Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İSLAMDA SÖZ AZADLIĞI

[ Aktual / 804 dəfə baxılıb ]   
|
 
Son onillikdə dünya darısqal olmuşdur ki, bu da yalnız Yer kürəsi əhalisinin sayının altı milyardı ötməsinə görə deyildir. Qloballaşmanın artan gücü çərçivəsində insan qısa müddət ərzində böyük məsafələri aşmağı öyrənmiş və əgər əvvəllər yalnız insan təsəvvürü üçün sərhəd yox idisə, bu gün onlar praktik olaraq məlumat, kapital və müasir cəmiyyətin bir çox tərkib hissələri üçün praktik olaraq yoxdurlar. İnsanlar biri-birinə daha yaxın olmuşlar və əhalinin real sıxlığı onun “mənəvi sıxlığı”ndan daha çox olmuşdur. Bu şərtlər altında mədəniyyətlərimizin sabit yanaşı yaşaması və inkişafının təmin olunması məqsədi üçün insan haqları anlayışının yenidən mənalandırılması və ədalətsizliyin və sıxışdırmanın qınanması üçün ümumi yanaşmanın yaradılması ehtiyacı yaranır. Şəxsiyyətə və individuma hörmətli münasəbətin təmin olunması üçün fundamental hüquqlardan biri şəxsi fikrini ifadə etmək hüququdur və bu hüquq olmadan şəxsiyyətə və individuma hörmətli münasibət təmin oluna bilməz.

Qərb təfəkkürü, fikrin ifadə olunması azadlığı XIX əsrin sonu Avropanın demokratik dövlətlərininin ayrılmaz cizgisinə çevrilməsinə qədər, uzun islahat və təkmilləşmə yolu keçmişdir.

Bu gün söz azadlığı demokratiyanın vacib şərti və vətəndaş cəmiyyətinin şəffaflığının göstəricisidir. Amma söz azadlığının Qərb konsepsiyası təkamülü tamamilə fərqli yol ilə getmiş digər dünyağörüşlü sistemlərdə heç də həmişə başa düşülmür. Bu sistemlərdən biri bu gün müasir tədqiqatçılar tərəfindən öz ardıcıllarinin daha böyük hissəsinin həyat tərzinə, düşüncəsinə və davranışına təsir göstərən real faktor kimi nəzərdən keçirilən İslamdır. Bu səbəbdən İslam dininin söz azadlığına münasıbəti və müsəlman ölkələrində insan hüquqlarının bu tərkib hissəsinin təmin olunması perspektivləri xüsusi maraq kəsb edir.

İslam dininin tarixində faciəli dövrlər olmuşdur ki, bu dövrlərdə hökmdarlar fərqli düşüncəni və fikrin ifadə edilməsi azadlığını qəddarcasına boğurdular. Bunun üçün Quranın xəlq olunası haqqında təlimi qəbul etməyənlərə qarşı 833-cü ildə xəlifə əl-Məmunun dövründə başlanmış və 849-cu ilə qədər davam etmiş repressiya dövrünü yada salmaq kifayətdir. Ancaq bəzi hökmdarların və sülalələrin siyasi ambisiyalarını Müqəddəs Qurana və Pak Sünnəyə əsaslanan İslam dininin həqiqi müddəaları ilə qarışdırmaq lazım deyil. İslam inanclarına görə bu iki mənbə fərdlərin və sosial qrupların hüquq və vəzifələrini müəyyən edərək müsəlmanların şəxsi və ictimai həyatlarının bütün tərəflərini tənzimləyir.

Müqəddəs Quran irqi, etnik və ya konfessional aidiyyatından asılı olmayaraq müsəlman dövlətinin bütün vətəndaşlarının fikrin ifadə olunması azadlığına təminat verir. Buna subut olaraq hətta müsəlmanların baxışlarını paylaşmayan insanlarla da diskussiyaların aparılmasına icazə verilməsini göstərmək olar. Quranda deyilir:
«Əgər siz Kitab Əhli ilə mübahisə edirsinizsə, onu layiqli sürətdə aparın». (əl-Ənkəbut, 29:46)

Bu sözlərdən belə nəticə yaranır ki, İslam şəriəti hətta dinin əsas müddəalarına toxunan diskussiyaların aparılması mümkünlüyünü qəbul edir, ancaq belə diskussiyalar yalnız «layiqli sürətdə» aparıldıqda təşviq olunur. Bu hüquqdan istifadə olunması həmvətəndaşların şərəf və ləyaqətini təcavüzə çevrilməməlidir ki, bu da islam dininin fundamental prinsiplərindən biridir. Onun vəziyyəti fikrin ifadə olunması azadlığını təhlükə qarşısında olduğu bütün hallarda himayə edən Məhəmməd Peyğəmbərin (s.ə.s) əməllərində və qərarlarında praktik təcəssümünü tapmışdır. O, hətta müsəlmanlar arasında nifaq yaradıb onların dövlətini zəiflətməyə çalışan riyakarların təhqiramiz sözlərinə belə səbr ilə yanaşırdı.

Belə nəql edirlər ki, səfərlərdən birində Peyğəmbərin (s.ə.s) silahdaşları çətinlik ilə qarşılaşır və bu zaman riyakarlardan Abdulla bin Ubey öz həmməsləklərinə demişdir: «Allahın Elçisinin yanında olanlar Onu tərk etməyənə qədər onlara heç nə verməyin. Biz Mədinəyə qayıtdıqdan sonra bizlərdən ən qüdrətlilər mənfurları Mədinədən qovacaqlar.» O, demək istəyirdi ki, varlı və tanınmış şəxslər Peyğəmbərin kasıb ardıcıllarını Mədinədən qovmağa hazırlaşırlar. Müsəlmanlardan Zeyd bin Əkrəm (r.a) adlı birisi onların bu söhbətini eşitmiş və bu barədə Peyğəmbərə (s.ə.s) bildirmişdir. Bunu eşidən Peyğəmbər (s.ə.s) Abdulla bin Ubeyi yanına çağırmış və ondan bunu deyib demədiyini soruşmuşdur. Abdulla bin Ubey and içərək bunları demədiyini söyləmiş və Zeydi (r.a) yalançı adlandırmışdır. Bu hadisədən sonra Qüdrətli Allah Peyğəmbərə (s.ə.s) vəhy göndərərək Zeydə (r.a) haqq qazandırmış və yalancını ifşa etmişdir. Bu barədə «Riyakarlar» adlə bütöv bir surə endirilmişdir ki, həmin surədə deyilir:
«Riyakarlar deyirlər: "Allahın Elçisinin yanında olanlar Onu tərk etməyənə qədər onlara heç nə verməyin." Yerin və göyün bütün xəzinələri Allaha məxsusdur, amma riyakarlar bunu başa düşmürlər. Onlar deyirlər: "Biz Mədinəyə qayıtdıqdan sonra bizlərdən ən qüdrətlilər mənfurları Mədinədən qovacaqlar". Qüdrət Allaha, Onun Peyğəmbərinə və iman gətirmişlərə məxsusdur, amma onlar bunu dərk etmirlər.» (əl-Munafiqun, 63:7-8)

Bu vəhydən sonra Peyğəmbərə (s.ə.s) məlum olmuşdur ki, Abdulla bin Ubeyin tərəfdarlarından bir qrupu müsəlmanların idarəsindən narazı olduğunu ifadə etmişdir, amma Peyğəmbər (s.ə.s) onları nəinki cəzalandırmamış, hətta Allahdan onları əfv etməsini xahiş etmişdir. Bu hərəkəti ilə o (s.ə.s), öz tərəfdarlarına başa salmışdır ki, hər bir vətəndaşın öz fikrini ifadə etmək hüququ vardır, yalnız bu fikirlər qeyri-qanuni və ya cinayət xarakterli olmamalıdır.

Digər bir rəvayətdə deyilir ki, bir dəfə Məhəmməd Peyğəmbər (s.ə.s) ianə bölüşdürən zaman Tamim qəbiləsindən Zül Huveysira adlı bir kişi ona yaxınlaşmışdır. O, demişdir: «Allahın Elçisi, ədalətli bölüşdür». Peyğəmbər (s.ə.s) ona demişdir: «Sənə yazıqlar olsun! Əgər mən ədalətli olmasam onda kim olacaq. Həqiqətən, mən ədalətli hərəkət etməsəm onda mən ziyana düşərəm və mən zərər yetər.» Ömər bin əl-Xəttab (r.a) hadisəyə müdaxilə etmiş və demişdir: «Allahın Elçisi, icazə ver onun başını kəsim.» Cavabında isə Peyğəmbər (s.ə.s) həmin adamı rahat buraxmağı əmr etmişdir.

Bir çox nüfuzlu hədislər toplularında göstərilmiş bu əhvalat aydın şəkildə sübut edir ki, şəriət hətta hökmdarların ünvanına tənqidlərə icazə verir. Peyğəmbər (s.ə.s) ona qarşı ədalətsiz və yanlışcasına hərəkət etmiş şəxsə sərər yetirilməsinə icazə verməmişdir. O, başa salmışdir ki, hər bir şəxsin şəxsi mülahizəyə malik olmaq hüququ vardır və hər bir kəs buna görə Allah qarşısında cavab verəcəkdir. O, təcrübədə öz ardıcıllarına başa saldı ki, müqəddəs Quranın ehkamını necə yerinə yetirmək lazımdır:
«Əgər onlar səninlə mübahisə etməyə başlasalar onlara de: "Allah bilir siz nə edirsiniz."» (əl-Həcc, 22:68).

Müsəlmanlar bu nəsihətlərə mömin xəlifələrin hakimiyyəti dövründə də əməl etmişlər. Xəlifə Osmanın (r.a) dövründə Abdulla bin Saba rəhbərlik etdiyi bir qrup qiyamçı onun istefa verməsini tələb etdikdə o, qeyri-adi dözüm nümayiş etdirmiş və qiyamçılara qarşı repressiyalara yol verməmişdir, baxmayaraq ki, bu təkliflər əmirlər şurasında səslənmişdi.

Erkən müsəlmanların söz azdlığını necə müdafiə etdiklərinin ən bariz nümunəsi dördüncü xəlifə Əli bin Abu Talibin (r.a) xaruritlərə qarşı hərəkətlərini göstərmək olar. Xəlifəni dinsizlikdə günahlandıran və Kufənin iki mil məsafəsində yerləşən Xarura məntəqəsində toplanmış qiyamçılar qrupu belə adlanırdı. Xəlifə Əli bin Abu Talib (r.a) xaruritlərə müraciətlənmiş məşhur xütbəsində demişdir: «Mən sizə üç güzəştə gedirəm. Birincisi, sizin məscidlərə getməyinizi qadağan etmirəm. İkincisi, hərbi qənimətlərdən olan payınızdan məhrum etmirəm. Üçüncüsü, əgər siz qanunsuzluq törətməyə başlamasanız, Mən birinci olaraq sizə qarşı müharibəyə başlamayacağam.» Bu qərar şəriətin sözdə deyil işdə öz fikrini ifadə etmək azadlığını qoruduğunun və cinayət əməlləri törədilmədiyi hallarda yad düşünənlərə qarşı sərt tədbirlərin görülməsinə icazə verməməsinə bariz sübutdur. Amma xaruritlər razılaşmanın şərtlərinə əməl etmədilər və onların məzhəbini qəbul etmək istəməyən adamların həyatlarına qəsd etməyə cürət etdilər. Nəticədə xaruritlər Abdulla bin Həbbabı öldürdükdən və onun hamilə arvadının qarnını qılıncla yardıqdan sonra xəlifə Əlinin ordusu Naxravan yaxılığında döyüşdə onları darmadağın etdi.

Tarixdə islamın vətəndaşların öz fikrini ifadə etmək azadlığına hətta həmin fikirlərdə hakimiyyətə qarşı tənqid olduğu hallarda belə zəmanət verməsi haqda çox sayda örnəklər var. Bundan əlavə şəriət dindarlara hökmdarlara nəsihət verməyi və onlara səmərəli məsləhətlər verməyi tapşırır.

Peyğəmbərin (s.ə.s) sözlərini çatdırıram: «Allah mənim sözlərimi eşidənlərin, onları qoruyub saxlayanların və başqalarına çatdıranların simalarını gözəlləşdirəcək. Mümkündür ki, o, bilikləri ondan da bilikli olan şəxslərə də catdıracaq. Müsəlman səmimi qəlbdən Allah xatirinə xeyirxah əməllər gördüyü, müsəlman imamlara məsləhət verdiyi, və müsəlmanlarla birlikdə olduğu müddətcə onun ürəyi heç vaxt qəzəblə dolmayacaq. Həqiqətən sizin dualarınız sizin ərafınızda olanları da əhatə edır.»

Digər bir hədisdə deyilir ki, Peyğəmbər (s.ə.s) demişdir: «Din səmimiyyətdir». Adamlar soruşdular: «Kimin qarşısında?» O, cavab vermişdir: «Allahın, Onun Elçisinin, Onun Kitabının, müsəlman hökmdarların və sadə müsəlmanların qarşısında».

İmam ən-Nəvavi bu hədisi şərh edərkən yazır: «Müsəlman hökmdarlarının qarşısında səmimiyyət düzgün əməllərdə onlara yardım etməkdə, bu işlərdə onlara tabe olmaqda, onlara nəzakət və ehtiramla xeyirxah əməllər etməyə dəvət etməkdə, müsəlmanların onların nəzərdən qaçırdıqları hüquqlarını onların yadına salmaqda, həmçinin onların əleyhinə çıxmaqdan imtina etməkdə və onlara tabe olmağa çağırışda özünü biruzə verir.»

Şəriətə əsasən əgər vətəndaşlar hökmdarın siyasəti ilə razı deyillərsə və həmin siyasətin neqativ nəticələrə səbəb olacağını hesab edirlərsə, o zaman onlar öz mövqelərini əsaslandırmaqla ona döğru məsləhət verməlidirlər. Amma islam ictimaiyyət qarşısında hökmdarın tənqid olunmasına və hökmdarın xalqın gözündən düşməsinə cəhd edilməsinə icazə vermir. Hədislərin birində deyilir ki, Peyğəmbər (s.ə.s) demişdir: «Əgər kimsə sultana məsləhət vermək istəyirsə, qoy bunu xalqın qarşısında etməsin, əksinə sultanın əlindən tutaraq onunla təklikdə söhbət etsin. Əgər sultan onun məsləhətinə qulaq asarsa yaxşı; yox etməsə o artıq öz vəzifəsini yerinə yetirmişdir.»

Tanınmış islam alimi Əbd əl-Əziz ibn Baz demişdir: «Peyğəmbərin mömin ardıcılları heç vaxt hökmdarların səhvlərini faş etməmiş və onlar haqqında məscidlərin minbərlərindən danışmamışlar. Bu xalq üsyanına səbəb ola bilər ki, bunun yalnız zərəri olur və heç bir xeyir gətirmir. Peyğəmbərin mömin ardıcılları başqa yol seçirdilər: onlar hakimlərlə və hökmdarlarla üzbəüz söhbət edərək məsləhətlər vermiş, onlara məktub yazaraq fikirlərini bildirmiş və ya onlara yaxın olan alimlərə müraciət etmişlər ki, onlar hökmdarlara xeyirxah məsləhət versinlər. İnsanları günah etməkdən çəkindirən zaman bu günahları edən şəxslərin adını çəkmək lazım deyildir.»

Hökmdarlara qarışıqlıqlar zamanı məsləhət vermək istəyən təfədarları məhz bu yolu seçirdilər. Belə rəvayət edirlər ki, bir dəfə adamlar Usama bin Zeyddən xəlifə Osman (r.a) ilə danışmağı xahiş edirlər. O, belə cavab vermişdir: «Siz əgər bunu eşitməmisinizsə, hesab edirsiniz ki, mən onunla bu barədə danışmamışam? Allaha and içirəm ki, mən onunla mənə qədər heç bir kəsin etmədiyi işi etməmək üçün üzbəüz danışmışam» Bu hədisi şərh edərkən İbn Həcər yazırdı: «Bu hədis hökmdarlara ehtiramlı münasıbətin və onlara müraciət edilən zaman etiketin gözlənilməsinin nə qədər zəruri olduğunu bir daha vurğulayır. Onların səhv etməsinin qarşısını almaq və onları qorumaq üçün insanların onların haqqında nə danışdıqları barədə hökmdarlara məlumat vermək lazımdır. Amma bunu nəzakətli və ağıllı şəkildə etmək lazımdır ki, qarşıya qoyulmuş məqsədə çatmaq mümkün olsun və eyni zamanda heç kəs əziyyət çəkməsin.»

İslam dini nəzərdə tutur ki, öz fikrini söyləmək azadlığı adamlara məxsusi vəzifələr və məxsusi məsuliyyətlər verir. Bu səbəbdən də islamda öz fikrini söyləmək azadlığı vətəndaşların hüquq və ləyaqətlərinin müdafıə olunması və həmçinin dövlətin təhlükəsizliyinin, ictimai nizam-intizamın və millətin sağlamlığı və əxlaqı-etik simasının təmin olunması üçün müəyyən məhdudiyyətlərə malikdir.

Islamın mülki hüquq və azadlıqlara münasibətini daha düzgün başa düşülməsi üçün bir məsələni aydınlaşdırmaq lazımdır ki, azadlıq konsepsiyası müsəlman dünyagörüşünün əsasını təşkil edən ideyalardan biridir. Islam öz ardıcıllarından heyvani ruhu rasional idrakı tabe etməyi tələb edir ki, bu da hökmən azadlığın mövcud olamasını qaçınılmaz edir. Ancaq islam azadlığı şərti hərəkət kimi deyil hər hansı bir akt kimi qiymətləndirir. Bu anlayışda azadlıq aktı alternatıvlərin çoxluğundan deyil, yalnız iki alternativdən – xeyir və şərdən birinin seçilməsini nəzərdə tutur. Buna görə də, əgər hər hansı bir şəxs söz azadlığından özünün və ya cəmiyyətin ziyanına istifadə edirsə, o zaman onun bu hərəkəti islam dini tərəfindən ədalətsizlik aktı kimi qiymətləndirilir və o, bu hərəkətinə görə cəmiyyət və Allah qarşısında məsuliyyət daşıyır.

Bir sözlə, islamda öz fikrini ifadə etmək azadlığı azadlığın klassik fəlsəfi anlayışı ilə sıx surətdə birləşir və qərbin demokratiya normalarının müsəlman cəmiyyətinə bu şərtləri nəzərə almadan qəbul etdirmək cəhdləri istənilən müvəffəqiyyətlə nəticələnməyəcək.

Etiraf etmək lazımdır ki, insan hüquqları konsepsiyası müsəlman dünyası üçün yad deyil. Bundan əlavə, o, Qərbdə insan hüquqları probleminin gündəliyə çıxarılmasından çox-çox əvvəl hazırlanmış və praktikada tətbiq olunmuşdur. Buna görə də müsəlman ölkələrində söz azadlığı hüququnu da nəzərdə tutan açıq vətəndaş cəmiyyətinin qurulması Qərbin danılmaz nailiyyətlərinin müsəlman düşüncə tərzinə müvafiq olan tarixən formalaşmış dəyərlər sisteminin orqanik uyşunlaşdırılması ilə müəyyən olunmalıdır.

Əgər bu nəzəriyyə praktikada özünün ifadəsini taparsa, o zaman bu birinci dəfə olmayacaq ki, demokratiyanın Avropa modeli islahat yolu ilə dəyişdirilir və yeni «yaşayış mühitinə» uyğunlaşdırılır. Yaponiya təcrübəsi göstərdi ki, qeyri-Avropa tipli vətəndaş cəmiyyətinin mövcud olmaq hüququ vardır və hətta bəzi hallarda bu model Avropa və Amerika modellərini üstələyə də bilər. Bunu Osaka Universitetinin professoru Y. Masakazu belə izah edir: «Ona qarışan bütün elementlərin tam inteqrasiyası ilə birlikdə Qərb plüralizmini metalların aşqarlanması və ya kimyəvi birləşmələr ilə müqayisə etmək olar. Bundan fərqli olaraq Yaponyada baxmayaraq ki, elementlər bir-biri ilə sıx əlaqəyə girdilər, amma qarışıq liflərdən toxunmuş parçada olduğu kimi özlərinin bənzərsizliklərini qoruyub saxladılar.»

Güman etmək olar ki, problemə məhz belə yanaşma insan hüquqlarına riayət olunması probleminin kəskin surətdə mövcud olduğu müsəlman ölkələrinə dini ekstremizmin artmasının qarşısının alinmasına və «mədəniyyətlərin toqquşması» üçün arenaya çevrilməməsinə imkan yaradacaq. Təbii olaraq, bu zaman Qərb insan hüquqlarına riayət olunması, o cümlədən öz fikrini azad ifadə etmək hüququ məsələlərinə yanaşmanın bütün incəliklərini nəzərə almalıdır.


Müəllif: Elmir QULIYEV
Rus dilindən azerbaycan dilinə tərcümə edən: Global Business Service
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:26
GÜNƏŞ07:55
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:28
MƏĞRİB [ 3 rükət ]18:56
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka