Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XOCALI SOYQIRIMI VƏ TERRORİZM

[ Aktual / 7931 dəfə baxılıb ]     
|
 
Uca, son və kamil dinimiz olan İslam dini insan mərkəzli bir dindir və İslam insana xitab edərək ortaya qoyduğu tövsiyyələr, əmrlər, qadağalar, qanun-qaydalar, təməl prinsiplər baxımından ona böyük dəyər verir. Bu o qədər böyük bir dəyərdir ki, Allah-Təala Qurani-Kərimdə Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!"– dedikdə, onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"– söylədilər. O dedi: "Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!" (əl-Bəqərə, 2/30) sözlərilə insanı Allahın xəlifəsi, canişini olaraq yaradıldığını bildirir və bu şəkildə yaradılan insanın, ilahi kəlməsilə yer üzərində ən gözəl biçimdə yaradılmış, ali və uca varlıq olduğunu xatırladır.

Uca yaradıcımız Allahu-Təala üçün yer üzərində ağıl və düşüncə nemətilə yaratdığı ən mükəmməl və izzətli varlıq olan insan, ona verilən həyat o qədər dəyərli və o qədər əhəmiyyətlidir ki, irqindən, dinindən, düşüncəsindən, məzhəbindən, milli mənsubiyyətindən asılı olmayaraq Allah-Təala insanın can toxunulmazlığını bizim nəzərimizə təkidlə çatdırır və İsra surəsinin 33-cü ayəsində “Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin.” əmrilə onun haqsız yerə öldürülməsini qadağan, yasaq edir və bu hadisəni, insan qətlini böyük bir günah, böyük bir cinayət olaraq dəyərləndirir.
Yenə Allah Təala Qurani-Kərimin əl-Maidə surəsinin 32-ci ayəsində “hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur” buyuraraq insan oğlunun canını, bədənini, ona verilən həyatı toxunulmaz elan edir və bir cana qıymağı haram buyuraraq hər hansı bir insanın öldürülməsini bütün insanların, bütün bəşəriyyətin məhv edilməsi, bir insanın ehya edilməsini, dirildilməsini isə bütün insanlığın dirildilməsi olaraq qələmə verir. Allah Təala üçün bir insanın dəyəri bütün kainat qədərdir. Bir insanın qarşılığı bütün kainat, bütün bəşəriyyətdir. Burada xüsusilə vurğulamaq lazımdır ki, yuxarıda qeyd etdiyimiz ayələrdə Allah Təala yaradıcı sifətilə insandan, ona verilən dəyərdən və onun canına qəsd edilməməsindən bəhs edərkən inanan-inanmayan, mömin-kafir, müşrik-bütpərərst, ateist-dinsiz, cahil, əhli-kitab, hər hansı bir ibadətxananın mənsubları, bir başqa cərəyanın və ya düşüncənin tərərfdarı ayırımına getməyərək "nəfs" kəlməsindən istifadə edir və insana, məhz insana, canlı olduğuna görə belə yüksək dəyər verilməsinin zərurətini bizə, yəni onun ayələrini anlamağa çalışan, başa düşən, İslamın ruhunu və mahiyyətini dərk etməyə çalışan insanlara xitab edir. Buna görə də İslamda adam öldürmək bir cinayət olaraq böyük günahlardan sayılır.

İslam sadəcə başqalarının həyatına deyil, insanın öz həyatına qəsd etməsini belə, yəni intiharı qadağan edərək Allahın insana əmanət etdiyi bədənə və həyat nemətinə xəyanət etməməyi buyurur. Bundan başqa Qurani-Kərim insan tələfatına gedən digər bütün yolları da zərurət meydana gəlmədikcə bağlı elan edir. Bu zərurətlər arasında əlbəttə nəfsi, dini, insanları, bayrağı, torpaq və dövləti qanuni müdafiə kimi mühüm səbəblər gəlir. Qurani-Kərim haqsız yerə hər hansı bir təcavüzü, terroru (ki buna hirabə deyirik) qadağan edir, yer üzərində həddi aşanların, fitnə və fəsad çıxaranların cəzalandırılmalarını istəyir, bu hadisələri törədənlərin aqibətlərinin çox pis olacağını xəbər verir və insanları bu cür nalayiq hərəkət, davranış və əməllərdən uzaqlaşmağı əmr edir. Çox maraqlıdır ki, müharibənin bəşər həyatında təbii bir hal olduğunu nəzərə alsaq, İslamda müsəlmanlara səbəbsiz yerə döyüşmək, hərbə başlamaq, bu mənada qənimət əldə etmək üçün ölkələri xarabalıqlara çevirmək, təbiətə zərər vurmaq, insanları haqsız yerə əsir etmək kimi insan həyatında və onun şəxsiyyəti üzərində mənfi izlər buraxan hallara icazə verilməmişdir.

Qurani-Kərim üçün insan o qədər dəyərli və hörmətlidir ki, İslam düşmənlərinin, ortaya qoyduğu düşmənçiliyi ilə müsəlmanlara hər cür pislik edən, Uhud döyüşündə müsəlman şəhidlərin cəsədlərini parçalayaraq onların müxtəlif orqanlarını və bədən üzvlərini kəsib, gözlərini oyaraq cəsədləri tanınmaz hala gətirən müşriklərdən eyni şəkildə intiqam alınmasına ki, buna "müslə" deyilir, icazə verməmiş, müsəlmanları səbirli və humanist olmağa, döyüş meydanında insan cəsədləri üzərində bu cür çirkin davranışlar etməməyə və bu şəkildə həddi aşmamağa dəvət etmişdir. Qurani-Kərimin əmrlərini öz həyatında hər tərəfli tətbiq edərək bir mənada onun açıqlayıcısı, təfsirçisi və şərhçisi olan Rəsulullahın (s.a.s) sünnəsi və həyatı da eynilə Qurani-Kərimin insana verdiyi dəyəri təsdiqləyici mahiyyət daşıyır.

Bütün bunlar tarix boyu biz müsəlmanlar üçün böyük nümunə olmuş, bir müsəlmanın insana verdiyi dəyərin əsasını, təməlini meydana gətirərək bizim mədəniyyətimizin, İslam mədəniyyətinin əsasını təşkil etmişdir. Buna görədə bizim mədəniyyətimizdə insanların həyatına təcavüz, zorlama, soyqırım, qenadsid, terror kimi kəlmə və hadisələr heç bir zaman yer almamışdır və almayacaqdır. Budur bizim humanist və kamil mədəniyyətimiz. Budur İslamın gözəllikləri. Budur müsəlmanın pak və təmiz əqidəsi, budur İslamın və müsəlmanın insana verdiyi dəyər. Yaxşı, bəlkə müqayisə edək bizim yuxarıda dediyimiz dəyərləri bizə əmr edən mədəniyyətimizlə digər mədəniyyətləri!..Özlərini humanist, mükəmməl, üstün, müasir, insan haqlarına riayət edən mədəniyyət kimi qələmə verən mədəniyyətləri nəzərdə tuturuq. İnsana, insan dəyərini verməyənlər, insanlığa qarşı cinayət törədənlər, bəşər övladını qətliyam, soyqırımlara məruz qoyanlar kimdir? Hansı mədəniyyətin sahibləridir?” Biz müsəlmanlar, belə bir humanist bir mədəniyyətə sahib olarkən bir xalqın torpağına göz dikib onu işğal edən işğalçılar, şəhərləri, rayonları, qəsəbələri, kəndləri, maddi-mənəvi mədəniyyət abidələrini viran qoyan vəhşilər, qoca demədən, yaşlı demədən, qadın demədən, uşaq demədən silahsız, məsum, günahsız insanları güllə borana tutub onların kökünü qurutmağa can atan terroristlər, düşmən hücumundan və gülləsindən canını qurtarmaq üçün evlərindən-obalarından didərgin düşüb dağlıq-təpəlikdə qaçarkən gecəyarısı nənələrimizə, babalarımıza, analarımıza, atalarımıza, bacılarımıza, qardaşlarımıza avtamatın, pulemyotun lüləsini, saralmış əllərlə düzəldilmiş tankın lüləsindəki bombanı istiqamətləndirərkən soyuq bir fevral axşamında onların bədənlərini deşik-deşik edib bundan böyük həzz alan ekstremistlər, hamilə ananın qarnını deşərək onu öldürməklə kifayətlənməyib, ana bətnində olan, daha dünyaya göz açmamış gələcəyin bir müsəlman türkünü qətl edən cəlladlar, qocalığına baxılmayıb bir müsəlmana işgəncə verərək onu diri-diri yandıran, yaxan, basdıran, cavanlarını öldürdükdən sonra heç bir dəyərə sahib olmayan bir müşrik əqidəsilə onların bədən üzvlərini, burunlarını, əllərini, ayaqlarını kəsərək cəsədlərini tanınmaz hala gətirən, qulaqlarını kəsərək onlardan özlərinə zinət əşyası kimi istifadə edərək sinələrinə sallayanlar, 5 yaşında bir müsəlman qız övladına cinsi təcavüz edərək onu zorladıqdan sonra tikə-tikə doğrayan manyaklar, oğlan uşaqlarını atalarının analarının qarşısında diri-diri dar ağacından asdıqdan sonra güllələyən qatillər, qaynatanın gözü qabağında gəlninin, ərinin qarşısında xanımının, qardaşının qarşısında bacısının namusyla oynayanlar, oldürdükləri bu insanların cəsədlərini daha sonra sataraq ondan pul qazananlar, özləri heç bir şeyə sahib olmadıqları təqdirdə bir xalqın torpağnı işğal edib bu xalqa qarşı daim terror hərəkətlərilə plan quranlar, soyqırım törədənlər, bu cinayətləri, bu terror hərəkətlərini, bu soyqırımları törədənlərə dəstək verənlər, edilən vəhşiliklər qarşısında susanlar, bu haqsızlığın və vandalizmin dünyada yayılmasının qarşısını alanlar, bunlar hansı mədəniyyətin sahibidirlər?

Bunları edənlər hansı dinin, hansı düşüncənin, hansı fəlsəfənin, hansı məfkurənin, hansı ideyanın mənsublarıdırlar? Ümumiyyətlə bunlar etdikləri bu vəhşiliklərlə insandırlarmı? Allah Təala hər il bu tarixdə qeyd etdiyimiz Xocalı qətliyamını, Xocalı faciəsini törədənlərə, müsəlman Azərbaycan Türkünə yuxarıda qeyd etdiyimiz əzab, əziyyət və işkəncə verərək soyqırıma məruz qoyanlara, 1918-ci ilin 31 Martında 50. 000-dən çox müsəlman Azərbaycan Türkünü soyqırıma məruz qoyanlara, öz mübarək və müqəddəs torpaqlarımızda insanlarımızı vəhşicə qətl edən qatillərə, cəlladlara, bu və buna bənzər qətliyamları törədənlərə, xalqımıza və xalqlarımıza qarşı, insanlığa qarşı cinayət, soyqırım törədənlərə lənət etsin.
İslama terror dini deyərək onu ləkələmək istəyənlər, müsəlmanlara terrorist böhtanı atanlar özləri törətdikləri, özləri planladıkları, özlərinin dəstəklədikləri bu terror hərəkətlərini, bu soyqırımları görmürlər, ya da görmək istəmirlər, diqqəti də yayındırmaq üçün bunu dini ekstremizm, fanatizm və radikallıq adı altında İslamın, İslam Peyğəmbərinin, müsəlmanların və müsəlman xalqlarının üzərinə atırlar. Elə bəlkə terrorist bunların, bu iftiraları müsəlmanlara atanların özləridir!! Hə! Onlar ki inkişaf etmiş müasir mədəniyyətin sahibi olaraq özlərini təqdim edib XX-əsrdə səbəb olduqları iki dünya müharibəsində rəsmi statistik məlumatlara görə yarısı silahsız olmaqla öldürülən 100.000.000-dan çox insanın günahına girmişlər. Onlar ki, orta əsrlərdə qurduqları inkivizisiya məhkəmələrində qadın, yaşlı, gənc demədən on minlərlə günahsız insanları edam etmişlər. Onlar ki, öz ideyalarını zorla həyata keçirmək üçün səbəb olduqları qətliyam, repressiya və soyqırımlarda yenə 100.000.000-dan çox insan öldürmüşlər. Bu mədəniyyətin sahiblərinin XX əsrin başlarından günümüzə qədər etdikləri, törətdikləri müharibələrdə qətl edilən insanların sayı, dünya tarixinin başlanğıcından XX əsrə qədər olan zaman zərfində meydana gələn bütün müharibə qurbanlarından daha çoxdur. Budur gerçək. Budur həqiqət. Az əvvəl dediklərimizi müqayisə edin. O zaman kimin terrorist, kimin vəhşi, kimin ekstremist olduğu ortaya çıxacaqdır. Bunu qəti bilsinlər ki, İslamda terror yoxdur. İslamda soyqırım yoxdur. İslamda genosid yoxdur. İslamda vəhşilik yoxdur. İslamda ekstremizm yoxdur. İslam ilə bu kəlmələr və bu məfhumlar bir-birinin tərsidir, ziddidir. Həqiqi, səmimi bir müsəlmanın, bir möminin terrorist olması mümkün deyildir, necə ki bir terroristin də həqiqi və səmimi bir müsəlman olması mümkün deyil. Biz, müsəlmanlar olaraq tarixdə heç bir terror hərəkətini törətməmişik, heç bir terror hərəkətini dəstəkləməmişik, heç kimə, heç bir xalqa qarşı soyqırım törətməmişik və bunu edənləri hər zaman pisləmişik. Terrorizm və soyqırım, günahsız insanların öldürülməsi bizim dinimizə, inancımıza, əqidəmizə, düşüncəmizə, məfkurəmizə, həyat fəlsəfəmizə, milli mentalitetimizə ziddir, tərsdir, yeri yoxdur. Müsəlmanlar hər zaman terrorizmi, insanların günahsız yerə öldürülmələrini, soyqırımlara məruz qalmalarını lənətləmişdir, pisləmişdir, qınamışdır.

İllahiyyat elmləri namizədi Elşad Mahmudov/Azerislam.com
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka