Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SÜBH NAMAZININ QILINMASINA KÖMƏK EDƏN SƏBƏBLƏR - YARANIN ŞƏFA TAPMASI

[ Aktual / 504 dəfə baxılıb ]   
|
 


Müqəddimə

Tək olan Allaha, və onun seçilmiş elçilərinə salam olsun! Mən  "Yaranın şəfa tapması" məqaləsini oxudum və mənim fikrimcə o dindarlar üçün çox xeyirlidir. Allah onun müəllifini ruhlandırmış və o bu gün nə qədər çox müsəlmanın sübh namazına gecikdiyini hiss etmişdir. Günün bu vaxtı məscidlər demək olar ki,  boşdur, ya da bu boşluğu yaşlı insanlar və Allahın xilas etdiyi bəzi gənclər və ya ortayaşlılar canlandırır. Bundan əlavə, bir çox yaşlı insanlar kollektiv sübh namazlarında iştirak etmir və hətta digər namazları da könülsüz qılırlar.
Bütün müsəlmanlar üçün ən yaxşı nümunə və örnək Peyğəmbərdir (s.a.s). O gecə namazını qılır (qiyam əl-leyl) və sübh namazına oyanırdı. O - bizim müəllimimiz və yol göstərənimizdir, və biz bilirik ki, o, axşam namazından qabaq yatmağı və ondan sonra söhbət etməyi xoşlamırdı. Buna onun səhabələri və son dövrlərə qədər  ondan sonrakı müsəlmanlar da riayət edirdilər, çünki onlar fərz və müstəhəb namazlar zamanı tənbəllik və həvəssizliyin səbələrini bilir və onlardan uzaq olmağa çalışırdılar. Onlardan bəziləri deyirdi: "əgər sən gecə namazını qılacaq halda deyilsənsə, bil ki sən böyük nemətdən məhrum olmusan və öz günahlarınla buxovlanmısan". Əl-Həsən əl-Bəsridən soruşanda: "Nə üçün biz gecə namazını qıla bilmirik?" - o cavab vermişdi: "Sizin günahlarınız sizi buxovlayır". Bu gün müsəlmanlarda əvvəlki səy yoxdur və cavabdehlik hissi zəifləmişdir. Sübh namazına gecikənlərin qəlbində onun xeyriylə bağlı demək olar ki, heç bir hiss qalmamışdır. Əgər bu belə olmasaydı, onlar bu namazı vaxtında qılmağa can atardılar, bütün gecəni oyaq qalsaydılar belə, yuxulu olmazdılar. Biz görürük ki, onlardan birini iş və ya xeyirli bir sövdələşmə gözlədikdə, buna necə diqqət yetirir, vaxtında, hətta vaxtından əvvəl oyanır. O cəzadan və ya gəliri itirməkdən qorxaraq yuxusunu almır və dincəlmir. Ona görə də heç bir insan sübh namazına gecikməsinə bəraət qazandıra bilməz. Allaha şükür, indi zəngli saatlar var və onlar vacib işi olan hər bir adamı vaxtında oyada bilirlər. Tənbəllik səbəbi ilə namaza gecikənlər isə, özlərinə lazım olanda digər işlər üçün vaxt tapırlar. Allahın rəsulu haqlı idi, deyəndə ki: "Əgər onlardan biri bilsəydi ki, heç olmasa üstündə ət olan sümük və ya iri qoyun dırnağı alacaq, axşam namazında iştirak edərdi". Ona görə də riyakarlıqdan uzaq olmaq istəyən hər bir şəxs, tənbəllikdən yaxa qurtarmalı, enerjili olmalı, bu məqalədə göstərilən nəsihətlərə əməl etməli, tezdən oyanmalı və xeyirli işlərə, o və onun kimilərin əldən buraxdığı böyük mükafata can atmalıdır. Allahın rizası ilə o dəyişə, itirdiklərini əldə edə və əvvəlki nəsil müsəlmanlara lütf edilənləri əldə edə bilər.
Allahunmə səlli əla Muhəmməddin və alə Muhəmməd!

Abdullah ibn ər-Rəhman əl-Cibrin



***


Allaha şükürlər olsun, Onu biz mədh edir, Ondan kömək istəyir, Ondan bağışlanmağı diləyir, Ona tövbə ilə müraciət edir və qəlbimizin kini və pis əməllərimizdən ona pənah gətiririk! Allahın düz yola qoyduğu şəxsi heç kim yanılda bilməz, Allahın yanıltdığı şəxsi isə heç kim düz yola qoya bilməz. Peyğəmbərimizə salamlar olsun!
Cəza nəzərdə tutan, bizi qorxuya salan və bizdən diqqət, müzakirə və şəfa yollarının öyrənilməsini tələb edən fəlakətli hadisə və təhlükəli əlamətlərdən biri, bir çox möminlərin sübh namazına gecikməsi və onu vaxtında qılmamasıdır. Ola bilsin ki, bunun səbəbi mütəmadi olaraq oyaq qalma və vaxtını boş keçirtmədir. Yaxın vaxtlaradək, bizim ata-babalarımız tez yatmağa və axşam namazından sonra evlərinin qapılarını bağlamağa can atırdılar. Onlar yeməkdə ifratçılıq etmir və sübh namazına gümrah və enerjili oyanırdılar. Bu səbəbdən də onların həyatı xoş, sağlam və qəlb rifahlığı ilə keçirdi. Onlar bu həyatın gözəlliyini hiss edirdilər. Amma "müasir mədəniyyətin" həyatımıza daxil olması ilə əxlaqsızlıqlar həm bizim imanımızı, həm də dünyəvi həyatımızı darmadağın etdi. Bunun nəticəsində bizim qəlblərimiz tənbəllik və  avaraçılıqla doldu, bədənimiz isə zəiflədi və piylə örtüldü. Müsəlmanlar passiv oldular, çox yatmağa meyl etdilər və bəzi sadə göstərişlərə belə əməl edə bilmədilər. Ola bilsin ki, bu məqalədə biz müsəlmanlara sübh namazına vaxtında oyanmağa kömək edəcək səbələri tapa bildik.
Sübh namazının qılınmasına kömək edən səbəblər bunlardır:
1. İnsan erkəndən yatmağa çalışmalıdır. Peyğəmbər axşam namazından əvvəl yatmağı və ondan sonra söhbət etməyi xoşlamırdı. Istisna hallara imam ən-Nəvainin imam Müslimin "əs-Səhihinə" verdiyi şərhlərdə göstərilmişdir. O demişdir: "Ondan sonra söhbətin pislənməsinin səbəbi odur ki, oyaq qalma nəticəsində insanın yuxuya getməsi və nəticədə gecə və ya sübh namazını icazə verilən, arzu edilən və ya ən münasib vaxtda qıla bilməməsi ehtimalı var. Hədisdə pislənən söhbətlərə yalnız xeyir gətirməyən söhbətlər aiddir. O söhbətlər ki, xeyir və rifah gətirər, pislənmir. Onlara elmlərin və mömin müsəlmanların həyatının öyrənilməsi, qonaq qəbul edilməsi, yaxınlaşmaq, ünsiyyət üçün və ya işlər haqqında nişanlı, ailə və uşaqlarla söhbət, öz malını və özünü necə qorumaq (yanlış və qadağan olandan - tərcüməçinin şərhi) barədə yolçularla söhbət, insanlar arasında barışıq yaratmaq və xeyir işdə onlara yardımçı olmaq, icazə veriləni buyurmaq və pislənəndən qorumaq, düzgün işlərə yönləndirmək məqsədilə söhbət, və.s. Buna bənzərlər qətiyyən pislənmir".
2. Müsəlman yatmazdan əvvəl yataq ədəbləri qaydalarına əməl olunmasının qeydinə qalmalıdır.  Yatmazdan əvvəl Allaha dua etməli, dəstəmaz almalı, dəstəmazdan sonra iki rükət namaz qılmalıdır. Müsəlman ailə üzvlərindən, valideynlərindən, yaxın qohumlarından və qonşulardan onu oyatmağı xahiş etməlidir, oyandıqdan sonra isə, tez, həvəslə və tənbəllik etmədən ayağa qalxmalıdır ki, tənbəl-tənbəl namaza qalxan riyakar adamlara tay olmasın.
3. Qəlbin imanla dolması və təmiz işlərə can atma. Güclü və oyanmış iman insanı qollarını çırmayaraq yaxşı işlər görməyə və irəliyə doğru getməyə sövq edir. İman ağacı, möminliklə sulandıqda, öz bəhrəsini gətirir. Onun bəhrəsi əxlaq və insanlara xoş münasibətdir. İnsanın möminliyinin güclü və ya zəif olmasından asılı olaraq, həmçinin, ehtiraslar, və s. kimi insanın ruhuna təsir edən xarici amillərin təsiri ilə iman zəifləyir. Daş ürəyə öyüd və nəsihətlər təsir etmir, ona görə də müsəlman, ürəyi daş edən və kobudlaşdıran səbəblərdən kənar olmalı,  yemək və içkidə ifratçılığa yol verməməli, boş-boş söhbətlər etməməli, əxlaqsızlıqlara baxmamalı və günah olanları dinləməməli, qəlbini ətrafımızın zərərli təsirindən qorumalıdır.
4. Günhlardan uzaqlaşma. Müsəlman, günah olana baxmaqdan çəkinməli, dilinə, qulaqlarına və digər orqanlarına hakim olmalı və onları Allaha ibadət yolunda istifadə etməlidir. Gözlərini Allahın kitabını və onun ayələrini oxumaq üçün, kainatda yaradılanlar haqqında düşünmək və elmi ədəbiyyat oxumaq üçün sərf etmək lazımdır. Insanlar bir mömindən gecə namazını qıla  bilməmələrinin səbəbini soruşduqda, o dedi: "Sizin günahlarınız sizi buxovlayır". Şübhəsiz ki, Allahın qulunun Onun əmrlərinə tabe olmamasının  və bunun gözəlliyini hiss etməməsinin səbəbi məhz günahlardır. İmam İbn əl-Qayyim demişdir: "Günahlar - yaralardır, yaraların çox olması isə ölümə səbəb olur".
5. Müsəlman sübh namazının xeyri, onun əvəzində vəd edilən böyük mükafat, həmçinin, onun digər müsəlmanlarla birlikdə məsciddə qılmaqdan imtina edənlərin və ona gecikənlərin pislənməsi haqda xəbərdar olmalıdır. Osman ibn Affan nəql edirdi ki, Allahın rəsulu demişdir: "Birgə axşam namazı qılan, elə bil ki, gecənin yarısını namaz qılmışdır, birgə sübh namazı qılan isə, elə bil ki bütün gecəni namaz qılmışdır" (Müslim və Malik). Ibn Məsud danışırdı ki, Allahın rəsulu sübh namazına yatıb qalan haqqında demişdir: "Şeytan onun qulağını (yaxud qulaqlarını) işladıb" (əl-Buxari). İmam əl-Kurtubi söyləmişdir: "Bu - həqiqi mundarlamadır. O, mundarlayır, evlənir və törəyir. Bunun həqiqətini isə yalnız Allah bilir." ("Fəth əl-Bəri" 3/28). Əgər sən bu sözlərin həqiqiliyini yoxlamaq istəsən, birgə sübh namazı qılmamış işə gələnlərin sifətinə bax. Onların sifətinə bax və onların əməlləri və vəziyyətlərindən Allahdan himayə istə. Qulaqlarını şeytan isladan insanın vəziyyəti necə ola bilər?!
6. Müsəlman duaya gecikmənin nəticələrini bilməlidir. Bura mənəvi iztirablar, ruh düşkünlüyü, bir çox dünyəvi və dini nemətlərin əldən buraxılması aidir. O, buna əks olana can atmalıdır. Allahın rəsulu demişdir: "Sizin hər biriniz yuxuya gedəndə, şeytan onun peysərində üç düyün bağlayır və hər düyünə vuraraq deyir: "Səni qabaqda uzun bir gecə gözləyir... Yuxuya get!" Əgər insan oyanarkən Qadir Allahı yada salırsa (dua və ya zikr edərək - tərc. şərhi), düyünlərdən biri açılır. O dəstəmaz aldıqda ikinci düyün açılır; o namaz qıldıqda isə bütün düyünlər açılır, və o gümrah və enerjili olur. Əks təqdirdə isə o pis əhval ruhiyyədə və tənbəl oyanır" (əl-Buxari, Müslim, Əbu Davud, Malik). Sübh namazının bitdiyi vaxt xeyir-dua gətirir. Peyğəmbər bu vaxtı, günəş çıxanadək, Allaha dua etməklə keçirir, sonra isə iki rükət namaz qılırdı. Bizim mömin əcdadlarımız bu sünnəyə riayət etməyə çalışırdılar. Onlardan biri şeyx-ül-islam İbn Teymiyyədir. Onun şagirdi İbn əl-Qayyim nəql edirdi ki, o (Əhməd İbn Teymiyyə - tərc. şərhi) sübh namazından sonra oturub Allaha dua edirdi. O deyirdi: "Dünyada bir cənnət mövcuddur, və bu cənnətə daxil olmayan, gələcək həyatda da cənnətə düşə bilməz". Bu o deməkdir ki, Allaha itaət edən qul, özü üçün Allahla gizli ünsiyyətin elə gözəllikləri və həzzini kəşf edir ki, buna dünyanın heç bir həzzi tay ola bilməz. Həmçinin o deyirdi: "bu mənim naharımdır, və əgər mən nahar etməsəm, qüvvəm tükənər" ("əl-Vabil əs-Səyb" 35). Sübh namazından sonrakı vaxt tamamilə xoş və xeyirlidir.  Peyğəmbər Allahdan bu vaxtı onun əsabələri üçün xoş etməsini diləyərək söyləmişdir: "Ya Rəbb! Mənim əshabələrimə erkən səhərlə xeyir-dua ver!" O söyləyirdi ki, peyğəmbər hərbi rotaları və orduları səhər tezdən göndərərdi. Səhr tacir idi və həmişə öz karvanlarını günün əvvəlində göndərirdi, bunun nəticəsində onun var-dövləti artırdı ("Səhih Sunan ət-Tirmizi" 2/4). Günəş çıxana qədər olan bu dəyərli vaxtı yuxuda keçirən isə, özünü bu zamanın xeyir-duasından məhrum edir.   Sübhdən oyanmağın insan sağlamlığına xeyrinə gəldikdə isə, bu da sübh vaxtı havada ozon qazının yüksək konsentrasiyası ilə bağlıdır. Tədricən onun miqdarı azalır və günəşin çıxmasına ıdır tamamilə yox olur. Bu qaz sinir sisteminə müsbət təsir göstərir və təfəkkür qabiliyyətini və fiziki fəaliyyəti aktivləşdirir. Insan "cavanlıq küləyi" adlandırılan xoş sübh mehini ciyərlərinə aldıqda, günün və ya gecənin başqa saatlarında hiss edə bilməyəcəyi bir həzzi hiss edir. (şeyx Abd al-Xamid Diyabanın "Mübarək Quranda tibb" kitabından).
7. Müsəlman özünü riykarların cəhətlərindən təmizləməyə çalışmalıdır. Birgə sübh namazının qılınmsı güclü imanın olmasının və riyakarlığın olmamasının göstəricisidir, çünki günü bu vaxtında oyanmaq insan üçün çox çətindir. Buna görə də Allahın rəsulu demişdir: "Riyakarlar üçün ən çətini axşam və sübh namazlarıdır. Əgər onlar bilsəydilər ki bu zaman onları nə gözləyir, sürünənərək olsa belə, gələrdilər" (əl-Buxari və Müslim). Peyğəmbərin şərəfli səhabəsi Abdullah ibn Məsud and içmiş və demişdir: "Bizim dövrümüzdə camaat namazında yalnız aşkar riyakarlar iştirak etmirdi" (Müslim, Əbu Davud, ən-Nəsai və İbn Mədcə). İbn Ömər demişdir: "Biz kimisə sübh namazında görməyəndə, onun haqqında pis fikirləşməyə başlayırdıq" (əl-Bazzar, ət-Təbərani və İbn Hüseymə "Səhih ət-Tərqib və ət-Tərhib" 169). Əgər sən insanın imanını ölçmək və onun sədaqətini qiymətləndirmək istəsən, onun camaatla sübh namazına münasibətinə bax, çünki o iman göstəricisidir. Əgər o birgə sübh namazında iştirak etmirsə, bu onun imanının möhkəm olmamasını, qəlbinin daş olmasını və öz ehtiraslarının və arzularının qulu olmasını göstərir. Əgər ki o birgə sübh namazında iştirak edirsə, biz onun imanına inana bilərik, çünki bu qulun iman göstəricisidir və o böyük bir qələbə çalmışdır - öz qəlbi üzərində, yumşaq yataq və yuxu ləzzəti üzərində qələbə.
Digərləri sübhdən məsciddə Müqəddəs Quran oxuyarkən və Allahın gözəl kəlamlarını dinləyərək, çiçəklənən bağçada dincələrkən  namaza gecikənlər necə yuxudan həzz ala bilərlər? Həqiqətən, yatağın ləzzətini Allahla gizli ünsiyyətin ləzzətindən üstün tutanlar, çox şey itirir.
Burda sübh namazına vaxtında oyanmağa kömək edən bir neçə səbəb göstərilmişdir. Ümid edirəm ki, mən onları tamlıqla əhatə edə bilmişəm...
Allaha, Aləmlərin Rəbbinə şükürlər olsun! Müqəddəs peyğəmbər Məhəmmədə, onun nəslinə, səhabələrinə və mömin ardıcıllarına Qiyamət gününədək  ----- olsun!



Tərcüməçidən:  
Əziz müsəlman qardaşım! Namaz dinin ikinci sütunudur və onsuz insanın imanı hıqiqi sayıla bilməz. Qiyamət Günü insan ilk olaraq məhz namaza görə cavab verəcək, və namaz Allahın rəsulunun ölümqabağı son nəsihəti olmuşdur.
Həqq-təala, bizə təyin olunan vaxtlarda namaz qılmağı tapşırmış və demişdir:
"Həqiqətən, namaz möminlərə müəyyən vaxtlarda fərz [vacib]edilmişdir" (ən-Nisa, 103). Namaza gecikmə yalnız 3 halda bağışlanır:
1. Əgər insan yatıb qalmışsa;
2. Əgər huşunu itirmişsə;
3. Namazı unutmuşsa.
Bu hallarda insan ayıldığı vaxt və ya yadına düşdüyü vaxt namazının qılmalıdır. Digər hallarda namaz üzürsüz səbəbdən buraxılmış hesab edilir. Allahın rəsulu bizi bundan qorumağa çalışmış və demişdir: "İslamın dayaqları yavaş-yavaş dağılacaq və biri dağıldıqda insanlar o birində yapışacaq. İlk olaraq hakimiyyət, sonuncu isə namaz dağılacaq" (İbn Xibban). Ona görə də namaza etinadsızlıqla yanaşan, öz imanını və dinini tamamilə dağıdır. Rəbbimiz demişdir: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Biz onları [cəhənnəmdəki] Ğəyy dərəsinə atacağıq" (Məryəm, 59).
Namaza bu cür münasibət bəsləyən müsəlmanlar, heç vaxt bununla kifayətlənmirlər. Onların imanı o qədər zəifdir ki, onlar bir çox günahlar edir və buna heç bir əhəmiyyət vermir. Allah-təala həqiqəti söyləmişdir: "Həqiqətən namaz [insanı] çirkin və pis əməllərdən çəkindirər" (əl-Ankabut, 45). Mömini qoruyan sipər qırıldıqda isə,  insan onu hər tərəfdən əhatə edən nəfsə qalib gələ bilmir. Nəticədə, təkallahlığını dayaqları qırılır, və insan riyakarlığa qapılır.
Ona görə də namaza etinadsızlıq riyakarların sifətlərində biridir və Allah bu haqqda demişdir: "Vay halına o namaz qılanların ki, onlar öz namazlarına qafildirlər [səhlənkarlıq üzündən namazlarını vaxtında qılmazlar]: onlar [namazlarında] riyakarlıq edərlər" (əl-Maun, 4 - 6). Onlar üçün Allah cəhənnəmdə bir yer hazırlamışdır və burda onlar öz cəzalarını çəkəcəklər.
Allahın rəsulu demişdir: "Namazını vaxtında qılanlara, Qiyamət günündə işıq alacaq ki , bu da aydın sübut və nicat olacaq, namaza riayət etməyənlər isə, nə işıq, nə aydın sübut, nə də nicat alacaq. Qiyamət günü o Harun, Firon, Haman və Übey ibn Xələflə birlikdə olacaq" (Əhməd; ət-Təbərani və İbn Xibban; hədisini isnadı çox yaxşıdır). Namaz qılmaqdan imtina edənlər, Qiyamət günü dinsizlik rəhbərləri ilə birlikdə Böyük Allahın qarşısında yığılacaqlar. Ibn əl-Qayyim demişdir: "İnsan ya var-dövləti və mülkləri ilə bağlı işlərinin çoxluğundan, ya hakimiyyətə, ya da ticarətə başı qarışdığından namazını qılmır. Var-dövlətin namazdan ayırdığı şəxs, Harunla birlikdə olacaq. Şahlığın namazdan ayırdığı şəxs, Fironla birlikdə olacaq. Hakimiyyətin namazdan ayırdığı şəxs, Hamanla birlikdə olacaq. Ticarətin namazdan ayırdığı şəxs isə, Übey ibn Xələflə birlikdə olacaq." Allah bizi bundan qorusun!
Ulu Tanrı demişdir: "Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur "


 


Mənbə: www.waytoquran.net
Məqaləni Rus dilindən Azərbaycan dilinə tərcümə edən şirkət www.translation-az.com

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka