Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BİR AYLIQ HİCAB

[ Aktual / 6231 dəfə baxılıb ]   
|
 
Kiçik bir parça insanların fikrini və rəyini necə dəyişə bilər? Qadın bu parçanı başına örtərsə onun öz fikriləri və ya şəxsiyyəti dəyişərmi? Yəni bu yaylıq belə dəyişikliklər etməyə qadirdirmi?

Hicabdan və İslamdan qorxanlar, bu parçadanmı qorxurlar, yoxsa bu örtüyün bir simvol kimi daşıdığı mənadan?

Bütün bu suallara “Cassidy Herrington” da cavab tapmaq istəyib. Qərar verdiyi işdə ciddi olaraq addım atmaq və doğru cavablar tapmaq üçün o, belə bir təcrübə keçirməyi düşünüb: Müsəlman cəmiyyətini daha yaxşı tanımaq üçün, bir ay müddətinə hicab örtməyi qərarlaşdırıb.
2010-cu il oktyabr ayının birindən sonuna qədər hicab örtüb və həyatını qaldığı yerdən davam etdirir.

Əvvəlcə düşünürdü ki, zahiri formasını və qiyafətini dəyişməklə müsəlmanların yaşadığı ortamı daha yaxından tanıya biləcək. Təcrübənin sonunda isə o öz həyatdakı yerini kəşf edə bilmişdi.
“Cassidy”, “Kentucky Kernel” qəzetində jurnalist işləməklə bərabər o həm də “Kentucky” Universitetində “Beynəlxalq Jurnalistika və Siyasət” ixtisasında təhsilini davam etdirirdi. O, bu sərgüzəştə başlamağı düşünəndə onun üçün bu hicab müqəddəslik rəmzi deyildi. Təbii ki, bu günlərdə hicab barəsində bir çox mübahisələr yaranıb. Çoxları hicabı nə anlaya bilir, nə də qəbul etmək istəyir. Buna baxmayaraq hicab, dini bir rəmzdir. O din ki, nümayəndələri bir milyardan çoxdur. O din ki, özü də anlaşılmazlığa məruz qalıb, sonunda bir çoxlarında “İslamafobiya” yaranıb. Buna görə də “Cassidy” dərk edirdi ki, müsəlmanları yaxşı tanımaq üçün məhz onların dinini yaşamaq gərəkdir. Beləliklə o, oktyabr ayının əvvəlində başını örtür, hicabını geyinir, təbii olaraq öz həyatını davam etdirir. Nə ailəsindən, nə dost-tanışıdan, nə də gündəlik həyatından çəkilmir.
Bir ay davam edən təcrübəsindən sonra, “Cassidy” bunu hamıyla paylaşmaq istəyir. Bilirdi ki, bunu etməklə çox problemlərlə üzləşəcək. Amma sərgüzəşt saydığı yaşadığı o anları və o hissləri unuda bilmirdi.

Fikrin başında
Semesterin başlanğıcında o, Universiteti zəngli saatla müqayisə etmiş kimi ilk paraqrafını belə yazdı; “Biz saatı üz tərəfindən görürük, amma daxilən necə işlədiyini görə bilmirik.” O ana qədər o, sözlərinin ciddiliyini təkid etməsinə nə qədər ehtiyacı olduğunu dərk etməmişdi. Ona görə də qərar verdi ki, həmin təcrübəni real olaraq həyata keçirsin. Həm o təcrübəni bir jurnalist həm də bir qadın kimi yaşasın. Bir neçə həftə keçmişdi ki, müsəlman yazıçı bir qadının məqaləsini oxudu. Məqalədə həmin yazıçı, “Grand Zero” məscdinin inşasının qarşısında duran maneələrdən danışırdı. Bu maneələrin başlıca səbəbi də, “İslamafobia” duyğularının yayılması olduğunu bildirirdi. Onun yazısından sonra olan fikirlər, rəylər və mülahizələr də, İslama qarşı olan qorxunu, bu dinə olan nifrət və kini göstərirdi. Onlar İslamı zorakılıq və terrorizm kimi qələmə verirdilər. Bütün rəylərin arasında bir yazı onun diqqətini çəkdi; “Bu yazıçı (qadın) bizdən İslama güvənməyimizi istəyir. Amma yaşadıqlarımızdan, təcrübələrimizdən və İslam tərixinə nəzər salaraq bir sualım var. O nə düşünür? Biz hansı planetdə yaşayırıq?”

“Cassidy”-nin dediklərinə görə, o qeydləri yazanları tanımasa da, özünü onlardan biri olduğu kimi hiss edirdi. Çünki o da müsəlman deyildi. Amma planetin o biri tərəfinə keçməyi qərar verdi. Düşündü ki, hicab geyinməsi, onu qorxduğu və məchul saydığı o cəmiyyətə yaxınlaşdıra biləcəkdir. Həmçinin dünyada milyonlarla hicab geyinən qadınlarla bir arada olacaqdır. Sonunda isə, İslamın həqiqəti haqqında qeyri müsəlman kimi bir söz deyəcəkdir.

Təbii ki, bu sərgüzəştə başlamamışdan “Cassidy” düşündü ki, ən doğrusu odur ki, o əvvəlcə hicablı müsəlman qızlara atdığı addım barəsində danışsın və öz qərarı haqqında onların fikirlərini öyrənsin. Bu məqsədlə də, Universitetdə yerləşən “Müsəlman Tələbələr Birliyi”nə üz tutur. Təşkilatın iclaslarından birində iştirak edir. Həmin vaxt çox həyəcanla və əsəbi olduğunu da qeyd edir. Ancaq “Hiba Süleyman” (Müsəlman Tələbələr Birliyinin müdürü) adlı qızla görüşüb ona öz planı haqda danışanda, Hiba ona öz dəstəyini də təklif edərək həvəsləndirdi. Sonra onun əlindən tutub qruppanın içinə apardı. Hamının qarşısında onun bu istəyini açıb söylədi. Görüşün sonunda tələbə qızların çoxu onunla salamlaşıb əl verdilər. Hətta tələbə qızlardan biri ona yaxınlaşıb belə bir addım atdığına görə onu alqışladı və dedi ki: “Mən özüm müsəlman ola-ola hələ hicab geyinmək qərarını verə bilməmişəm.” O ana qədər “Cassidy” bu işin nə qədər çətin olduğunu hiss etməmişdi. O an hiss etdi ki, bu məsələ sadəcə başa yaylıq bağlamaqla bitmir, indi o həm də cəmiyyət içində bu dini təmsil edən biri kimi olacaqdır. İndi o müsəlman icmasının bir nümayəndəsidir.

O, bir ay ərzində hicaba elə öyrəşmişdi ki, bir aydan sonra belə bəzən unudaraq hicabını geyinib universitetə gedirdi. Dost-tanışları ona bir söz demirdilər, amma o hiss edirdi ki, onlar və hətta müəllimləri də ona çox diqqət yetirmirdilər. Bir növ aralı gəzməyi üstün tuturdular. Hiss edirdi ki, vaxt keçdikcə onunla insanlar arasında bir boşluq yaranır, bu da yalnız onun zahiri formasının fərqli olmasından irəli gəlir. O, yoldaşlarından niyə belə etdiklərini sorduqda, ona: “Yəqin bu məsələ çox həssas məsələdir, etinasızlıqdır.” Bu cavablar onu sıxmağa başlamışdı. Amma o düşünürdü ki, hicab dini bir rəmzdir. Amerika bayrağında olan ulduz, xristianlıqdakı xaç kimi bir rəmzdir, “Cassidy” isə olduğu kimi qalmış, dəyişməmişdir. Dəyişən yalnız onun zahiri forması idi.

Saxta Vətənpərvərlik
“Cassidy”nin təcrübəsi də təkidlə göstərir ki, Amerikanlılar “İslam Terrorizmi” xəstəliyinə yoluxublar. Hətta bu ideyanı zarafatla olsa belə daima yayırlar.Onlar üçün bu bir vətənpərvərlik sayılır, amma əslində saxtalıqdır.

Bir dəfə o, mətbuat konfranslarının birində iştirak etmək üçün getmişdi. Konfransa gələn jurnalistlərin arasında bir tək onu saxlayıb yoxlamışdılar. Ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmişdilər. O zaman hiss etmişdi ki, rolunu yaxşı oynaya bilir. Amma əslində bu bir təhlükə idi. Heç nədən İslam üzərinə təzyiq olunurdu.

Öz-özünə soruşurdu ki, niyə İslamdan bu qədər qorxurlar? Axı Qərb hələ İslamla müharibə etmək səviyyəsinə çatmayıb, müharibə dövrünü yaşamırlar ki. Hətta Amerika ordusunun əsgərləri arasında bu ölkəni qoruyan müsəlman əsgərlər də vardır. “Cassidy” bütün Amerikalıları İslam cəmiyyətinə daha yaxın olmağa çağırır. Hicab geyinmək şərt deyil. Sadəcə onlarla bir arada yaşamaq, onların söhbətlərində iştirak etmək və həqiqi İslamı yaxından tanımağa dəvət edir.

“Cassidy”-nin özü yazdığı təcrübəsini daha geniş oxumaq istəyən bu linkə baxa bilər;
http://kykernel.com/2010/10/31/‘undercover’-in-hijab-unveiling-one-month-later/

Bu məqalə www.onislam.net saytına istinadən verilmişdir.

Hazırladı: Şahmar Kərimov/Azərislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka