Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DAHILƏR ALLAHIN VARLIĞINA INANIBLAR

[ Aktual / 4287 dəfə baxılıb ]   
|
 
İnsanı əhatə edən aləm bu aləmdə milyon illərlə baş verən dəyişikliklər həmişə diqqət mərkəzində olub. İnsan oğlu bu hadisəlrdə bir qayda bir harmoniya axtarmağa çalışıb. Ən paradoksal cəhət isə bu dəyişilmələrin bütün zahiri mürəkkəbliyinə baxmayaraq onların riyazi fiziki və məntiqi ifadələri sadə olmaqla bərabər bu hadisələrin bəş verdiyi sistemlərin öz sabitlik tarazlıq vəziyyətlərini saxlamaq xüsusiyyətləri olub.
Dünya okeanında il ərzində minlərlə ən müxtəlif kimyəvi və fiziki proseslərin getməsinə baxmayaraq onun bütün həcmində həll olmuş əsas komponentlərin nisbi miqdarları həmişə sabit qalır. Analoji halı atmosfer hadisələrində də müşahidə etmək olar. Məlum olduğu kimi hava əsasən azot və oksigen qazlarının qarışığından ibarətdir və kimyəvi birləşmə deyil. Yer səthində və atmosferdə baş verən tufanlar qasırğalar nəhəng hava kütlələrini bir kontinentdən digərinə sürətlə aparır. Lakin bu güclü axınlar havanın tərkibində olan azot və oksigen qazlarının nisbətinə heç bir təsir göstərmir və havanın kimyəvi tərkibi dəyişməz qalır.
Gətirdiyimiz misallar göstərir ki yaşadığımız təbiətdə və bütövlükdə bütün kainatda baş verən dəyişikliklərin müxtəlifliyinə və say çoxluğuna baxmayaraq hər bir ayrıca götürülmüş sistemdəki komponentlər bir-birləriylə tarazlıq vəziyyətində olurlar. Bu tarazlıq təbiətin nizamıdır. Yəni təbiət özü nizam əsasında qurulub.
Bu nizamı yalnız yerdə deyil kainatda da müşahidə edirik. Yerin öz oxu və günəş digər planetlərin günəş nəhayət günəş sisteminin özünün bizim Qalaktikanın mərkəzi ətrafında fırlanmasında da nizamlı bir sistem mövcuddur.
Böyük alman alimi planetlərin hərəkət qanununu kəşf etmiş İohan Kepler kainatdakı bütün mövcudatın nizam əsasında yaradıldığına va bunun böyük Yaradanın qüdrəti ilə baş verdiyinə o qədər dərindən inanırdı ki hər bir alimin xarici aləmi tədqiq etməkdə əsas məqsədi "cənabı Allahın kainata göndərdiyi bizə riyazi şəkildə aşkar etdiyi rasional qaydanın və harmoniyanın kəşfindən ibarət olduğunu" əsərlərində həmişə vurğulayırdı.
Həqiqətən də atomdaxili proseslərdən kainatdaxili proseslərə kimi tədqiq olunan bütün sistemlərdə cisimlərarası və hadisələrarası harmoniyaya rast gəlinir. Bütün canlı va cansız aləmlərdə hökm sürən bu gözəl nizam bu heyrətedici tarazlıq onların mövcudluğununmahiyyətini təşkil edir və böyük Yaradanın hikmət və qüdrəti sayəsində mümkün olduğuna bizdə bir əminlik yaradır. Böyük ingilis alimi İ. Nyuton nəinki bu fikrin tərəfdarı idi hətta bunun mümkünlüyünün heç sübuta ehtiyacı olmadığını göstərirdi. Akademik S.İ.Vavilov İ.Nyutona həsr etdiyi bioqrafik kitabında göstərir ki İ.Nyuton nəinki olduqca dindar bir insan idi o həm də ilahiyyatçı alim idi. İ.Nyuton teologiyada fövqəladə bilik sahibi idi və Əhdi-cədid kitablarını dərindən dərk etməkdə İngiltərədə çox az adam ona tay ola bilərdi.
Nyutonun ilahiyata dair yazdığı əsərləri təhlil edən ingilis tədqiqatçısı Mor göstərir ki İ.Nyuton özünün xristianlığının artan cərəyanının tərəfdarı sayırdı. İsgəndəriyyəli Ariy tərəfindən əsası qoyulan İV-Vİ əsrlərdə xristian dünyasında intişar tapmış arianlıq "Oğul -Allahın" - İsanın ilah olduğunu inkar edərək yalnız cənabi Allahı yeganə Yaradan hesab edirdi. Beləliklə İ.Nyuton özünü arianlıq cərəyanına mənsub etməklə dini əsərlərində Allahdan başqa Allahın olmadığını qəbul edirdi.
"Naturfəlsəfənin riyazı əsasları" əsərinin üçüncü kitabında İ.Nyuton kainatın sistemi haqqında belə yazır: "Günəşin planetlərin və kometlərin ən incə şəkildə olan bu vəhdəti ən Qüdrətli və ən Müdrik varlığın məqsədi və ixtiyarı olmadan mümkün ola bilməzdi". İ.Nyuton göstərir ki cazibə qüvvəsinə istinad edərək bütün göy cisimlərinin hərəkətlərinin izahını versə də cazibə qanununun mahiyyətini müzakirə etmək fikrindən uzaqdır. Alim "Naturfəlsəfənin riyazı əsasları" əsərini cəabi Allaha şükrlərlə bitirir.
Allahın varlığına və qüdrətinə inam hissi böyük təbiətşünasları eç zaman tərk etməyib. Mahmut karakaş "Müsbet ilimlerde müslüman alimler" kitabında göstərir ki İbn Sina hər hansı bi məsələ üzərində çalışdıqda əvvəlcə dəstəmaz alar məscidə gedib namaz qılar sonra isə həmin məsələnin həllinə başlar və məqsədinə nail olmaq üçün Allaha dualar edərdi.
Q.V. Leybnits hər gün bir və ya iki dəfə kilsəyə gedər orada müəyyən olan bir yerdə dua oxuyardı.
Paster isə hər axşam ibadət etməli idi...
Elmi və elmi-kütləvi kitablarda təbiət qanunlarının onları kəşf etmiş alimlərin ismləriylə adlandırılması hallarına tez-tez rast gəlirik. Məsələn Nyuton qanunu Kulon qanunu Henri qanunu və s. Lakin bu istilahlar o qədər də uğurlu ifadələr deyil. Heç bir təbiətşünas alim özündən yeni bir anun vermir. Qanunları yaradan yalnız və yalnız Ulu Allahdır. Alimlər sadəcə olaraq bu qanunların təbiətdə mövcud olduqlarını bu qanunları müzakiə etdiklərini bildirirlər. Bu mənada E. Rezerfordun xatirəsi çox maraqlıdır. Bretçer yazır ki Rezerfordun əməkdaşlarından biri məşğul olduğu nüvə reaksiyaları haqqında danışarkən onları "mənim reaksiyalarım" adlandrdıqda Rezerfordun bənizi bir an içərisində qızardı və çıxış edənin sözünü açıqlıqla kəsərək: "Məgər siz Allahmısınız ki onları "mənim reaksiyalarım" adlandırırsınız?".
Yer üzündə canlı aləmin və xüsusən insanın yaranması istər filosoflar istərsə də təbiətşünəslar arasında bu günümüzə kimi mübahisə mövzusu olaraq qalmaqdadır. Milyardlarla neyronlardan təşkil olunmuş bu mürəkkəb bioloci sistemlərin bizə məlum olan və məlum olmayan qanunlarla idarə olunaraq ən mürəkkəb funksiyaları yerinə yetirmələri təbii ki təsadüflərin və təkamüllərin nəticəsi ola bilməzdi.
İnsanın qeyri-adi dərk etmə qabiliyyəti canlı aləmdə müşahidə olaunan və ən müxtəlif formalarda təzahür edən informasiya mübadilələri nəhayət canlı aləmin hüceyrə quruluşunun mükəmməlliyi bu fikrini həqiqiliyinə əsaslı sübutlardır. 1952-ci ildə A. Eynşteyn dostu Q. Müzama yazdığı bir məktubda sadə bir mübahisədən doğan fikirlərini belə izah edirdi: "Mən hesablamalarımı apararkən masamın üstünə kiçicik bir cücü qonduqda Allahın (ifadə Eynşteynindir) nə qədər böyük bizim isə bütün elmi lovğalığımızla nə qədər miskin səfehlər olduğumuzu hiss edirəm".
Fransada hakimiyyət dövründə Napoleon Bonapart alimlərə xüsusi diqqətlə yanaşırdı. Birçox alimi isə nazir vəzifələrinə təyin etmişdir. Laplası daxili işlər naziri Füryeni özünə elmi məsləhətçi İ.Küvyeni ali məktəblərə baş inspektor təyin etmişdi. Napoleona ən yaxın olan şəxslərdən biri də Qaspar Moni idi. O Napoleonu bütün səfərlərdə ziyafətlərdə həmişə müşayiət edirdi. Lakin bu yaxınlığa baxmayaraq onların dini baxışlarında bir-birinə əks fikirlər vardı. Napoleon sidq ürəklə Allaha inandığı halda Moni ateist idi. Məhz bu zəmində onların arasında tez-tez mübahisələr olurdu və bu mübahisələrdə Napoleonun gətirdiyi dəlillər və sübutlar o qədər məntiqli olurdu ki bunların qarşısında Q. Moni çox vaxt davam gətirə bilmirdi. Məsələn Napoleonun Q. Moniyə müraciətindən bir fikir: "Mənim dinim sadədir - mən kainata diqqətlə baxıram və yəqin edirəm ki o adi kortəbii hadisənin nəticəsində yarana bilməzdi. Bu kainat hansısa gözəgörünməz və qadir olan bir qüvvə tərəfindən yaradılmışdır"...
Dini dünyagörüşlərinə cənabi Allaha inamına görə dahi şəxsiyyətlərinə illərlə təqib olunmaları həbsxanalara salınmaları sürgünlərə göndərilmələri halları az olmayıb. Bunlara daha çox ötən əsrin 20-30-cu illərində SSRİ-də rast gəlinir. Rus knyazları nəslindən olan tanınmış cərrah Valentin Feliksoviç Voyno-Yasenetskiy olduqca dindar bir insan idi. 1921-ci ildən etibarən o cərrahlıqla bərabər həm də kilsədə keşişlik edirdi. Buna görə tez-tez "ÇK"-ya çağrılır təhqiredici suallara cavab vermək məcburiyyətində qalırdı. Belə növbəti çağırışların birində "ÇK" zabitinin : "Məgər siz öz allahınızı görmürsünüzmü?" kinayəli sualına Voyno-Yasentskiy belə tutarlı cavab verir: "Mən beyində çoxlu sayda cərrahiyyə əməliyyatı aparmışam, lakin orada heç vaxt ağılı da görməmişəm".
Elmin tarixində dahi şəxsiyyətlərin həm də böyük iman sahibi olduqları haqda saysız misallar gətirmək olar. Onlar cənabi Allahı ürəkdən hiss etməklə bərabər eyni zamanda dərindən dərk ediblər.
Bu yazını görkəmli amerikan alimi diplomatı və ictimai xadimi 1787-ci ildən etibarən Amerika Birləşmiş Ştatlarının iclaslarının dua ila başlanması təklifinin təşəbbüskarı Bencamin Franklin Allahın şərəfinə söylədiyi bir parça ilə bitiririk: "Mənim imanımın simvolu birdir: mən kainatın yaradıcısı olan və onu öz qüdrəti ilə idarə edən Vahid Allaha inanıram. Məhz buna görə biz Ona qibtə etməliyik".

Məqaləni Azərbaycan Dövlət Neft Akademiyasının dosenti Ağamehdi Ağayev hazırladı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka