Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖZÜNDƏN RAZI OLMAQ VƏ YAXUD QÜRRƏLƏNMƏK

[ Aktual / 536 dəfə baxılıb ]   
|
 
Bismilləhirrəhmanirrəhim


Hamımız bu təhlükəli halla üzləşirik. Demək olar ki, istisnasız olaraq hər birimiz etdiyimiz əməllərə, həyata keçirtdiyimiz nailiyyətlərə və ya dediyimiz sözlərə görə nə vaxtsa daxilimizdə razılıq hissi keçirmişik, qürrələnmişik. Buna adət edən insanlarda artıq qürrələnmə xəstəliyi yaranır. Fikirləşirsiniz ki, biz bunu niyə təhlükəli hal və xəstəlik kimi qələmə verdik? Bu həqiqətən də belədir. Ənəsdən (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur: “Üç həlak edici şey vardır. İtaət (səviyyəsinə çatan və əl çəkilməz) olunan paxıllıq, nəfsə (istəklərinin hamısına) tabe olmaq və insanın özündən razı qalması.” (Albani həsən etmişdir).

Allahu Təala da Qurani Kərimdə Ət-Tövbə surəsinin 25-ci ayəsində belə buyurur: “Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (vuruşu) günündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu (yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi), sonra dönüb qaçdınız.”
Ayədən məlum olur ki, səhabələr Hüneyn günü saylarının çox olmasından qürrələnmişdilər, lakin bu onlara kömək olmadı.

Özündən razı olma daxildən gələn bir hissdir. İnsan öz yüksək səviyyəli vəzifəsi və işi ilə, yaxud təklif etdiyi gözəl rəyləri və fikirləri ilə, yaxud malı-dövləti ilə və sairə kimi şeylərlə özündən razı ola bilər. Burada təhlükəli olan odur ki, insan bunları özünə xas edir və kamillik dərəcəsinə çatdığını düşünür.

İmam əl-Qəzali (Allah rəhmət eləsin!) deyib ki: “Razı olma, bəndənin özünə izzətli və əzəmətli kimi baxmasıdır.

İmam əl-Qurtubi deyir ki: “Bu (özündən razı olma), Allahın nemətini unutmaqla, insan özünü kamil və yaxşı kimi saymasıdır.”

Şeyxul İslam İbn Teymiyyə (Allah rəhmət eləsin!) isə deyir ki: “(Nəfsindən razı olma): İnsan nəfsini (özünü) Allaha şərik qoşmasıdır. Özündən razı olan şəxs, Allahın (Sənə güvənirik – Fatihə surəsindəki) sözlərini təsdiq etmir. Çünki o insan öz qüdrətinə və bacarığına güvənir. Hər bir şeyi öz etdiyi kimi sayır. Etdiyi işin nəticəsini əldə etdikdə isə, öz bacarığını daha böyük görür. Özü öz gözündə böyüyür və özünə güvənməyə (dayanmağa) başlayır. Unudur ki, Allah ona bu yolları açmasaydı, o heç bu səviyyəyə çatmazdı.”

Müsəlman qardaşım və bacım! Bu xəstəliyin özəyi ondan ibarətdir ki, insan qəlbinin dərinliklərində düşünür ki, həyata keçirtdiyi nailiyyətlərdə və etdiyi xeyir əməllərdə çox əhəmiyyətli və böyük rol oynayır. Beləcə öz əməlləri ilə fəxr edir, içində özü özündən xoşlanmağa və qürrələnməyə başlayır. Bunun nəticəsində isə, ancaq tərifi qəbul edir və heç bir nəsihət və məsləhəti qəbul etmək istəmir və heç kimə itaət etmir. Hətta ən təhlükəlisi odur ki, sonradan artıq özünü lap böyük saysın, insanlara yuxarıdan aşağı baxsın və onları küçümsəsin, alçaq saysın. Bu isə artıq təkəbbürdür, Allah özü qorusun.

Bəs necə canımızı qurtaraq?
- Müsəlman şəxs belə hisslər keçirən kimi, bu səhv fikirlərdən ürəyini təmizləməyə çalışmalıdır.
- İnsan Allahın ona bəxş etdiyi nemətləri xatırlamalıdır. Bilməlidir ki, ondan olan hər şeyi ona Allah verib. “Sizə gələn hər bir ne’mət Allahdandır.” (ən-Nəhl, 53)
“Sənə yetişən hər bir yaxşılıq Allahdandır”(ən-Nisa, 79)
“Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!” (ən-Nur, 21).
- İnsan öz əməllərindən xoşlanarkən, öz eyblərini və hansı pislikləri etdiyini xatırlamalıdır.
- İnsan daim xatırlamalıdır ki, özündən razı olma və qürrələnmə şeytandandır.
- İnsan bilməlidir ki, özündən razı olmaq Allahın qəzəbinə səbəb olur. Peyğəmbərimizin (s.a.s) belə bir hədisi var ki; “Kim özünü böyük sayarsa və qürrələnərək gəzərsə, Allahu Təala ilə üzləşərkən Allah ona qəzəbli olar.”
- İnsan unutmamalıdır ki, bir gün Allahu Təala ilə qarşılaşacaq və Allah ona bütün əməllərini və ürəyində olanları söyləyəcək. Axirət gününü xatırlaması üçün həmişə Quran oxumalıdır.
- Təqvalı və səmimi insanlara yoldaşlıq etməlidir. Özünə düzgün dostlar və tanışlar seçən insan bu xəstəliyin qarşısını ala bilər.

www.islam-online.net saytından tərcümə olunub.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka