Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SAVAB YOXSA GÜNAH?!

[ Aktual / 3416 dəfə baxılıb ]   
|
 
Hicri təqvimi ilə yeni bir ilə qədəm qoyduq. Köhnə ilədən yeni ilə hicrət etdik. Müsəlmanlar üçün müqəddəs və haram bir ayın ilk günlərini yaşayırıq. Məhərrəm ayının müsəlmanların həyatında öz yeri var. Bu ayda Rəsulullah Məkkədən Mədinəyə hicrət edib. Bu ayda Müsəlmanlar ilk fərz oruclarını tutmağa başlayıblar. Hicrət etdiyi zaman məhərrəm ayının onuncu,– aşura, – günündə yəhudilərin oruc tutduğunu görən Rəsulullah səbəbini soruşmuş, Hz.Musanın məhz bu gün Fironun ordusundan xilas olduğunu öyrənincə "Mən ona sizdən daha yaxınam" deyərək oruc tutmuşdur. Yəhudilərə bənzəməmək üçün də bir gün deyil, iki və ya üç gün orucun tutlmasını səhabələrinə əmr etmişdir.

Hicri təqviminin 63-cü ilində isə Hz. Hüseyn şəhid edilmişdir. Dövrünün Fironu Rəsulullahın gözbəbəyini amasızca qətl etmişdir.
Bizlər üçün bu gün müqəddəs gündür. Bir çox müsəlmanlar üçün də bu gün bir anma günündən çox, bir ibrət almaq günüdür. Dövrünün Yezidinə sən “YEZİDsən!” deyə bilməyin təlqin edildiyi bir gündür. Təəssüf ki, aramızda özünə “mən müsəlmanlardanam!” deyən münafiqlər, cahillər, kafirlər və YEZİDlər hələ də var. Diqqətli oxucularımız dünən axşam saytımızın internet dələduzları tərəfindən hücuma məruz qaldığını bilirlər. “Hər gün aşura, hər yer Kərbəla” deyən; dilləri bir söz, qəlbləri başqa söz söyləyən yezid xislətli dələduzlar saytın məqalələrini silərək, səviyyəsiz yazı və rep sitilli musiqi yerləşdirərək guya ki, Hz. Hüseyinin xatirəsini anmaq istəmişlər. Guya deyirik, çünki belə çirkin və əxlaqsız yollarla insan haqqına girənlərin Hz.Hüseyin kimi bir səhabənin, bir şəhidin adını anmaq kimi haqları belə yoxdur.

Hz.Hüseyin qul haqqına heç bir zaman girməmiş, canını və qanını dinin doğru anlaşılması və yaşanması üçün fəda etməkdən çəkinməmişdir. Onun adını ləkələyən dələduzlarsa yezidlik edərək haqqa girmişlər. Yezid də özünə mən müsəlmanam deyirdi. Hz. Hüseyinin müqəddəs başını kəsən Ömər İbn Vaqqas da. Onlar da riyakarlıq edirdilər. Yezid Hz. Hüseynin kəsilən başına baxıb ağlamışdır, eynilə bu günün yezidləri aşurada ağladığı kimi. Ömər İbn Vaqqas da başını kəsmədən öncə Hz.Hüseynin arxasında saf tutub namaza durmuşdu, eynilə bu günün yezidləri aşurada saf tutub, namaz qıldıqları kimi.

Onlar Dünyada etdiklərinin hesabını axirətdə mütləq ödəyəcəklər. Bunu İslam adına etdiklərini iddia etməklə də tərəzilərini bir az da ağırlaşdırırlar.

P.S. Sözüm sizədir Ey internet dələduzları! Hər gün aşura deyən diliniz axşam etdiyiniz əməlin yanlış olduğunu sizə pıçıldayan vicdanınızın səsini eşidərkən kimin adını zikr edirdi?!...
Qul haqqına girdiyinizi anlayırsınızmı? Hz.Hüseyn sizə beləmi örnək olub? O beləmi mübarizə aparıb? Siz Hz.Hüseyndən örnək almaq əvəzinə yezidlərdənmi örnək alırsınız?
Biz oxucu rəyini həmişə nəzərə almışıq. Saytda oxucularımızın da məqalələri olub həmişə. Haqqa girmədən, rica etsəydiniz sizin də məqaləni yerləşdirərdik. İslamın dostları bizim dostlarımız, düşmənləri də düşmənlərimizdir. Siz özünüzü dost kimi təqdim edib düşmən kimi hərəkət etdiniz...
Salam və dua ilə. Allah islah etsin.

Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka