Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜSƏLMAN ÜMMƏTİ BU GÜN

[ Aktual / 757 dəfə baxılıb ]   
|
 
Bismilləhirrəhmanirrəhim


Böyük və ali bir səviyyədə olan ümmətimiz necə bu alçaqlıqlara yuvarlanıb gəldi? Bu əzəmətli ümmət necə indi dəyərsizləşib? Həqiqətən də, Peyğəmbərimizin (s.a.s) təsvir etdiyi ümmətin gələcək vəziyyəti indi baş verir. Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki; “Başqa millətlər sizin üzərinizə elə gələcəklər ki, vəhşi (heyvanlar) yeminin üzərinə gələn kimi. (Səhabələr) Dedilər; Bu, bizim o zaman az olmağımızdandırmı, ya Rəsulallah? Dedi: Əksinə, siz o zaman çox olacaqsınız. Lakin selin (axıb) gətirdiyi çör-çöp kimi. Allah, düşmənləriniz qəlbindən sizə qarşı olan qorxunu çıxaracaq, sizin qəlbinizə “vəhn” salacaq. Dedilər; Vəhən nədir ya Rəsulallah? Dedi: Dünyaya sevgi və ölümə nifrət”.

Beyinlərini və ruhlarını qərb mədəniyyəti yemiş bəzi rəzil və cılız insalar elə bilirlər ki, müsəlmanların geri qalması onların İslamdan yapışıb durması nəticəsində olub. Bir vaxtlar İslam, inkişaf və irəliləmə hərəkatı ilə davam edən bir mədəniyyət idi. Bu, o zamanlar və o millətlərə aid idi. İnkişaf müddəti dayandıqdan sonra, başqa inkişaf mədəniyyəti gəldi və İslam geridə qaldı. Artıq yeni əsrin və modern həyatın tələbatlarını ödəməyən İslam dini, heç nəyi inkişaf etdirə bilməz. Biz artıq qərbin mədəniyyətinə uymalıyıq. Bütün bunlar, xülyalara dalmış və onu-bunu təqlid etməkdən başqa heç nə bacarmayan şəxsiyyətlərin sözləridir.

Halbuki, geridə qalan və inkişaf edə bilməyən, İslam deyil müsəlmanlar olub.
Onlar İslamdan yapışdıqlarına görə deyil, onlar İslamdan ayrıldıqlarına görə və İslama yeni uydurmalar əlavə etdiklərinə görə geri qaldılar. İslam isə haqq, düzgünlük və inkişaf yolu olaraq qalır.

Müsəlmanlarda İslamdan bəzi zahiri şəkillər qalsa da, onlar İslamın həqiqətindən çox uzaqlaşdılar və buna görə onlar geridə qaldılar, inkişaf etmədilər. Onların yalnız dilləri “Lə iləhə illəl-lah, Muhəmmədən Rəsulullah” nitq edə bildi. Amma bunun mənasını ürəkləri ilə dərk edə bildilərmi?

Onlar bəzi ibadətləri sadəcə hərəkətləri ilə təkrarladılar, amma bu ibadətlərin və ərkanların mənasını dərk edə bildilərmi, faydasını aldılarmı?

Dinin bəzi qanunları onlarda adət-ənənə kimi qaldı. Bu qanunlar insanın ruhuna toxunmursa yalandan ona nə fayda verər?! Bu yalançı adətlərlə yaşayan müsəlmanlar düşmənlərinin qarşısında necə dayan bilər?

Onlar yalnız “Allah bizi qalib edər!” ümidləri ilə yaşadılar. Ümidlər və röyalar ümmətin aktual həyatında nə dəyişəcək?!

Zaman keçdikcə, İslami məfhumlar və İslam mədəniyyəti ümmətin daxilində yox olmağa başladı. Həyat dolu və bütün həyata məna verən “Lə iləhə illəl-lah” kəliməsi, sadəcə dillərdə və ağızlarda gəzən söz oldu. İnsanın bütün əməllərini, davranışlarını, fəaliyyətlərini, əxlaqını və sairə əhatə edən ibadət məfhumu, yalnız təkrarlanan kukla hərəkətləri ilə yadda qaldı. Həyata və insanların fəaliyyətinə təkan verən “qəza və qədər” və Allaha təvəkkül ideologiyası, indi müsəlmanlara tənbəllik gətirən bir fraza oldu. Allaha təvəkkül edib, yerlərindən tərpənmək istəmədilər. Dünya ilə Axirət arasında müvazinat yaradıb, dünya nemətlərindən yararlanıb Axirəti qazanmaqdansa, dünyaya bağlanıb qaldılar. Başlarına gələn bəlalar və müsibətləri belə dəyişməyə cəhd etmədilər ki, bu Allahın qədəridir, bir şey etsək Allah qəzəblənər. Elmi inkişaf dayandı, xəstəliklər yarandı, zəifləmə prossesi davam etdi və müsəlmanlar bu günə düşdülər.

Budurmu İslam?! Yoxsa bu, İslamın həqiqətinə zidd olan başqa bir surətdir?! Həqiqət və onun ziddi eyni anda eyni nəticəyə gətirib çıxararmı heç?!

İslam həqiqətdə insanı qüvvətli, təmiz, əxlaqlı, elmli və mədəniyyətli olmağa çağırır. Onu pisliklərdən və rəzilliklərdən uzaqlaşdırmaq istəyir. Müsəlmanların etdikləri isə bütün bunlara ziddir, necə inkişaf edə bilərlər?!

Belə olduğu halda da, əlbəttə müsəlmanlar zəifləyir və alçalırlar. Düşmənlər isə hər tərəfdən müsəlmanlara hücum edir və hər cür şəkildə onları yenməyə çalışırlar. Əvvəl əraziləri işğal edirlər, sonra onlar arasında ayrı seçkilik və çaxnaşma salırlar, sonra onların əxlaqlarını pozurlar və sonra beyinlərində fikirlərini dəyişirlər. Müsəlmanlar isə İslamdan nə qədər uzaqdırlarsa, bir o qədər də pis vəziyyətə düşürlər.

Onlar həmişə İslamda olduqlarına görə belə geri qaldıqlarını düşünürlər. Əslində isə onlar yapışıb tutduqları şeyin İslam olduğunu düşünürlər. Bu isə, pulun surətini verib bazara göndərilən adamın misalına oxşayır. Əlində tutduğunun pul olduğunu sanır və onu buraxmadan bazara qaçır. Amma bazara çatanda əlindəkinin faydasız olduğunu görüb pula nifrət edir.

Müsəlmanların həqiqət saydıqları yalanlar bunlardır:
Onlar – iman qəlbin təsdiqi və inamı deməkdir – fikrinə haqq qazandırdılar. Əməllər isə imanda bir şey dəyişmir deyə, özlərini mömin hesab etdilər.
Əyilib qalxıb, ac qalıb, puldan bir hissəsini verib, sonra Həccə gedib gəlməyi ibadət saydılar və sanki ibadət bunlarla tamamlanır kimi, başqa iş görmədilər.
“Lə iləhə illəl-lah” kəliməsini sadəcə dildə tələffüz olunan söz kimi istifadə etdilər və yalandan məscidə gedib əyilib qalxdılar. Amma məsciddən çıxandan sonra ticarətdə insanları aldatdılar, rüşvət aldılar, əhdlərini yerinə yetirmədilər, etdikləri işi tamamlamadılar, düzgün yola yönləndirmədilər, başqalarını pisliklərdən çəkindirmədilər, ailələri ilə pis davrandılar, ətraflarında olanlarla maraqlanmadılar, Allahın verdiyi malın haqqını vermədilər və s.
Bu şəkildə və bu surətdə ibadət etmək Axirət üçün hansı faydanı kəsb edir?! “Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar)” (əl-Məun, 4-5)
O qədər qəflətdə oldular ki, elə bildilər məhz müsəlman olduqları üçün Allahu Təala daim onlara kömək edəcək və onları həmişə düşmənlərinin üzərində zəfərə aparacaq. Halbuki, Allahu Təala buyurub ki; “Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.” (Muhəmməd, 7) Lakin Allah deməyib, siz həmişə mömin və müsəlman qalsanız, halınız nə olur olsun mən sizə kömək edəcəm.

Müsəlmanlar, Rəsulullah (s.a.s) aralarında ola-ola Uhud savaşında yeniliblər, çünki onlar Rəsulullahın (s.a.s) əmrinə tabe olmadılar. Onlar Hüneyn günü, öz çoxluqlarından razı olan halda, Rəsulullah (s.a.s) hələ aralarında sağ ikən, yenildilər. Bəs indiki zamanda günahlar baş alıb gedərkən, müsəlmanlar hansı qələbəni gözləyirlər?!

Ey müsəlman ümməti Allahın vədini unutmayın. “Bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən ne’məti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi ne’məti dəyişən (pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir!” (Muhəmməd, 53)











Mənbə :“Dünyada baş verənlər İslamın gözüylə” kitabından tərcümə olunmuş bir parçadır.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka