Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ALLAHIN NEMƏTINƏ ŞÜKR ETMƏK

[ Aktual / 4059 dəfə baxılıb ]   
|
 
Ey Müsəlmanlar! Allah qullarına uca nemətlərindən bolca vermışdir. Allah Təalanın əli boldur, heç bir nəfəqə (sərf etmə) onu azaldmaz. Rizqləri paylayır, bolca verir və dilədiyini hesabsız şəkildə rizqləndirir. Qullarını müsibətlərlə imtahan elədiyi kimi, nemətlərlə də imtahan edir. "Dözüb-dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı yoxlamaq məqsədilə Biz sizi xeyir və şərlə, [sağlamlıq, var-dövlət, cah-cəlal və xəstəlik, yoxsulluq və ehtiyacla] sınağa çəkərik. Və siz, [qiyamət günü əməllərinizin əvəzini almaq üçün] ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!" (Əl Ənbiya 21/35) Allah bütün nemətləri verəndir. Bolluğun fitnəsi darlığın fitnəsindən daha böyükdür. Bolluq fitnəsinə düçar olan səbrə və şükrə möhtacdır. Fağırlıq və zənginlik imtahan növləridir. Səbr və şükr: Rəbbin əmrində və qadağasında, qəza və qədərində qul üçün lazımlıdır. Təqva bu ikisi üzərində qurulmuşdur. Allah Sübhanahu, şükrü iman ilə bırlıkdə anaraq belə buyurmuşdur: "Əgər siz şükr etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə lazımdır? Allah şükrə qiymət verən və hər şeyi biləndir!" (ən-Nisa 4/147)
Allah Sübhanahu, yaradılış qayəsinin şükr olduğunu bildirir. "Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz, [dərk etmədiyiniz] halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, [Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub,] bəlkə şükr edəsiniz." (ən-Nəhl 16/78). Razılığını Ona şükr etməkdə bildirmişdir. "Əgər [Allahın nemətlərinə] şükr etsəniz, sizin bu şükrünüz Ona xoş gələr." (əz-Zümər 39/7) Allah gecəni və gündüzü düşünmə və şükr etmək üçün yaradmışdır. "[Allahın qüdrətini həmişə] yada salmaq və [nemətlərinə] şükr etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur. " (əl-Furqan 25/62) Qulları Ona şükr edənlər və Ona qarşı nankorluq edənlər olaraq iki yerə ayrılmışdır. "Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor. [Bu onun öz işidir.]" (əl-İnsan 76/3) Yenə Allah Sünhanahu şükr edənin ancaq Ona ibadət etdiyini, şükr etməyənlərin isə Ona ibadət edənlərdən olmadığını xəbər verir. "Əgər Allaha ibadət edirsinizsə [bu nemətlərə görə] Ona şükr edin!" (əl-Bəqərə 2/172) Allah, yerüzü əhlinə göndərdiyi ilk elçini şükr edən olmaqla öyərək belə buyurmuşdur: "Ey Nuhla birlikdə [gəmiyə] mindirib apardığımız [tufandan xilas etdiyimiz] kəslərin nəsli! Həqiqətən Nuh [Allahın nemətlərinə] çox şükr edən bir bəndə idi." (əl -İsra 17/3) Qulu Musaya da ona verdiyi peyğəmbərlik və Allah ilə danışma nemətini şükürlə qarşılamasını əmr edər və belə buyurur: "Allah belə buyurdu : " (əl-Əraf 7/144) Allah dostu İbrahimi (ə.s) nemətlərinə şükr etməsi səbəbiylə öymüşdür. "Həqiqətən İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam [rəhbər] idi. O heç vaxt müşriklərdən olmamışdı. O Allahın nemətlərinə şükr edənlərdən idi. " (ən-Nəhl 16/120-121) Allah Davuda (ə.s) şükr etməsini əmr etmişdir. "Siz ey Davud ailəsi! [Allaha] şükranlıqla itaət edin. [Bu nemətə şükr edin!] Bəndələrimdən [nemətlərimə] şükr edəni azdır." (əs-Səbə 34/13) Süleyman əleyhissəlam da, sükr edənlərdən olması üçün Rəbbinə dua etmişdir: "Pərvədigara! Mənə, mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham, [qüvvət] ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin sırasına daxil et!" (ən-Nəml 27/19) Allah, Rəsulu Məhəmmədə (s.ə.s) şükr etməsini əmr edər: "Xeyr, yalnız Allaha ibadət et və [Onun nemətlərinə] şükr edənlərdən ol!" (əz-Zümər, 39/66) Loğmana da şükr etməsini əmr edər: "Həqiqətən, Loğmana : "Allaha şükr et!"- deyə hikmət verdik." (Loğman 31/12)
Rəbbimizin insana əmr etdiyi ilk nəsihət, Allaha və ana-atasına şükr etməsidir. "[Biz insana buyurduq]: "Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir!" (Loğman 31/14) Peyğəmbərlər, qövmlərinə şükrü əmr edər. İbrahim əleyhissəlam, qövmünə belə deyir : "Ruzunu Allahdan diləyin. Ona şükr edin, Ona tapının." (əl-Ənkəbut 29/17) Ancaq şükr edən kimsə, ayələrdən və ibrətlərdən dərs alır. Allah Sübhanahu belə buyurur : "Biz Öz ayələrimizi [nemətlərimizə] şükr edən bir tayfa üçün belə müfəssəl izah edirik." (əl-Ə'raf 7/58) Allah Təala, Ona həmd və səna etməmiz üçün üzərimizə nemətlər yağdırmışdır. Belə buyurur : "Təmiz [halal qənimətlərdən] ruzi verdi ki, bəlkə, şükr edəsiniz!" (əl-Ənfal 8/26) Şükr, Peyğəmbərin (s.ə.s) səhabələrinə vəsiyyətidir. Peyğəmbər (s.ə.s) belə buyurur : "Ey Muaz! Mən səni sevirəm. Hər namazın ardından "Allahım! Sənə zikr etmək, şükr etmək və gözəlcə ibadət etməkdə mənə yardım et!" deməyi əsla tərk etmə!" Qulun Allahın nemətlərini əldə etmək üçün Ona şükrlə dua etməsi, duaların ən fəzilətlilərindəndir. Şeyxulislam bİn Teymiyye rahimahullah belə deyir : "Duanın ən fəzilətlisini düşündüm; onun "Allahım! Sənə şükr etmək, zikr etmək və gözəlcə ibadət etməkdə mənə yardım et!" duası olduğunu gördüm."
Şükr əhli, Allahın qulları arasında Onun nemətinə nail olanlardır. Yenə onlar, fitnələr anında sarsılmazlar. "Halbuki geri dönən şəxs, Allaha heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verər." (Al-i İmran 3/144) Allah düşməni İblis; şükr məqamının dəyərini və onun ibadətlərin ən yüksəklərindən olduğunu anlayınca bütün qayəsini, insanları şükrdən çəkindirməyə çalışmaq olaraq göstərmiş və belə buyurmuşdur: "Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!" (əl-Ə'raf 7/17) Peyğəmbərimiz (s.ə.s) insanlar arasında Rəbbinə ən çox şükr edəndir. Dünyadan köçdüyündə, yeməyə doymamışdır. Aclıqdan qarnına daş bağlamışdı. Keçmiş və gələcək günahları bağışlandığı halda ayaqları partlayıncaya qədər gecə namazı qılardı və belə buyurardı : "Şükr edən bir qul olmayımmı?" Davud əleyhissəlam gecənin yarısında yatar, üçdə birində ibadətə qalxar və qalan altıda birində yenə yatardı. Allah əzzə və cəllə ona belə buyurdu : "Siz ey Davud ailəsi! [Allaha] şükranlıqla itaət edin. [Bu nemətə şükr edin!]" (əs-Səbə 34/13)
Şükr, əzabdan əmin olmanın yoludur. Allah əzzə və cəllə belə buyurur : "Əgər siz şükr etsəniz və iman gətirsəniz sizə əzab vermək Allahın nəyinə lazımdır?" (ən-Nisa 4/147) Allah, Lutu (ə.s) əzabdan şükr etməsi səbəbiylə qurtarır. "Dərgahımızdan bir lütf olaraq Biz [nemətimizə] şükr edəni belə mükafatlandırırıq." (əl-Qəmər 54/35) Səbə qövmü Allahın nemətlərini inkar edib üsyan ilə qarşılıq verincə, Allah onlardan o nemətləri alır və onlara müxtəlif əzablar daddırır. "Onların iki [gözəl] baxçasını tikanlı, acı meyvəli, [içərisində] yulğun ağacları və bir az da sidr ağacı olan iki baxçaya çevirdik. Onları nankorluqlarına görə belə cəzalandırdıq." (əs-Səbə 34/16-17) Səbə surəsində izah olunan baxça sahibləri, Allahın nemətlərini nankorluqla qarşılarlar və kasıbların onlardan uzaqlaşdırarlar. Qələm surəsində izah olunan baxça sahibləri, Allahın nemətlərini nankorluqla qarşılarlar və fağırları onlardan çəkindirirlər. Bunun üzərində sahib olduqları bir qaranlıq gecəyə dönərək boşa gedir. Fudeyl ibn İyad belə deyir : "Nemətlərə şükr edin. Çünki bir topluluqdan alındıqdan sonra onlara geri dönən nemət çox azdır."
Qulları arasında Allahın nemətlərinə şükr edənlər olduqca azdır. Allah Təala belə buyurur: "Bəndələrimdən [nemətlərimə] şükr edəni azdır!" (əs-Səbə 34/13) Allaha yaxınlaşdırmayan hər nemət əslində bir cəzadır. Şükr, mövcud nemətləri qoruyucu və mövcud olmayan nemətləri çəkicidir. Əli ibn Əbu Talib (r.a) bələ deyir: "Nemət şükrə, şükr də artışa bağlıdır. Şükr kəsilənə qədər Allahın artışı kəsilməz. Qulun Allah qatında bir məqamı olur və onu qoruyur və o məqamda qalırsa, sonra ona verildiyinə görə Allaha şükr edərsə, Allah ona o məqamdan daha şərəflisini verir. Əgər şükr etməzsə, Allah onu yavaş-yavaş əzaba yaxınlaşdırar." Həsən (r.a) belə deyir : "Allah dilədiyinə nemət verir. Əgər o nemət səbəbiylə şükr etməzsə onu əzaba çevirir." Sən Ona üsyan etdiyin halda Rəbbinin sənə nemətlərini arxa-arxaya verdiyini görsən diqqət et! Allah Təala belə buyurur : "[Ya Peyğəmbər!] Artıq bu kəlamı [Quranı] yalan sayanları Mənə tapşır. Biz onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik." (əl-Qələm 68/44) Sufyan belə deyir: "Üzərlərinə nemətləri yağdırır və onları şükürdən uzaqlaşdırır." Kim ki, şükrlə rizqlənmişsə, nemətlərin artması ilə rizqlənmişdir. "(Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: "Əgər (Mənə) şükr etsəniz, sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz, unutmayın ki, Mənim əzabım, həqiqətən şiddətlidir!" (İbrahim 14/7) Əbu Kulabə (r.a) belə deyir : "Şükr etsəniz heç bir dünyalıq sizə zərər verməz." Uca Allah nemətlərin şükr etməyən qullarını pisləmişdir. "İnsan öz Rəbbinə qarşı çox nankordur." (əl-Adiyat, 100/6)
Ey müsəlmanlar! Allaha şükr etmək və Ona ibadət etməklə qula, dünyanın və axirətin qapıları açılır. Allah Təala belə buyurur : "Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz Peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqları günahlara görə məhv etdik." (əl-Əraf, 7/96) Allaha şükür; qəlblə, dillə və digər əzalarla olur. Nemətlərin yaradıcısına nisbət edərək qəlb ilə şükr edilir. Allah Təala belə buyurur : "Sizə gələn hər bir nemət Allahdandır." (ən-Nəhl, 16/53) Nemətləri bağışlayan Allaha çoxca şükr edərək dil ilə şükr edilir. Allah Rəsulu (s.ə.s) belə buyurur: "Əlhəmdulilləh (Allaha həmd olsun) mizanı (tərəzini) doldurur." Bu hədisi Buxari və Muslim rəvayət edir. Həmd, şükrün başıdır və Allahın kitabındakı ilk ayədir. "(Bu dünyada hamıya) rəhmli, (axirətdə isə ancaq möminlərə) mərhəmətli olan Allahdır." (əl-Fatihə,1/2) Allah Peyğəmbərinə (s.ə.s), Allahın nemətlərini anladmasını əmr edər və belə buyurar: "Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!" (əd-Duha, 93/11) Əzalarla şükr isə, onları Allah rizasında istifadə etməklə olur. Onları Allahı qəzəbləndirəcək işlərdə və Ona üsyanda istifadə etməməklə olur. Bu səbəblə gözün şükrü, onunla Allahın haram etdiyinə baxmamaqdır. Dilin şükrü, dillə haqqı və doğrunu danışmaq va bundan başqasını danışmamaqdır. Qulaqların şükrü onunla qeybət, iftira və haram olan şeyləri dinləməməkdir. Allah ana-ataya da şükr etməyi əmr edərək belə buyurur: "Biz insana buyurduq: Mənə və ata-anana şükr et". (Loğman, 31/14) Onlara yaxşılıq etmək, onlar üçün dua etmək, razılıqlarını qazanmağa çalışmaq və onlara şəfqət qanadlarını açmaq lazımdır. İnsanların ən xöşbəxti, nemətləri, Allaha və axirət gününə gedən yolda vasitə edəndir. Ən bədbaxtı isə, Allahın nemətləri ilə öz hiss və həvəsinə çatandır. Qovulmuş şeytandan, Allaha sığınıram: "Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın nemətlərinə və mərhəmətinə) şükr etməz!" (Yunus, 10/60) Ey müsəlmanlar! Rəbbimiz, şükr sifətinə sahibdir və qullarından özünə ən sevimli olanı şükür sifəti ilə nemətləndirir. Eyni şəkildə, qullarından Ona ən sevimsiz olanı, şükür sifətinə sahib olmayan və Onun tərsi olan sifətə sahib olandır. Allah Təala şükrün qarşılığını verir və şükr edənləri sevir. Allaha şükr etmənin bir növü də, Onun qullarından sənə yaxşılıq edənə təşəkkür etməndir. Rəsulullah (s.ə.s) belə buyurur : "İnsanlara təşəkkür etməyən Allaha şükr etməz." Bu hədisi İmam Əhməd rəvayət edir. Sən bir kimsəyə yaxşılıq etsən, ondan təşəkkür gözləmə, Allahdan savab istə! Allahın verdiyi rizq ilə kifayətlən ki, insanların ən çox şükr edəni və Allaha ən çox həmd və sənada bulunanı olasan. Bax bu ibadətlərin ən yüksəklərindəndir. Rəsulullah (s.ə.s) belə buyurur : "Şükr edərək yeyən, səbr edərək oruc tutan kimidir." Bu hədisi Buxari rəvayət edir. Aza şükr etməyən insan, çoxa şükr etməz. Əbul-Muğirəyə "Necə sabahladın?" deyilincə belə dedi: "Nemətlərə boğulmuş və şükr edənə aciz olaraq sabahladım." "Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz." (İbrahim, 14/34) İnsanlardan heç kimsə yoxdur ki, necə şükretdiyinə baxılması üçün sağlıq və rahatlıq ilə ya da necə səbr etdiyinə baxılması üçün bir müsibətlə imtahan edilməsin! Ey Allahın qulları! Təkva ilə birlikdə səbr və şükrü bir arada edin ki, insanların ən çox ibadət edəni olun.

Allahin salamı və xeyir-duası üzərinizə olsun!

Şeyh Abdulmuhsin el-Kasım
Çevirən: Kamran Ağayev
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka