Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

"SEVGİLİLƏR GÜNÜ"

[ Aktual / 6408 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim


 


Hər il aktual olan bu mövzuya dəfələrlə toxunulur. Azərbaycan xalqına və müsəlmanlara xas olmayan bu bayrama hər dəfə etirazlar olur, radio və televizorlarda danışılır, qəzet və jurnallarda məqalələr dərc olunur və hamı narazılığını bildirir. Ancaq çox təəssüf ki, bunun heç bir təsiri olmur. Sanki bütün bunları sadəcə üzdə görünmək üçün edirlər.


Bu bayramın Azərbaycan millətinə yaraşmayan bir bayram olduğunu həmişə eşidirik və oxuyuruq. Ancaq bundan daha önəmlisi odur ki, bu bayram bizim əqidəmizə, etiqadımıza, imanımıza və mənəviyyatımıza uyğun olmayan bir şeydir. Buna görə də, "sevgililər günü" ətrafında, dini nöqteyi nəzərdən müzakirə aparmaq daha münasib olar.


İslam dinində yalnız iki bayram vardır, onlar Ramazan və Qurban bayramıdır. Bu iki bayramdan başqa heç bir münasibəti bayram etmək olmaz. "Sevgililər günü" bayramı və yaxud bu günü qeyd etmək şəriətimizə görə qadağandır. Birincisi bu bayram İslam şəriəti qanunlarına ziddir və ikincisi bu bayram İslam aləminə qərbdən və qeyri müsəlman ölkələrdən gəlib. Əslində sevgi və məhəbbət, İslamın qorumağa çalışdığı dəyərlərə bir vasitədir. Sevginin ən yüksək mərtəbəsi birinci Allahı və sonra Onun Rəsulunu (s.a.s) sevməkdir. Ondan sonra bütün müsəlmanlara, ailəyə, övladlara, valideynlərə və insana həyatda dəyərli olan başqa kimsələrə də sevgi vardır.


İslam dini sevgi, məhəbbət, istək, mərhəmət, alicənablıq, birlik və xeyir dinidir. Allahu Təala Qurani Kərimdə "Həqiqətən möminlər qardaşdırlar" deyir. Bununla Uca Allah bizi bir qəlbdə və bir kölgə altında toplayır. Lakin bütün sevgilər eyni deyil, sevgilərdən də İslam səriətinə zidd olanları vardır.


İslam dinində xüsusi münasibətlərə və tarixlərə qadağa yoxdur, hansı ki, bizləri birləşdirir və aramızda məhəbbət yaradır. Lakin qərbdən gəlmiş və qərbə xas olan xüsusi tarixlər, hadisələr və bayramlar bizdə qeyd olunmamalıdır. Xüsusilə də sevigililər günü, hansı ki, bütün sevgini bir gündə cəm edib qeyd edir. İslam dini isə insanı həyat boyu sevgi və məhəbbətlə yaşamağa çağırır. Müsəlmanlara isə bu cür günləri qeyd etmək heç yaraşmır, çünki bunun kimi münasibətlərdə İslama zidd olan şeylər baş verir.


"Valentin günü" və yaxud "Sevgililər günü" adı ilə məşhurlaşmış bu bayram haqqında çox hekayələr və rəvayətlər yazılıb. Bunları bir-bir burada qeyd etməyə lüzum görmürük. Ancaq bir şey çox maraqlıdır ki, bu günü qeyd etməyə hətta qərbin özündə də etirazlar olmuşdur. Avropalılar bu günü qeyd edərkən öz adətlərinə uyğun olaraq bəzi xurafatlara yol verirdilər. Kilsə papaları isə bu gündə baş verənlərin gənclərin əxlaqını pozduğunu demişlər və öz qəzəblərini bildirmişlər. Buna görə də həmin günü qeyd etmək İtaliyada yasaqlanmışdır. 18-ci və 19-cu əsrlərdə bu gün haqqında kiçik kitabçalar nəşr olunmağa başlayıb və bu günü qeyd etmək yenidən dəbə düşmüşdür.


Bütün xırdalıqlara və təfsilatlara getməyərək açıq-aydın görmək olar ki, bu bayram əslində xristian əqidəli insanların bayramı olub. Bizlər də utanmadan öz əqidəmizə yaraşmayan bir günü qeyd edirik. Əbi Səid Əl-Xudridən (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur: "Sizdən əvvəlkilərin yolunu (etdiklərini) qarış-qarış, arşın-arşın davam etdirəcəksiniz. Hətta kərtənkələ dəliyinə girsələr də onların arxasınca gedəcəksiniz. Biz dedik: Ya Rəsulullah, yəhidilər və xristianlarmı? O: Başqa kimlər?!-dedi"


"Sevgililər günü" deyilən bir bayram bizim dinimizdə və şəriətimizdə yoxdursa, bu günü qeyd edərək xurafatlara yol veririksə, gözəl dinimizin bizə buyurmadığı bir şeyi ediriksə və başqalarının etdiklərini biz də təkrarlayırıqsa, bu günün bizə nə faydası var?! Kafirlərin cığırına düşüb başı aşağı addımlayırıq, onlar nə etsələr biz də edirik, daha niyə yalandan özümüzü müsalman adlandırırıq?


Əziz və dəyərli müsəlmanlar, sonunda bir şeyi xatırlatmaq istərdik! İslam dinində heç yeri də olmayan, əsassız olaraq qərbdən bizim mədəniyyətimizə və adətlərimizə sonradan əlavə olunan və gənclərimizi əxlaqsılığa və mənasız şeylərə sürükləyən "Sevgililər günü" bayramını heç bir şəkildə qeyd etməməliyik. İstər yemək-içməklə, istər gül-çiçəklə və yaxud istər adi bir təbriklə. Bu gündə bu gün münasibətlə qeyri adi heç bir şey etmək biz müsəlmanlara yaraşmaz. Uca Allahın dediklərinə, dinimizin bizə buyurduqlarına və Peyğəmbərimizin (s.a.s) göstərtərişlərinə hörmətlə yanaşaq.


 


Allah bizi bu cür xurafatlardan qorusun!



AZERISLAM
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka