Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KEÇMİŞDƏN BU GÜNƏ: DOĞUM NƏZARƏTİ VƏ ABORT

[ Aktual / 7001 dəfə baxılıb ]   
|
 
“Bu torpaqlarda doğulan hər uşağa görə mənim vətənim Fransada bir uşaq banandan məhrum olacaq.”

Bu sözləri illər öncə Afrikadakı müstəmləkələrindən birində bir fransız məmur demişdi. Bizi o günlərdən uzun bir zaman ayırır.
Amma...

Dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb. Ətrafındakı uzaqgörən əyanlarının təsiri nəticəsində firon tarixin ən böyük doğum nəzarətlərindən birini həyata keçirdi. Əsarətində olan xalqların malını və yaşamaq haqqını istismar edən firon əyanları gələcəyə dayanan araşdırmaları nəticəsində anlamışdılar ki, İbrahimin oğlu İshaqın nəslindən gələn İsrail oğulları fironun hakimiyyəti üçün ən böyük təhlükə mənbəyidir. Çünki İsrail oğulları firon hakimiyyətinin əsarət altında saxlamaq istədiyi ən önəmli toplum idi. O təhlükəni kökündən məhv etmək üçün ideal bir yola əl atdı - doğum nəzarəti. Və təbii ki, dövrünün tələblərinə uyğun olaraq bunu fironun əsgərləri məcburi şəkildə edirdilər. Çünki heç bir ana bətnindəki körpəsinin öldürülməsinə razı olmazdı. Firondan günümüzə müstəmləkə siyasəti yürüdən ölkələr də bu nəzarəti zamanlarının tələbinə uyğun həyata keçiriblər. Ancaq indi bizi firondan və klassik imperializmdən xeyli zaman ayırır.

ABŞ dövlət katibi Hilari Klintonun Afrika xalqlarına “gün ağlaması” getdikcə daha da aktuallaşır. Qara qitənin gələcək taleyini “düşünən” Klintonun son qənaətinə görə Afrikanın gələcəkdə firavan yaşaması üçün ciddi doğum nəzarətinə ehtiyac var. Bunun üçün də ABŞ Afrika ölkələrinə abortu leqallaşdırmaları üçün təyziq etməlidir. Gələcəklərini düşündükləri ölkələr isə illərdir bütün sərvətlərini talan etdikləri, üçüncü dünya insanı saydıqları insanlarını mədənlərdə kölə kimi işlədib çıxardıqları sərvəti ölkələrinə daşıyıb cah-cəlal içində bir həyat sürdükləri ölkələrdir. Əslində Klintonun narahatlığı təbiidir. Minilliklər öncəsinin Fironunun, onilliklər öncəsinin müstəmləkəçilərinin tapdıqları ortaq həll yoludur bu. Bunu illər öncə məcburi şəkildə edirdilər. Məsələn, fironun əsgərləri gördükləri hamilə qadının qarnını qamışdan hazırlanmış alətlə kəsərək uşağı çıxarıb öldürürdü, digər müstəmləkəçilər isə bunu öz dövrlərinin tələblərinə uyğun şəkildə həyata keçirirdilər... Ancaq indi kolonializm və imperializm xarici görkəmini dəyişdiyindən, əl atılan üsullar da dövrümüzün tələblərinə uyğun olaraq daha “sivildir”. Artıq nə fironun əsgərləri, nə də digər müstəmləkəçilərin ordu qüvvələri küçələrə düşüb hamilə qadınların uşaqlarını öldürmürlər. İndi analar övladlarını öz əlləri ilə firon “əsgərlərinə” təslim edirlər. İnsanı materialistləşdirən zehniyətlər, təkcə onun ölkəsini, var-dövlətini deyil, həm də əqidəsini istismar edirlər. Fitrətindən qoparılmış beyinlər materiya və kapital dünyagörüşünə bürününcə, insan ruhunu itirdiyi kimi atalıq və analıq kimi bir ucalığı itirir. Bütün həyatını kapitalizm tərəzisinə qoyan valideyinlərin ən böyük qorxusu yeni bir övladın gəlişi ilə iqtisadi problemin də gəlməsinin yaratdığı qorxu olur. Bir övlad sahibi olan ailələr ikincinin mütləq problem yaradacağına əmin olurlar. Kapitalizmin bütün çuxurlarına girən ailələrin övladarını öldürərkən gətirdikləri ən önəmli bəhanə məhz iqtisadi planlamadır.

Müasir iqtisadi sistemdə gizlətmək, ən ömənli şeydir. İnsanları sadəcə ət parçasından ibarət mənasız bir varlıq olduğuna inandıran sistemlər, onların yalnız özlərinə deyil övladlarına belə qənim kəsilirlər. Doktor Randall bir etirafında deyirdi: “Qadınlara heç vaxt ultrasəs cihazlarına baxmağa icazə vermirik, biz bilirik ki onlar orada uşağın ürək döyüntülərini görsələr heç vaxt abort etdirməzlər.”

Dünyada abotr hallarının araşdırılması zamanı ortaya çıxan ən sarsıdıcı həqiqət qadınların həkimlərdən təkidlə soruşduqları suallardır. “Həkim! O artıq uşaq formasındadır?”.
Bütün bu sualların cavabı isə həmişə eyni olur, “yox, o sadəcə heç nəyə bənzəməyən ət parçasıdır”.
Çünki həkimin qarşısındakı qadın və onun bətnindəki körpə onun üçün sadəcə əldə edəcəyi məbləğ dəyərindədir. Necə ki bir oğrudan polis “O qədər camaatın gözü qarşısında niyə oğurluq etdin?” sualına “Çünki gözlərim o anda ancaq qızılları görürdü” demişdi.
Uzun illər abort edən həkimlərdən biri xatirələrində yazırdı: “İlk vaxtlar mən özümü qatil hiss edirdim, ancaq təkrar-təkrar bunu etdim, 20 ildən sonra mən başqa şeylər hiss edirəm... Pul çox önəmlidir. Buna görə də yavaş yavaş mən qadınları heyvan, uşaqları isə sadəcə ət parçası görməyə başladım.” ( John Rice "Abortion" Litt D. Murfreesboro, TN)

Qadın məsələləri üzrə mütəxəssislər təkcə həkimlərlə bitmir. Dünyanın əksər idarəçilik institutlarında ən önəmli yerlərdən birini də aborta gələn qadınlarla davranış yolları tutur. Onlara öyrədilən iki ən önəmli şey aborta gələn qadınları tez qərara gətirdmək və onlara uşağın hələ də sadəcə ət parçası olduğuna inandırmaqdır. Əslində isə müəyyən bir dövr keçdikdən sonra ana bətnindəki uşaq ona olunan işgəncələri duymağa başlayır. Ana bətnindəki uşaqlar üzərində araşdırma aparan doktor H. M. Liley araşdırmasını nəticəsində yazırdı. “Öncələr həkimlər ana bətnindəki uşağın eyni ilə dünyaya gəlmiş uşaq kimi ağrı hiss etdiyini bilmirdilər, ancaq tezliklə ana bətnindəki uşaqların da adi uşaqlar kimi ağrı hiss etdiklərini öyrəndilər.”
Hətta həkimlər dəmir maşanı yerli-dibli qaşıyaraq götürmək üçün bətnə uzadanda onların ət parçası dediyi, əslində isə canlı olan insan övladının diksinərək ana rəhminin bir küncünə qısılmasına da dəfələrlə şahid olduqlarını gizlətmirlər...

Demək ki, üçtərəfli iqtisadi maraq ana bətnindəki uşaqların qətlində bərabərləşir. Birincisi öz ölkələrinin və hakimiyyətlərinin təməlini bərkitmək üçün imperialist qüvvələrin iqtisadi hesablamaları, ikincisi abort etdikləri hər bir uşağı uşaq deyil sadəcə ödəniləcək məbləğ hesab edən bəzi üzdəniraq həkimlərin iqtisadi maraqları, üçüncüsü isə uşağı dünyaya gətirəcəyi təqdirdə ailə iqtisadiyyatının zəifləyəcəyini düşünən valideyinlərin iqtisadi hesablamaları. Maddi mənfəət bu üç tərəfin də ortaq yönləridir. Abort klinikasında Ölüm və Həyat kitabının yazarı Magda Denes iki illik araşdırmasının sonunda yazırdı: “Heç bir həkimin abortun qətl olduğunu inkar etdiyini görmədim”.

Öz övladlarını iqtisadi bəhanələrlə öldürənlər heç də dövrümüzdə yaşamamışlar. İnsanlıq tarixi boyunca istər öldürən istər də bunda maraqları olan başqa tərəflərin tapdıqları ən önəmli bəhanə iqtisadi çətinlik olmuşdur. İllər öncə insanlar bu artımla davam etsələr onları isitmək üçün yer üzündəki ağaclar kifayət etməyəcək deyənlər, sonradan qarşılarında təbii qaz və elektrik kimi isitmə sistemlərini gördülər, içməli suyun kifayət etməyəcəyini deyənlər duzlu suyun təmizlənməsini gördülər, insanların sayına görə ağac yetişdirmək əvəzinə, ağacların sayına görə insan yetişdirdilər. Mahmut Topbaş “İnsan Enerjisi və İsrafı” kitabında yazır : “İyirmi beş il bundan əvvəl mənim doğulduğum Göçər kəndi mövsümlük almasını yeyərdi. Kənddə yetişən alma şəhərə çatmazdı. O vaxt materialistlər bir hesablama nəticəsində qərara gəlirlər ki bu kəndin alması iyirmi min əhaliyə çatmırsa, əhali artıb əlli min olsa bu insanlara heç nə çatmayacaq. İndi əhali yetmiş minə çatıb, yetişən alma nəinki bizə çatır, hətta xaricə belə alma ixrac edirik.”
Dünyanın gələcəyini “düşünənlər” mediya ilə əlləri altında saxlamaq istədikləri ölkələrə abort kimi üsulları reklam elətdirərkən, öz ölkələrində bunun əleyhinə böyük kampaniyalar aparırlar.

1400 il bundan öncə Allah Rəsulu qadınlarla əhd bağlayanda, əhdin ən vacib maddələrindən biri uşaqlarını öldürməmələri idi. Klassik təfsir alimi İbn Kəsir o tarixi hadisənin şərhində deyirdi ki, Allah Rəsulunun uşaqlarınızı öldürməyin deyə qoşduğu şərt qadınlara uşaqları abort etdirməyi kişilərə isə onları diri-diri basdırmağı qadağan edirdi.
Peyğəmbərə uşağını öldürməyəcəyinə söz verən səhabə xanımlardan biri Həbil bint Əzzə deyirdi ki, Allah Rəsulu bizimlə bətnimizdəki uşaqları öldürməmək şərti ilə əhd bağladı və mən Uca Allaha and içirəm ki bundan sonra bətnimdəki uşağı öldürməyəcəyəm.
...Onlar 1400 il öncə Allaha və Rəsuluna söz verdilər və dönük çıxmadılar.
Bəs indi necə, uşaqlarınızı öldürməyəcəyinizə dair Allaha və Rəsuluna söz verməyi düşündünüzmü?

Hələ ki, gec deyil...


Seymur Bədirxanlı / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka