sayılmayacaq qədər çox nemətləri üçün Ona şükr edirəm. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. Ən gözəl adlar Ona aiddir. Və şəhadət edirəm ki, peyğəmbərimiz Məhəmməd (s.ə.s), Onun qulu və seçilmiş elçisidir.
Bundan sonra... Allahdan haqqı ilə qorxun. Allahın gizli və aşkarı gördüyünü bilərək Onu unudmayın. Saleh əməllər işləyərək və pislikləri tərk edərək Rəbbinizə yaxınlaşın. Rəbbinizə qovuşmadan əvvəl Onun qatında olmaq üzrə saleh əməllər işləyin. Tükənmədən əvvəl ömrünüzü ən yaxşı şəkildə dəyərləndirin. Allah Təala belə buyurur : «Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün! » (Ali-İmran surəsi, 102) Və belə buyurur : «Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! » (əl-Həşr surəsi, 18) Suala, Qiyamət gününün sıxıntısından qurtaracaq bir cavab hazırlayın. Hədisdə, Peyğəmbər (s.ə.s) belə buyurur : «Qiyamət günü, ömrünü harada sərf etdiyindən, gəncliyini harada keçirdiyindən, malını harada qazandığından və haraya xərclədiyindən, elmi ilə nə əməl işlədiyindən soruşulmadan qulun ayaqları heç yana tərpəyənməyəcək.»

Allahin salamı və xeyir-duası üzərinizə olsun!

Çevirən: Abdullah
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka