Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BİR AH...

[ Aktual / 5584 dəfə baxılıb ]   
|
 
Hər dövrdə ədalətlə mülk arasında bağ qurulmuş və bu iki anlayış bir-birilə əlaqəli olaraq istifadə edilmişdir.
Belə ki, günümüzdə də ucadan, lap uca kürsülərdən, çox yüksəkdən söylənən bir söz var: "Ədalət mülkün təməlidir."

Başımı qaldıraraq və ayaq barmaqlarımın ucunda yüksəlməyə çalışaraq, bu ifadənin nə mənaya gəldiyini görməyə cəhd edirəm. Hansı ədalətin, hansı mülkün təməli olduğunu uzaqdan da olsa görmək və ya görə bilmək üçün səy göstərirəm.
Ağlımla, fikrimlə, düşüncələrimlə, ümid və xəyallarımla səy göstərərkən yüksəldiyimi hiss edirəm. Yüksəlir, yüksəlir, yüksəlirəm və bu həqiqəti nəhayət ki, görürəm!
Hansı ədalətin, hansı mülkün təməli olduğunu ilk dəfə anlayıram. Gördüyüm bu ədaləti sevdiyim kimi, bu ədalətin nizamladığı mülk də məni qorxutmur!

Axı niyə qorxutsun ki?! Yüksəldiyim bu aləm, istismar edən, mənən əzən bir aləm deyil. Bu aləmdə "Zülm, mülkün təməlidir" qanunu yoxdur. Həqiqi dəyərlərlə təyin olunan, gerçək bir ədalət bu mülkü nizamlayırdı. Divarlara və ya lövhələrə deyil, şəxsən həyata yazılan "Ədalət mülkün təməlidir" ifadəsi, yaşanan bu gerçəyi izah edirdi...
Mən hara gəlmişdim?
Xəyal dünyasında çırpınarkən, hansı aləmə yüksəlmişdim?
Gəldiyim, yüksəldiyim bu aləm, heç şübhəsiz ki, tanıdığım bir məmləkət deyildi. Çünki bu gerçəyi görə bilmək üçün yüksəlmişdim, çox yüksəlmişdim, çox-çox yüksəlmişdim!
Halbuki yaşanan reallıq, dibsiz bir quyu dərinliyində aşağılarda yoxa çıxmışdı. Çaşmışdım, sanki panikaya düşmüşdüm. Adət etmədiyim belə bir yüksəklikdən duyduğum qorxuyla, tarazlığımı itirdiyimi hiss etdim...

Enirdim, artıq enirdim!
Alçaqlara, daha alçaqlara, daha daha alçaqlara doğru enirdim!
Ağlım, fikrim, düşüncələrim, ümid və xəyallarım ilə birgə yerə çırpıldıqda ətrafıma baxdım. Hara düşdüyümü anlayınca, dərindən bir "Ahhh..." çəkdim. Çünki düşdüyüm yerdə gerçək olan bütün müəssisələr durmadan işləyir və onların bacalarından çıxan tüstülər havada qövslər çəkərək bu ifadələri yazırdı;
"Mülk, ədalətin təməlidir!"


Məhmət Alaqaş

Hazırladı: Əlif/Azerislam.com
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka