Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QƏRB HƏLƏ İNDİ OYANIR

[ Aktual / 173 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim


Sən demə, bir çox xəstəliklərin dərmanı elə sizi başa düşən həyat yoldaşınızdır. Kanadanın Toronto Universitetinin mütəxəssislərinin bir il boyunca 216 qadın və kişi üzərində apardığı araşdırmaların nəticələrindən də məlum olub ki, stresli işlərdə çalışan, ancaq həyat yoldaşı ilə isti və səmimi münasibətlərdə olan insanların təzyiqi normada olur. Tədqiqatlar 40-65 yaşlarında həkimlər, yaxud hansısa müəssisədə idarəedici və digər stresli işlərdə çalışan xəstələr üzərində aparılıb. Bir illik araşdırmalardan sonra məlum olub ki, stresli işlərdə çalışanlar həyat yoldaşlarından dəstək görəcəkləri təqdirdə qan təzyiqlərində aşağı düşmə müşahidə edilir. Tədqiqatçılar 40-65 yaşlarında az da olsa təzyiqin normaya düşməsinin çox önəmli olduğunu bildiriblər. Çünki adıçəkilən yaş qrupunda olanlar adətən qan təzyiqinin yüksəlməsindən əziyyət çəkirlər.

Bu məqalə "Gündəlik Azərbaycan" qəzetinin 3 Dekabr nömrəsində dərc olunub. Bu məqaləni oxuyan müsəlman bir anlıq İslam ədəblərini, əxlaqlarını və həyatı tənzimləyən qaydalarını xatırlayır. Allahu Təala Qur'ani Kərimdə Ər-Rum surəsinin 21-ci ayəsində buyururki: ((Sizin üçün onlarla rahatlıq tapasınız deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!)) Bunları, bu ibrətləri Allahu Təala 14 əsr əvvəl Peyğəmbərinə (s.a.s) vəhy etmişdi. Qərb isə indi oyanıb və həyatdakı incəlikləri öyrənirlər.

Əziz və hörmətli müsəlmanlar, Allahın buyurduqlarını dinləyin, Onun əmrlərinə tabe olun, öz dininizi dərindən öyrənin! Bizi Yaradan bizə xeyirli olan şeyləri bizdən yaxşi bilir və bu xeyrə nail olmaq üçün bizə öz hökmlərini göndərib.
Allah bizi öz dinində sabit etsin!

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka