Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ŞEYTAN ÇILPAQLIĞI ƏMR EDIR

[ Aktual / 2915 dəfə baxılıb ]   
|
 
Qurani Kərimdə Allah Təala buyurur: Ey Adəmoğulları. Şeytan ana və atanızı, övrət yerlərini onlara göstərmək üçün, paltarlarını açdıraraq necə cənnətdən çıxardısa, sizə də bir fitnə (tələ) qurmasın! Çünki o da, qəbiləsindən olanlar da sizi, sizin onları görəməyəcəyiniz yerlərdən görürlər. Biz şeytanları iman etməyənlərin dostu etdik. (Əl Araf 27)

Müfəssirlər (Quranı izah edənlər) şeytanın Hz. Adəm və Hz. Həvvanı necə bir tələ qurduğunu və onların paltarlarını soyundurduğunu bu ayə ilə izah etmişlər. Eyni zamanda bütün insanlara şeytanın quracağı bu hiylələr qarşısında həssas olması mütləq vacibdir. Şeytan və onun görünməyən köməkçiləri daima iş başındadır. Demək surəti ilə övrət yerlərini açmanın, şeytanın vəsvəsəsi ilə əlaqəli olduğunu bəyan etmişlər. Dövrümüzdə şeytanı özlərinə dost tutan siyasi avtoritetlər, qadınların örtünməsinə riayət etmələrinə belə müdaxilə edəcək dərəcədə çılğınlaşmışlar. Ayrıca «gözəllik yarışları» adı altında, qadınların soyunmalarını təşviq edirlər. Biz şeytanın əsgərlərinə qarşı dirənən müsəlmanlar isə həqarət edilməkdə və həbsxanalarda ömrünü keçirməkdədirlər. Gördükləri işgəncələri isə sözlə danışmaqla qurtarmaq olmaz. Yenə digər ayədə : Onlar (o iman etməyənlər) bir həyasızlıq etdikləri zaman «Biz atalarımızı da bunun üzərində gördük»(bunu edən gördük) Allah da bizə bunu (fahışəliyi) əmr etdi. (Fahişa ilə əməl edirik) deyirlər! O iman etməyənlərə söylə: Allah heç zaman fahişəliyi (pisliyi) əmr etməz. Bilməyəcəyiniz şeyləri Allahın üzərinə mi (iftira edərək) söylüyürsünüz? (Əraf 28) Fahişə sözü şirki, küfrün digər növlərini və hər cür pisliyi içinə alır. Müşriklər «Günah işlədiyimiz paltarla ibadət edə bilmərik» deyərək Kəbəni (anadan doğma) çılpaq bir şəkildə təvaf edirdilər. Ayrıca «Atalarımızdan bu şəkikldə gördük. Allah belə əmr etməsəydi onlar belə edərlərdi mi? » deyərək çılpaqlığı müdafiə edirdilər. Diqqət edilirsə müşriklərin «hər cür pisliyi atalarına mal etmələri» bəyan edilmişdir. Çünki həyasızlığın və şirkin müdafiə edəbiləcək hər hansı bir tərəfi yoxdur. Müşriklər də bunu bilirlər. Tək şüarları : «Atalarımızın yolundayıq».
Kişilərin qadın, qadınların da kişi paltarları geymələri qadağandır. Burası mütləq bilinməlidir ki, hər iki cinsin (qadın, kişi) özünə məxsus xüsusiyyətləri və buna uyğun geyimləri var. Qarşı cinsə oxşayan insanda, əxlaqi pozqunluq və ruhi xəstəliklər var. Bu səbəblə bu cür insanların müalicə olunması lazımdır. Peyğəmbər (s.ə.s) kişinin qadın, qadınların da kişi paltarı geyməsini qadağan etmişdir. Hədisdə, Rəsulullah (s.ə.v) kişilərdən qadınlaşanlara, qadınlardan da kişiləşənlərə lənət etmişdir. Və «Bu cür kimsələri evinizdən qovun» demişdir. Geyim xüsusunda hər yerin adəti fərqlidir. Rəsulullah buyurur: Cəhənnəmliklərdən 2 sinif var ki, mən onları dünyada görmədim. Birincisi yanlarında olan qamçı ilə insanları qamçılayan kimsə. İkincisi geyinmiş çılpaq, kolçasını oynadan, forslanaraq gəzən, başları Xorasan dəvələrinin əyilmiş hörükləri kimi olan qadınlar. Bunlar cənnətə girməzlər, onun iyini də almazlar. Halbuki cənnətin iyi uzaq məsafələrdən hiss olunur. Geyindiyi halda paltarının dar və incə olması səbəbi ilə bütün vücud xətləri bilinən qadınlar «geyinmiş çılpaq» sayılırlar.
- Dişlərin şəklinin dəyişməsi
- Bədənə şəkil döydürmə
- Qaş aldırmaq
- Estetik əməliyyət
- Parik qoyma
Bunlar insanın fitrətinə (yaradılışına) tərs düşən əməllərdir. Peyğəmbər (s.ə.v) tərəfindən bu kəslər lənətlənmişdir. Çünki Allahın yaradılışına zidd hərəkət edib fitrəti dəyişdirirlər. Fəqət hər hansı bir xəstəlik səbəbi ilə dışləri düzəltmək və s. olar. Ola bilsin ki, xəstəlik səbəbi ilə insanlar arasına çıxmağa utanır. Heç bir səbəb olmadan etmək isə haramdır. Və o kəs tövbə etmədikcə (bir daha etməmək şərti ilə) onun üçün cəza vardır. Bu gün bəzi insanlar, İslam düşmənləri cavanların İslamdan xəbərsiz olduğundan istifadə edərək, onları aldadır, şeytanın yoluna dəvət edirlər və azdırırlar. İslamın gerilik olduğunu, qədim dövr üçün olduğunu, qızların soyunmasını, əxlaqsızlığı və bu cür hərəkətlərin müasirlik, inkişaf; namusunu, əxlaqını qoruyan, Allahın qoyduğu prinsiplərlə tərbiyə olunan şəxsləri isə geri qalmış adlandırırlar və öz şəhvətlərinə uyğun fikirlər söyləyib müsəlmanları Quran oxumaqdan, tam təslim olmaqdan çəkindirirlər. Təbii ki, bunun üçün müxtəlif şeytani yollardan istifadə edirlər. Müsəlman üçün ən gözəl nümunə isə insanların ən kamili olan Peyğəmbərdir (s.ə.v). Allah Təala buyurur: «Andolsun ki, Rəsulullah, sizin üçün, Allaha və axirət gününə qovuşmağı umanlar və Allahı çox zikredənlər üçün güzəl bir nümunədir.» (Əl Əzhab 21)
Digər bir ayədə buyurur: «Həqiqətən sən böyük əxlaq sahibisən»
Ey insanlar gəlin indi seçək. Allah və Rəsulu mu düz deyir, yoxsa öz şəhvətlərinə tabe olmuş, şəhvəti ilə hərəkət edən cahil bir insan? Seçin.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka