Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SƏBA MƏMLƏKƏTİNİN ŞAHZADƏSİ BİLQEYS (QURANDAN HEKAYƏLƏR)

[ Aktual / 1911 dəfə baxılıb ]   
|
 
Bismilləhirrəhmanirrəhim


Bilqeys, Yəmənin ərazisində yerləşən Səba adlı məmləkətin hökmdarı (şahzadəsi) idi. O və onun tayfası günəşə sitayiş edirdilər. Allahın təkliyinə inanan şanapipik, Qurani Kərimdə göstərildiyi kimi, Süleyman peyğəmbərin (ə.s) yanına gəlib bu xəbəri ona çatdırır. Süleyman (ə.s) “tək Allaha ibadət etməyə” çağıran bir məktub yazıb şanapipiklə onlara göndərir və şanapipiyə belə deyir; “Mənim bu məktubumu aparıb (göydən) onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəklər!"” (ən-Nəml, 28)
Şanapipik əmr olunan kimi, məktubu aparıb şahzadənin qarşısına atır və şahzadə açıb məktubu oxuyur. Burada, kafir sayılan şahzadənin dərin düşüncəsi və hikməti üzə çıxır. Onun doğru-dürüst və məntiqli düşünməsi, onu günəşin sitayişindən Allahın ibadətinə çevirir və həmçinin öz tayfasını da bu ibadətə çağırır. Gəlin bu həqiqətlərə aydınlıq gətirək;
1. Məktubu hörmətlə qarşılayıb, ehtiramla oxuması və məktubda yazılanlara lağ etməməsi. “(Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: "Ey ə’yanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı). O məktub Süleymandandır və o "bismillahir-rəhmanır-rəhim"lədir (bismillahla başlanır). (Məzmunu belədir: ) "Mənə qarşı təkəbbür göstərməyin və yanıma müt’i (müsəlman) olaraq gəlin! (Mənim də’vətimə saymazlıqla yanaşmayın. Allaha təslim olaraq yanıma gəlin)". (ən-Nəml, 29-31).
2. Diktatorluq etməməsi, öz əyanları və böyüklər ilə şura etməsi. Beləki, Süleymanın (ə.s) göndərdiyi məktub bir əqidə və prinsip məsələsi idi. Bu məsələni də, ağıllı bir insan kimi başqaları ilə müzakirə etmək lazım idi. “(Bəlqis) dedi: "Ey ə’yanlar! Bu iş barəsində mənə rə’yinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!” (ən-Nəml, 32) Onun tayfası isə, öz qüvvələrinə güvənərək amma hökmdarlarına da hörmət edərək belə cavab verdilər; “Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. (Güclü ordumuz, sursatımız, hərb alətlərimiz var. Özümüz də təcrübəli, mahir döyüşçülərik). Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!” (ən-Nəml, 33).
3. Tarixdən xəbəri olması, keçmiş tayfaların və məmləkətlərin başına gələnləri bilməsi. O, bildikləri ilə başına gələn halı müqayisə edir və belə deyir; “(Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər. (Hökmdarların adəti, davranışı belədir).” (ən-Nəml, 34).
4. Dövlət strategiyasını və ordusunun vəziyyətini analiz etməsi, sonra ilk, düzgün, siyasi və diplomatik addım atması. Bilqeys deyir: “Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!” (ən-Nəml, 35). Bilqeysin belə etməkdə fikri o idi ki, görsün, əgər göndərdiyin hədiyyəni Süleyman padşah qəbul edərsə, deməli bu insan dünya malını sevən insanlardandır. Yox əgər qəbul etməz və dediyindən dönməzsə, deməli O həqiqətən də peyğəmbərdir. Bilqeys əmr edir ki, hədiyyə hazırlansın və Süleyman (ə.s) hökmdara göndərilsin. Bilqeysin hədiyyəsini Süleymana (ə.s) çatdırırlar, Onun (ə.s) cavabı isə belə olur; “(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: "Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz. Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müt’i olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!” (ən-Nəml, 36-37). Bu zaman Bilqeys sonrakı addımı atır. O, öz qövmündən böyükləri və baş bilənləri toplayıb Süleyman (ə.s) peğəmbərin yanına gedir ki, məsələni sülh yolu ilə həll etsinlər, əqidə və mülk məsələsində də ortaq məxrəcə gəlsinlər.
5. Bilqeysin ağlı və zəkası. Beləki, Bilqeys Səbadan Süleymanın olduğu yerə, Qüds şəhərinə getməli idi. Bu məsafə isə 3 aya qət olunurdu. Süleyman peyğəmbər də (ə.s) Bilqeysin ağıl və zəkasını yoxlamaq istədi, həm də Onda (ə.s) olan Allahın verdiyi var-dövləti Bilqeysə göstərmək istəyirdi. Hansı ki, Süleymanda olan, var-dövlət və malikanə heç kimdə yox idi. Süleymanın tabeliyində hətta heyvanlar və cinlər də var idi. Süleyman (ə.s) öz əsgərlərinə belə əmr edir; “(Süleyman) dedi: "Ey ə’yanlar! Onlar müt’i vəziyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər? Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: "Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, e’tibarlıyam! (Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-gümüşə, lə’l-cəvahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)" (Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: "Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!" (ən-Nəml, 38-40). Süleyman (ə.s) Bilqeysin ərşini qarşısında hazır görüncə nə öz qüdrətilə, nə də öz ordusu ilə qürrələnmədi. “(Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: "Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun ne’mətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin ne’mətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyildir, kərəm sahibidir!" (Allah dünyada qədirbilənə də, nankora da, mö’minə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!) (Süleyman) dedi: "(Bəlqəsin) taxtını tanımaz hala salın, görək onu tanıyacaq, ya yox?!" (Bəlqis) gəldikdə ona: "Taxtın bu cürdürmü?" - deyildi.” (ən-Nəml, 40-42). Süleyman (ə.s) bilərək belə çətin bir sual verir ki, Bilqeysin düşüncəsini və zəkasını yoxlasın. Bilqeys isə öz ərşini və malikanəsini görüb tanıyır, amma düşünür ki, O, bunların hamısını ordusuna tapşırıb gəlib. Desəki bəli bu mənim ərşimdir, düzgün çıxmaz. Belə qısa müddətə onun ərşi burda ola bilməz. Amma desəki bu o deyil. Onda yaddaşının və ağlının zəifliyini göstərəcək. Ola bilsin ki, onun hal-hazırda olduğu məmləkətdə bu mümkündür. Ona görə də Bilqeys belə cavab verir; “"Sanki odur!" - deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi: ) "Bizə ondan daha öncə (tövhid haqqında) elm verilmiş və biz (ondan daha qabaq Allaha) müt’i (müsəlman) olmuşuq!" (ən-Nəml, 42). Bilqeys, kafir və Allahsız bir millətin arasında yaşasa da, onun ağlı və zəkası var idi. Bu da sübutdur ki, ağlı və zəkası olan insan, Allahın hidayət nurunu və çıxış yolunu gördükdə tez qəbul edir. Qurani Kərim Bilqeysin kafir olmasının səbəbini də bildirir; “(Süleyman) ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi. (Yaxud Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə mane olmuşdu). Çünki o, kafir bir tayfadan idi.” (ən-Nəml, 43). Süleyman (ə.s) ona gözəl bir sürpriz hazırlayır. O (ə.s), Bilqeysə xrustaldan tikilmiş və fundamenti suyun üstündə duran bir saray tikdirir. Bilqeysə - daxil ol – dedikdə, Bilqeys elə bilirki sudan keçəcək və o ətəyini bir az qaldırır ki, islanmasın. Bilqeys heç suya dəymədiyini gördükdə dəhşətə gəlir. Süleyman (ə.s) ona həqiqəti açıqlayır. “O (Süleyman): "Bu (su deyil) büllurdan tikilmiş (şəffaf) bir saraydır!" - dedi”(ən-Nəml, 44). Bu cür heyrətləndirici mənzərəni görən Bilqeys, Allahın Süleymana (ə.s) verdiyi mülkə heyran olur və Rəbbinə üz tutaraq ; “(Bəlqis) dedi: "Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (ən-Nəml, 44). Bilqeys bu qədər mülkü və Süleymanın qüvvətini görsə də, O, Süleymana tabe oldum demir. O hər şeyin sahibi olan Rəbbini dərk edir və Rəbbi üçün müsəlman olmasını elan edir.
Beləcə Allahu Təalanın bizə nazil etdiyi bu hekayədə biz bir çox ibrətamiz hikmətlərə rast gəlirik. İki dövlət arasında olan əlaqə və münaqişə, hökmdarların hansı siyasətlə hərəkət etməsi, müharibənin mənfi nəticələrindən uzaq olmaq üçün düzgün addım atılması, ölkədə şura edilməsi və hamının rəyi soruşulması və sairə kimi başqa ibrətlər var bu hekayədə.







Mənbə; www.islamweb.net – dən tərcümə olunub.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka