Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜSƏLMAN DİQQƏTLİ OLMALIDIR ("MÜSƏLMANIN ŞƏXSİYYƏTİ" SİLSİLƏSİNDƏN)

[ Aktual / 651 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim


Hər şeydən əvvəl İslam müsəlmandan həqiqi və yəqinliklə iman gətirməsini, Allahu Təala ilə daim əlaqə saxlamasını, Onu zikr etməsini və yalnız Ona güvənməsini  tələb edir. Müsəlman məqsədini öz iradəsi ilə həyata keçirməli, lakin daim qəlbində Onun qüvvəsinə möhtac olduğunu hiss etməli və yalnız Allahu Təaladan kömək istəməlidir, hər hansı bir səbəbdən istifadə etsə belə.
Müsəlmanın qəlbi daim səmimi və fikri həmişə aydın olmalıdır. Müsəlman, Allahu Təalanın yaratdıqlarına heyran olan və yer üzündə baş verən hər şeyin Allahın qədəriylə olduğuna iman gətirib əmin olandır. Buna görə də müsəlman daim Allahu Təalanı xatırlayır, Onu zikr edir və həyatda olan hər şeydə Allahu Təalanın əzəmətinin izlərini görür. Bu da müsəlmanın imanını artırar, Allahı daha çox zikr etməkdə və hər şeydə Ona təvəkkül etməkdə müsəlmana kömək edər.
Allahu Təala Qur'ani Kərimdə buyurmuşdur: ((Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!))


Müsəlman daim Allahu Təalanı beləcə xatırlamalı, Onun zikrini dilində və ürəyində yaşatmalıdır. Hər bir işində Allahdan yardım diləməli və yalnız Ona təvəkkül etməlidir. Onun başına gələnlərin yalnız Allahın qədəri və qisməti olduğuna tam yəqinliklə inanmalıdır və əldə etdiyi nailiyyətləri, yaxud qazandıqlarının hamısı Allahın rəhməti, kərəmi və fəziləti ilə ona bəxş etdiyini dərk etməlidir. Hər nə olursa olsun, müsəlman Allahu Təala ilə əlaqəni kəsməməlidir.
Müsəlman daim diqqətli olmalıdır!



Mənbə: "Müsəlmanın şəxsiyyəti" kitabından

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka