Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NƏ AXTARIRSAN?

[ Aktual / 382 dəfə baxılıb ]   
|
 
Bismilləhirrəhmanirrəhim


Yer üzündə ən qiymətli sarayı sənə versələr, onun müqabilində gözlərini verə bilərsənmi? Yaxud səni bir ölkəyə başçı seçsələr, qollarını verə bilərsənmi?Yaxud da sənə ömrünün sonuna qədər kifayət edən mal dövlət versələr, bunun müqabilində ayaqlarını verə bilərsənmi? Sən dünyada olan hər şeyin müqabilində bədəninin bir üzvünü də verməyə razı deyilsən, sən bədəninin qiymətini bilirsənmi?
Sən səndə olan ən dəyərli nemətlərə göz yumub hansı malın arxasınca qaçırsan, sonra da əldə edə bilmədiyin şeyə görə narazılıq edirsən?! Sanki Allah səni bütün nemətlərdən məhrum edib kimi halından şikayətlənirsən.
Qurani Kərimdə buyurulur ki, “Allahın nemətlərini hesablasanız,sayıb qurtara bilmərsiniz.” (ən-Nəhl, 18)
Peyğəmbərimiz (s a s) buyuru ki, “ Adəm oğlunun 2 dərə qızılı olsa 3- cüsünü də istəyər.”
Həqiqətən də insan Allahın buyurduğu kimidir: “Həqiqətən insan öz Rəbbinə qarşı nankordur.”
Madam ki, böyük mənfəət axtarırsan, çoxlu xeyir əldə etmək istəyirsən, bunun yolunu sənə xatırladım. Səhabələrdən biri Peyğəmbərimizdən (s a s) soruşub ki; “Ya Rəsulallah! Ən fəzilətli (xeyirli) əməl hansıdır? Peyğəmbər (s a s) buyurub ki; “Namazı vaxtında qılmaq.”
Bilirsənmi, ağlına gətirə biləcəyin ən xeyirxah işlər varsa, namazı vaxtında qılmaq onların hamısından üstün sayılır. Gündə 5 dəfə namaz qılaraq sən nə qədər xeyir və mənfəət əldə edə biləcəyini dərk edirsənmi?
Biz dünyada maddi br mənfəəti vaxt itirmədən tez bir zamanda əldə etməyə can atırıq. Bəs bu mənfəətləri bizə bəxş edən Rəbbimizin çağırışını eşidirikmi? Onun hüzurunda vaxtı-vaxtında olmağa can atırıqmı? “Həqiqətən namaz, möminlər üçün vaxtı dəqiq təyin edilmiş bir əmrdir”-buyurubdur Allahu Təalə. (ən-Nisa, 103)
Ey müsəlman qardaşım və bacım! Qəlbində Allaha məhəbbət olan həqiqi mömin bəndə, könlündən gələn bir həvəslə yönəlməlidir namaza. Allahın hüzurunda dayanmaqdan, və onunla əlaqə saxlamaqdan doymamalıdır. Bir namazı bitirərkən o biri namazı səbirsizliklə gözləməlidir. Heç bir şey bizi, Allahın əmrinə tabe olaraq Onun hüzurunda vaxtında olmaqdan yayındırmamalıdır. Əslində Allaha yönəlməyə və onunla əlaqə bağlamağa daha böyük əhəmiyyət və rəğbət göstərsək, Allah Ona olan yolları bizim üçün asanlaşdırar.
Bizdə olan bütün nemətləri bizə bəxş edən Rəbbimizin hüzuruna vaxtında getmək, bunun qarşılığında ən yüksək savabı və mükafatı əldə etmək və Allah qatında yüksək bir məqama nail olmaqdan məhrum olmağımızamı narahat olaq, yoxsa dünyada hansısa bir maddi mənfəəti vaxtında əldə edə bilmədiyimizə narazılıq edək?!
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka