Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BU PİSLİYƏ QARŞI NƏ ETMƏLİYİK?!

[ Aktual / 3715 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim


 


Danimarkada dərc olunan qəzetdə Peyğəmbərimizə (s.a.s) istehza olaraq nəşr olunan karikaturalar, islam aləminin qəzəbini oyatdı. Böyük və müqəddəs bir millətin dininə və mənəviyyətinə toxunub, sonra buna söz azadlığı deyən Danimarka höküməti müsəlmanlardan üzr istəmədi. Sentyabr ayından davam edən bu məsələ gündəmdə qaldı, müzakirə olundu, lakin Danimarka höküməti bu məsələ ilə əlaqədar ciddi bir tədbir görmədi. Yanvar ayında isə Səudiyyə Ərəbistanı Krallığı Danimarka hökümətindən həmin qəzeti dərc edən redaksiyaya cəza verilməsini tələb etdi. Onlar buna da əməl etmədikdə, Səudiyyə Danimarkada olan öz səfirini geri çağırdı. Bununla da bir çox ərəb və müsəlman ölkələri öz qəzəb və nifrətlərini saxlaya bilmədilər. Bəzi ölkələrdə toplantılar keçirildi, bəzi ölkələrdə xalq etiraz aksiyasına qalxdı və bəzi ölkələrdə Danimarka məhsulları baykot olundu. Hazırda demək olarki bütün islam aləmində Danimarka məhsulları baykot olunur.


Bu məsələ ilə əlaqəli islam alimləri də öz rəylərini bildirmişlər. Bəzi alimlər Danimarka məhsullarının alışını qadağan etmiş və bunun haram olduğunu bildirmişlər. Bəzi alimlər isə bunun haram olması bəzi ölkələrdəki müsəlmanlara problem yaradacağından bunu məcburi şəkildə haram etməmişlər, lakin həmin məhsulları almamağı tövsiyə etmişlər. Peyğəmbərimizə (s.a.s) qarşı törədilən bu haqsızlığa qarşı ən azından hər bir müsəlmanın edə biləcəyi əməl bu ola bilər.


Fevralın 2-də "İslam-online"-a xüsusi olaraq "Əzharlılar birliyi"-nin Fransadakı üzvü Şeyx Fərhad Əl-Munəcci bildirmişdir ki; "Bunun kimi fətvalar dinində qeyrətli olan hər bir müsəlmana vacibdir. Fərqi yoxdur istər bu fətva Misirdən, istər Suriyadan, istər İndonesiyadan yaxud istər Mərakeşdən olsun. Çünki ən əsası odur ki, bu fətvanın məqsədi din uğrundadır və müsəlmanların diyarını qorumaqdır. Məncə bu fətvanı qəbul etməyən kimsənin qəlbi günah daşıyır. Çünki bu məsələ Peyğəmbərizlə (s.a.s) və onun aliliyi ilə bağlı bir məsələdir. Bu məsələyə susmaq mümkün deyil. Bu, islamın ən əsəs rəmzi və Allahu Təalanın risaləsini bütün bəşəriyyətə çatdıran Rəsulullaha (s.a.s) toxunur. Bu pisliyə hər bir müsəlman qəzəblənməlidir. Ən azından dərk etməlidir ki, bu pislik bütün müsəlmanlara təhqir kimi sayılır və müsəlmanlar edə biləcəyi ən kiçik şey, bu böyük cinayətləri törədənlərlə heç bir əlaqəyə girməməkdir."


ABŞ-ın Nyu Cersi vilayətindəki "İslam Mərkəzi"-nin sabiq sədri Şeyx Əbdül-Həmid Yusif də deyib ki; "Müsəlmanların haqqını tapdalayan və cinayətlər törədən şəxsləri baykot etmək, öz dinini əziz sayan hər bir müsəlmana vacibdir, istər tək-tək istər camaat halında olsunlar.


Əzhar universitetinin keçmiş vəkili Doktor Mahmud Aşur isə: "Bu kimi fətvalar bütün müsəlmanlara vacib deyildir. Hərənin öz ixtiyarındadır, istər fətvaya əməl edər, istər etməz" - demişdir. Doktor Aşur bir də əlavə edib ki; "Peyğəmbərimizə (s.a.s) qarşı bu pisliyi və cinayəti törədənlərə gəldikdə isə, Peyğəmbərimizə (s.a.s) sevgi hər bir müsəlman qadına və kişiyə fərzdir və buna görə də belə şeylərə qəzəblənmək lazımdır və bütün vasitələrlə müdafiə etmək borcdur."


İslam aləmi isə bacardıqlarə qədər Danimarka məhsullarını baykot edirlər. Yəmən respublikasında son günlərdə Danimarka məhsullarının alışı azalıb və hətta 50%-ə düşüb. Səudiyyə Ərəbistanı isə Danimarka məhsullarını bütün satış nöqtələrindən yığışdırıb. Birləşmiş Ərəb Əmirliklərində bir çox ticarət mərkəzləri və böyük tacirlər Danimarka məhsullarından imtina etmişlər.


Son anda Danimarka respublikası bu pisliyə görə üzr istəsə də, artıq gec olduğundan müsəlmanlar bunu qəbul edə bilmir və Danimarka məhsullarına baykoy gündən günə genişlənir.

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka