Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

OYANIŞ VƏ QƏFLƏT ARASINDA

[ Aktual / 2397 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim


Həmd olsun yerin və göylərin Rəbbi Allaha, kainatın, yeddi qat səmanın və bütün aləmlərin Yaradıcısı Allaha. Həmd, səna və şükür yalnız Onadır. Salat və salam olsun Onun elçisi Muhəmmədə (S.A.S) və həmçinin onun ailəsinə, yaxınlarına və səhabələrinə.

Bəzən insan dini dərslərə, mühazirələrə qulaq asarkən ona bir oyanış gəlir. Lakin belə məclislərdən, Allahu Təala yad edilən yığıncaqlardan ayrılan kimi, insanı sanki yenidən qəflət bürüyür. Buna nə səbəb olar deyə bir az fikrə daldım və anladım.

Gördümki insanlar müxtəlif olurlar. Amma ümumən bütün qəlblər eyni olur, yə'ni insanı oyadan bir şey eşidərkən həmin qəlb həmin an olduğu halı bir azdan itirir. Qəlb, moizələrlə təsirlənir, bir müddət sonra həmin moizələr təsirini itirir. Bunun iki səbəbi vardır:


-         Moizələr qamçı kimidir. Necəki qamçı insana dəyəndən sonrakı ağrı, qamçı dəyən an verdiyi ağrıdan fərqlidir.


-         İnsan moizələri dinləyən zaman olduğu halı və vəziyyəti başqa olur, həmin müddətdə ona mane olan şeyləri kənara qoyur. Cismi və fikri ilə dünya səbəblərindən ayrılır,  qəlbi ilə tam bir şəkildə qulaq asır. Ancaq dünyaya və dünya işlərinə döndükdən sonra hər şey onu cəlb edir, ona maneəçilik yaradır. Bayaqkı halı ilə indiki halı eyni ola bilərmi?!


Bu hal bütün insanların halıdır, moizə eşitdikləri zaman olduqları halları, sonrakı hallarından fərqlidir. Lakin moizədən və Allahı xatırladan söhbətlərdən sonrakı təsirin müddəti insanlarda fərqli-fərqlidir.
Kimisində bu təsir bir oyanış yaradır, tərəddüd etmədən düzgün yolda getməyi qərar verir. Arxasina baxmadan davam edir. Bu qrup insanların karvanı bir anlıq əyləsə, onların içində bir narahatçılıq yaranır. Necəki Hənzələ (A.O.R.O) özü haqqında demişdirki: Hənzələ nifaq etdi!
Başqa cür kimsələr də var ki, onlar bəzən qəflətə dalırlar. Amma onları oyadan moizələr və dərslər, onları yenidən davam etməyə çağırır. Bu qrup insanlar isə sünbüllər kimidirlər, külək onları əsdiyi istiqamətə əyər.
Bir qrup insanlar da var ki, eşitdikləri onlara yalnız eşitdikləri müddət ərzində təsir edir!


 


 


İmam İbn Əl-Cövzinin "Xatirələr Ovu" kitabından istifadə edilmişdir.

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka